» » Xanım Fatimeyi Zəhranın (s.ə) Fədək xütbəsinin şərhi (Silsilə 12)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6737

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6721

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 1
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2025    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Xanım Fatimeyi Zəhranın (s.ə) Fədək xütbəsinin şərhi (Silsilə 12)
    +5
    Müəllif: Kerbela Gunesi | 2-01-2021, 14:00 | Baxılıb: 1 138
     
    Xanım Zəhranın (s.ə) Fədək xütbəsinin tərcümə və şərhi 
     
    (Silsilə 12)
     
    Həzrət Peyğəmbərin (s) ən çətin zamanı
     
    1.
    فَبَلَّغَ الرِّسالَة صادِعاً بِالنَّذارَة 
    O həzrət(s.ə.a.v) öz risalətini aşkar şəkildə və insanları öz əməllərinin cəzasından qorxutmaqla onlara çatdırdı.
    2.
    مائِلاً عَنْ مَدْرَجَةِ الْمُشْرِكينَ
    Müşriklərin dinindən və məzhəbindən üz çevirdi.
    3.
    ضارِباً ثَبَجَهُمْ، اخِذاً بِاَكْظامِهِمْ
    Onların belini sındırdı və hulqumlarını əli ilə tutaraq sıxdı,
    4.
    داعِياً اِلى سَبيلِ رَبِّهِ بِالْحِكْمَةِ والْمَوْعِظَةِ الْحَسَنَةِ
    Onları qəti dəlillərlə və gözəl nəsihətlərlə Rəbbinə tərəf də'vət etdi.
    5.
    يَکسِرُ الْاَصْنامَ وَ يَنْكُتُ الْهامَّ
    Bütləri sındırır, lovğa və təkəbbürlü şəxsləri əzirdi.
    6.
    حَتَّى انْهَزَمَ الْجَمْعُ وَ وَ لَّوُا الدُّبُرَ
    Nəhayət, hamısı məğlub olub qaçmağa başladılar.
    7.
    حَتَّى تَفَرََّى اللَّيْلُ عَنْ صُبْحِهِ
    Nəhayət, cəhalət gecəsi öz qara pərdəsini səhərin üzündən çəkdi və sübh yetişdi.
    8.
    وَاَسْفَرَ الْحَقُّ عَنْ مَحْضِهِ
    Haqq və həqiqət öz yerindən və kökündən baş qaldıraraq parıldamağa başladı.
    9.
    ونَطَقَ زَعيمُ‏الدّينِ
    Dinin böyüyü və rəhbəri söhbətə başladı.
    10.
    وَخَرِسَتْ شَقاشِقُ الشَّياطينِ
    Şeytanların hay-küyü yatdı.
    11.
    وَطاحَ وَ شيظُ النِّفاقِ
    Münafiq, ikiüzlü və şəxsiyyətsizlər yerə yıxılaraq məhv oldular.
    12.
    وَانْحَلَّتْ عُقَدُ الْكُفْرِ وَ الشَّقاقِ
    Küfrün və ədavətin düyünləri açıldı.
     
    Şərh:
     
