Xanım Zəhranın (s.ə) Fədək xütbəsinin tərcümə və şərhi
(Silsilə 13)
Besətdən qabaq camaatın pis vəziyyəti
1.
وَفُهْتُمْ بِكَلِمَةِ الْاِخْلاصِ في نَفَرٍ مِنَ الْبيضِ الْخِماصِ
Bir qrup üzüağ acla ixlas kəlməsini (La ilahə illəllah) söylədiniz.
2.
وَكُنْتُمْ عَلى شَفا حُفْرَةٍ مِنَ النَّارِ
O zaman cəhənnəm atəşinin uçurumunun ağzında idiniz,
3.
مُذْقَةَ الشَّارِبِ، وَ نُهْزَةَ الطَّامِع
İçənə bircə qurtum su və yeyənə bir loxma idiniz. (Zəif və gücsüz olduğunuz üçün yoldan ötən hər kəs sizi asanlıqla məhv edə bilər, ya da öz hədəflərində xidmətçi edib öz istəklərinə əsir edərdi.)
4.
وَقُبْسَةَ الْعَجْلانِ
Tələsik ocaq qalamaq istəyən hər bir kəsin şö'ləsi idiniz,
5.
وَمَوْطِيءَ الْاَقْدامِ
Başqalarının ayağı altında tapdaqlanmış idiniz. (Heç kəs sizin həyatınız, hüququnuz, yaşayışınız, asayişiniz və xoşbəxtliyinizin fikrində deyildi. Vəziyyətiniz yaxşı deyildi.)
6.
تَشْرَبُونَ الطَّرْقَ
Hər şeyə bulaşmış və iylənmiş suları içirdiniz.
7.
وَتَقْتاتُونَ الْوَرَقَ
Yeməyiniz ağacların yarpaqları idi
8.
اَذِلَّةً خاسِئينَ
Zəlil və alçalmış idiniz.
9.
تَخافُونَ اَنْ يَتَخَطَّفَكُمُ النَّاسُ مِنْ حَوْلِكُمْ
Həmişə qorxu içində idiniz ki, məbada bir qrup şəxs ətrafdan sizə hücum edər və sizi ayaq altında qoyar.
Şərh
Birinci: Həzrət Fatimə (ə) çox gözəl təhlillərini psixoloji və sosioloji metodlarla dəqiq və zərif sözlərdə işlədir. Əgər çox diqqətlə onun bütün sözləri araşdırılsa, şübhəsiz ki, hər əsrdə olan bütün insanlara doğru yol göstərər və hamını bədbəxçiliyin əsl amillərilə tanış edib onların nicat yolunu aydınlaşdırar.
İkinci: Qarnı ac üzüağ dedikdə kimlər nəzərdə tutulur?
Onlar, müqəddəs və nurani Əhlul-Beyt (ə) və onların çox xalis ardıcıllarıdır. Çünki onlar yalnız Allaha bəndəçilik etmiş, daim Onun razılığı üçün çalışmış və hər bir işdə Onu üstün tutmuşlar. Buna görə də onlar Allahın dərgahında üzüağdırlar. Qarınlarının boş və ac olması bir neçə şeyə görədir:
1-Əksər günləri oruc tuturlar.
2-Heç vaxt öz qarınlarının fikrində deyillər ki, başqalarının hüququna təcavüz etməklə yalnız özlərini doydursunlar.
3- Başqalarının hüquqlarına riayət etməklə öz iffətlərini sübut etmişlər.
Buna görə də, tovhid kəlməsi (La ilahə illəllah) mə'na aləminin həqiqətlərindəndir və ixlas tovhidə qovuşmaqla insanı xalisləşdirən işdir. O da yuxarıdakı şərtlər əsasında əldə olunur. "La ilahə illəllah" kəlməsini xalis niyyətlə deyən hər hansı bir kəsin qəlbinin şirk və günah çirkabından və əməllərinin haram və günah işlərdən təmizlənməməsi mümkün deyildir.
Üçüncü: Üzüağ olan bu insanlarla əlaqə saxlamaq müsbət ruhi tə'sirə malikdir və insanı böyük şəxsiyyətə çevirir. Çünki cəmiyyət onları nümunə görməklə ruhi aramlığa və asayişə nail olur. Deməli, tərbiyə olunmaq üçün və insanlıq həqiqətinin gerçəkləşməsində həyalı, ismətli və üzüağ olan tərbiyəçilərin olması zəruridir.
Dördüncü: Nəfsin istəklərinin bataqlığında qərq olmuş, əsl yolunu itirmiş və öz fikir və düşüncəsini işlətməyə fürsəti olmayan bir cəmiyyət şeytanın xidmətində olan qullar kimi iradəsiz və öz istəyi olmadan hər yeyənin loxması və fitnələr alışdırmaq istəyən hər bir fırıldaqçının şö'ləsi olar; o fırıldaqçıların ki, insanların dəyərlərinə və hüquqlarına azacıq da olsa fikir vermədiklərinə görə onları fəqirlik, yoxsulluq, hər cür fəsada və pis işlərə aludəçilik, özünü və namusunu satmaq, müxtəlif pisliklərə qurşanmaq və s. kimi acınacaqlı vəziyyətdə tamamilə unudur, təkcə öz nəfsani və şeytani istəklərinə və mənafelərinə çatıb bəhrələnmək üçün onları yada salırlar.
Mə'sum rəhbərlər(ə) hər əsrdə insanları bu kimi zillətli əsirlikdən və qul olmaqdan xilas etmək üçün özlərini fəda edərək şəhadətə, zindana, bir çox məzlumiyyətə və s. qatlanarkən nə üçün onların səslərinə cavab verilmir? Nəyə görə camaat öz azadlığı üçün çalışmırlar?
Nəyə görə camaat onların özlərinin azadlığı üçün çalışan bu cür pak və mə'sum insanları meydanda tək qoyurlar və onları bəşəriyyət düşmənlərinin müqabilində tək-tənha saxlayırlar ?!
Mə'sum İmamların (ə) camaatın köməyinə ehtiyacları yoxdur. Çünki bu işdə şəxsi mənafeləri nəzərə almırlar. Əksinə, onların insanları özlərinə tərəf çağırması, cəmiyyətin mütəxəssis həkiminin xəstəlikləri müalicə etmək üçün xəstəxanaya çağırması kimi həmişə insanların özləri üçün olmuşdur. Bu şəfqətə və məhəbbətə diqqət etməməyin səbəbi nə ola bilər? Görəsən, öz vəziyyətlərinin yaxşılaşmasına inanmırlarmı? Yoxsa adət etdiklərinə görə ondan əl çəkmək istəmirlər? Yaxud da öz insanlıqlarından ayrıldıqlarına görə bu üzdən şəfqətli bir həkimə e'tinasızlıq edib onu yalqız qoyaraq namə'lum bir şəxs kimi tərk edirlər?!
Kitabın adı: Həzrət Fatimənin (ə) xütbəsi
Müəllif: Seyyid Həmid Fəttahi
Tərcümə edən: Hacı Tərlan Seyfullah