» » Xanım Fatimeyi Zəhranın (s.ə) Fədək xütbəsinin şərhi (Silsilə 10)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6693

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6677

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Nisan 2024    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Xanım Fatimeyi Zəhranın (s.ə) Fədək xütbəsinin şərhi (Silsilə 10)
0
Müəllif: Kerbela Gunesi | 31-12-2020, 17:00 | Baxılıb: 1 049
 
Xanım Zəhranın(s.ə) Fədək xütbəsinin tərcümə və şərhi (Silsilə 10)
 
Hökmlərin fəlsəfəsi
 
1.
وَبِرّ الْوالِدَيْنِ وِقايَة مِنَ السّخَطِ
Ata və anaya yaxşılıq etmək övladları Onun qəzəbindən amanda saxlayan qalxandır.
2.
وَصِلَةَ الْاَرْحامِ مَنْماةً لِلْعَدَدِ
Allah qohum-əqrəbalarla bağlılığı ömrün uzanması və tərəfdarların çoxalması vasitəsi etdi.
3.
وَالْقِصاصَ حِصْْنًا لِلدِّماءِ
Qisasın cəzası qan tökməyin qarşısını almaq üçün,
4.
وَالْوَفاءَ بِالنَّذْرِ تَعْريضاً لِلْمَغْفِرَةِ
Nəzrə və şərtə əməl etmək ilahi əfvi qazanmaq üçün,
5.
وَتَوْفِيَة الْمَكايِيلِ وَ الْمَوازينِ تَغْييراً لِلْبَخْسِ
Tərəzidə aldatmağın qarşısını almaq alış-verişdə çəkiləri düz verməklə çatışmazlıqlara qarşı mübarizə üçün,
6.
وَالنَّهْي عَنْ شُرْبِ الْخَمْرِ تَنْزيهاً عَنِ الرِّجْسِ
Şərabxorluğun haram olması çirkinlikdən paklanmaq üçündür.
7.
وَاجْتِنابَ الْقَذْفِ حِجاباً عَنِ اللَّعْنَةِ
Başqalarına böhtandan çəkinmək ilahi əzabdan amanda saxlayan hicab və pərdədir.
8.
وَ تَرْكَ السِّرْقَةِ ايجاباً لِلْعِفَّةِ
Oğurluqdan çəkinmək iffətin və paklığın qorunması üçündür.
9.
وَحَرَّمَ اللَّهُ الشِّرْكَ اِخْلاصاً لَهُ بِالرُّبوُبِيَّةِ
Allah şirki öz rübubiyyətinə olan əqidələrin xalisləşməsi üçün haram etdi.
Həzrət (ə) bu cümlələrdən sonra camaata bir neçə ayələrlə nəsihət edir ki, bəlkə onların daşlaşmış ürəklərinə bu ayələr öz tə'sirini qoydu. 
Belə buyurur:
10.
فَاتَّقُوا اللَّهَ حَقَّ تُقاتِهِ
Elə isə Allaha günah etməkdən çəkinin! Yə'ni Onun mərhəmətinin və mehribanlığının qarşısında hörmətsizlik etməyin.! Ona ləyaqəti olduğu kimi hörmət edin.
11.
وَلا تَمُوتُنَّ اِلاَّ وَ اَنْتُمْ مُسْلِمُونَ
Dünya başa çatar, lakin sizin əməllərinizin nəticələri məhv olmaz. Elə isə çalışın ki, ölüm yetişmədən öncə özünüzü islah edin və Allaha tam şəkildə təslim olduğunuz halda dünyadan gedin.
12.
وَاَطيعُوا اللَّهَ فيما اَمَرَكُمْ بِهِ وَنَهاكُمْ عَنْهُ
Allahın sizə hər şeydə verdiyi əmrə itaət edin və çəkindirdiyi hər bir şeydən isə çəkinin.
13.
فَاِنَّهُ اِنَّما يَخْشَي اللَّهَ مِنْ عِبادِهِ الْعُلَماءُ
Çünki Allahın bəndələri içində təkcə alimlər Ondan qorxub Onun hörmətini saxlayırlar.
 