    Birinci:
    Allahın sözlərini aydın şəkildə açıqlayan kəslərin xüsusiyyətləri:
    1- Allahın güclü söykəniləcək birisi və dayaq olduğuna  imanları vardır.
    2-Həmişə özlərini Onun hüzurunda bilirlər və Onun istəklərinə uyğun şəkildə öz məs'uliyyətlərini yerinə yetirirlər.
    3-Öz təbliğlərində insanlara məhəbbət göstərmək və onların əllərindən tutmaqdan başqa bir hədəfləri yoxdur.
    4-Öz mənafelərinə görə başqalarını istismar etmək fikrində deyillər, əksinə, bu işi haram bilirlər.
    5- İnsanlara xidmətlərinin əvəzində muzd və mükafat istəmirlər.
    6-Ən gözəl şəkildə onları müalicə edir və nadanlıq xəstəliyinin şərindən onları xilas edirlər.
    İkinci:
    "Mədrəcə” (مَدْرَجَةِ) sözü müxtəlif mə'nalarda işlənir: məzhəb, dərəcələr, tələ və s. Yəni peyğəmbərin(s) konkret bir hədəfi olduğu üçün müşriklərlə daim müharibədə idi. Peyğəmbərin(s) onların dinlərinə tərəf meyllənməsi üçün heç bir zəmin yox idi. Əksinə, yaxşı və hikmətli olan də'vətindən sonra onların pis və çirkin əqidəsini və fikirlərini var gücü ilə sındırdı. Buradan aydın olur ki, batil yol hər zaman, hətta zahirdə qüdrətli görünsə də belə məhv olandır.
    Üçüncü:
    Hər zamanda bir qrup şəxslər öz hədəflərinə çatmaq üçün xalqın fikirlərini bir sıra şeylərlə məşğul edirlər. Bu məqsədlə çox vaxt əqidə ilə bağlı məsələləri ortaya atıb cəmiyyətin başını qarışdırmaq üçün münasib vasitələr düzəldir və onları ümumi kütləyə təqdim edirlər. Cürbəcür formaları olan bütpərəstliyi buna misal göstərmək olar.
    Peyğəmbər (s) xalqın başını qatmaq üçün istifadə olunan bu cür oyuncaqları məhv etdi və bunu təbliğ edənləri isə öz cəzasına çatdırdı. O həzrət(s) bu kimi işlərdən çox narahat olurdu və belə buyururdu: Bu nə vəziyyətdir? Şeytanlar öz istəklərinə çatmaq üçün camaatın dinini və əqidəsini oyuncağa çevirir, onların cəhalət və nadanlığından sui-istifadə edirlər. Əl çalanlar, şe'r oxuyanlar, məddahlar bu kimi işlərlə ümumi camaatın diqqətini öz Yaradanlarından kəsmiş və onları özlərinin cürbəcür oyunlarına məşğul etmişlər ki, məbada düzgün düşünərək öz şıltaq başçılarına qarşı üsyan və qiyam etsinlər! 
    Çünki bütpərəstlik kütlənin fikrini oyuncağa çevirməyin bir növüdür. Buna görə ki, birinin daşı yonaraq ona qəlbən hörmət göstərməsi və ona təvəssül etməsi, yaxud bir şeyi dini rəngə boyayıb onu müqəddəs bilməsi ağlın qəbul etmədiyi bir işdir. Necə ki, inkişaf etmiş Yaponiya ölkəsində bütpərəstlik və yaxud Hindistanda buzovpərəstlik və s. hələ də yayılmaqdadır. Bu bir reallıqdır ki, bu ölkələrin əhalisi elmdə və sənayedə böyük nailiyyətlər əldə etmiş, lakin insanlıq məqamını tapmaqda və gözəl dəyərlərə yetişməkdə nə qədər geridə qalmışlar. Nə üçün? Bunlar özlərini unutmaqla ən pis zillətlərə yuvarlanmamışlarmı? Buna görə də Mə'sum rəhbərlərin(ə.s) dəyərləri burada aydın olur.
    Dördüncü:
    "Hikmət” (حِكْمَة) o sirlərə deyilir ki, həqiqəti göstərmək üçün güclü dəlillərlə və pərdələri götürməklə üzə çıxır.
    Gözəl nəsihətlər (المَوْعِظَة الْحَسَنَة) sadə şəkildə ümumi camaata çatdırılır. Başqa sözlə desək, hikmət həqiqətləri başa düşməkdə hazırlığı olan xüsusi insanlar üçündür. Nəsihətlər isə hamıya aiddir.
    Beşinci:
    .... اَسْفَرَ الْحَقُّ عَنْ مَحْضِهِ
    Haqq Allahın istəkləri ilə uyğun olan hər şeyə deyilir və Qur'anda deyilir ki,
     ﴿أَنَّ اللَّهَ هُوَ الْحَقُّ الْمُبِينُ﴾
    "Həqiqətən, Allah açıq-aşkar bir haqqdır."
    Bu tə'rifə əsasən haqq Allaha tam şəkildə təslim olan bir kəsin vasitəsilə camaata tanıtdırılmalıdır. Quran buyurur ki:
    أَفَمَن يَهْدِي إِلَى الْحَقِّ أَحَقُّ أَن يُتَّبَعَ أَمَّن لاَّ يَهِدِّيَ إِلاَّ أَن يُهْدَى فَمَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ
    "Görəsən doğru yola yönəldən kəs itaət olunmağa daha çox layiqdir, yoxsa doğru yol göstərilmədikcə özü onu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə yürüdürsünüz?"  
    "Məhz” (مَحْض) kəlməsi burada haqqın kökü və əsası mə'nasındadır ki, Allah təala onu Peyğəmbərin(s) və Mə'sum İmamların(ə) vücudunda qoymuşdur.
    Həzrət Fatimə(ə) buyurur: Maneələr aradan qalxdıqda haqq, Peyğəmbərin(s) vücudundan işıq saçmağa və özünü göstərməyə başladı. 
    (ونَطَقَ زَعيمُ‏الدّينِ) 
    Dinin rəhbəri danışmağa başladı və camaatı haqq ilə yaxından tanış etdi. Onlar bu gözəllikləri eşidən kimi yaxınlaşdılar və onu can və qəlblə mənimsədilər. Buna görə də şeytanların siqnal səsi batdı və öz mərkəzlərini itirdilər. Çünki hiylələrlə və aldatmaqla insanların fikrini zəhərləyə və haqq yolundan yayındıra bilmədilər.
    (شَقاشِقُ)
    "Şəqaşiq” dəvə qəzəblənəndə və istiliyi çoxalanda onun ağzından çıxan xortumabənzər şeyə deyilir.
     
     
     

    Kitabın adı: Həzrət Fatimənin (ə) xütbəsi

    Müəllif: Seyyid Həmid Fəttahi
    Tərcümə edən: Hacı Tərlan Seyfullah

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.