Şərh:
 
Birinci: 
....وَ بِرَّ الْوالِدَيْنِ وِقايَةً مِنَ السَّخَطِ
Ata və anaya hörmət və yaxşılıq etmək övladların ən mühim vəzifələrindən biridir. Bu barədə Allah təala Qur'ani-Kərimdə buyurur:
وَاشْكُرْ لِي وَلِوَالِدَيْكَ - 
Mənə, ata və ananıza təşəkkür edin. 
Həzrət Zəhra(ə) buyurur: Valideynə hörmət etmək Allahın qəzəbindən və əzabından qorunmaq üçün nicat qalxanıdır. Lakin təəssüflər olsun ki, indiki əsrdə bir çox amillər hər zamandan daha çox qəsdən və ya bilmədən gəncləri Allahın qəzəbinə gətirərək hər bir hiylə ilə onları öz valideynləri ilə üz-üzə qoyur. Bunun da nəticəsi onlara qarşı hörmətsizlik etməkdən, mehriban qəlblərini sındırmaqdan başqa bir şey deyildir. Bu üzdən indiki əsrdə bir çox gənclər valideynlərindən qaçır və ən pis dostların tələsinə düşürlər. Cəmiyyət içində isə heç kəs bu barədə məs'uliyyət hiss etmir ki, müsbət və faydalı proqramlar təşkil etməklə gənc ailələri və nəsilləri başa salıb bu böyük bədbəxtçiliyin qarşısını alsınlar.
Deməli, Allahın qəzəbi valideynləri narahat edən diqqətsiz və e'tinasız övladlara tərəf tuşlanır. Bir halda ki, ata-ananın bütün bu istəyini, mərhəmətini, şəfqətinı, məhəbbətini başa düşmədin və təhqir etməklə onların hörmətini sındırdın, onda naşükürlərdən necə intiqam alacağımızı gör!
Hədisdə belə qeyd olmuşdur ki, həzrət Peyğəmbər(s.ə.a.v) və həzrət Əli(ə) İslam ümmətinin atalarıdırlar. Müsəlmanlar da ağvalideyn  (valideynlərin üzünə ağ) olmamaq üçün çalışmalı və valideynlərin hörmətini onların buyurduqlarına itaət etməklə qorumalıdırlar.
Həzrət Fatimə(ə) sileyi-rəhmin xüsusiyyətlərinə işarə edərək belə buyurur: Qohum və əqrəbalara əl tutmaq onların arasında bağlılığa səbəb olur. منماةً لِلعَددِ kəlməsi ömrün uzanmasına da aid ola bilər. Çünki hədislərdə ailə ilə bağlılığın insanın ömrünün çoxalmasına səbəb olması qeyd olunmuşdur.
İkinci: 
.....وَ الْوَفاءَ بِالنَّذْرِ تَعْريضاً لِلْمَغْفِرَةِ
Nəzir insanın "Əgər istəyimə çatsam filan işi yerinə yetirəcəyəm"-deyərək Allahla bağladığı əhddir. Onun nəzrini Allahdan və zəmanənin İmamından(ə) başqa heç kəs bilmir. İstəyi yerinə gəldikdə öz şərtinə əməl etmək onun Allaha olan imanının nişanəsidir. Həmin iş də onun Allah tərəfindən bağışlanmasına səbəb olur. Nəzri yerinə yetirməyə vadar edən şey onun imanından başqa bir şey deyildir. Öz əhdini yerinə yetirdiyi zaman şübhəsiz ki, özünü ilahi rəhmət üçün hazır etmiş olur.
Üçüncü:
...وَ النَّهْىَ عَنْ شُرْبِ الْخَمْرِ تَنْزيهاً عَنِ الرِّجْسِ
"Rics” رجسْ kəlməsi insanın ruhunda vücuda gələn pislik və ya çırkinlik mə'nasındadır. Şərab içməyin də belə bir pis tə'siri vardır. Hədislərdə deyilir ki, 
شارِبُ الخَمْر ِكَعَابِدِ الوَثَن
Şərab içən bütpərəst kimidir. Çünki ağlı ondan alır və onu pis və nalayiq işlərə vadar edir. 
Həzrət Fatimə(ə) buyurur: Allah insanları pislikdən və çirkabdan pak etmək üçün şərabxorluğu qadağan etmişdir.
Dördüncü:
...اجْتِنابَ الْقَذْفِ حِجاباً عَنِ اللَّعْنَةِ
"Qəzf” (قَذْف), bir kəsə "zinakar"-deyərək böhtan atmağa deyilir. Leksikada atmaq mə'nasındadır. Bu pis əməl, böyük günahlardan biridir. İndiki cəmiyyət içində bu kimi pis sözlər Allahdan xəbərsiz olanlar arasında çox geniş yayılmışdır. Lakin Allaha inananlar heç vaxt belə böhtanlar atmağa cür'ət etmirlər. Çünki Qiyamət günü şiddətli və qorxulu sorğu-sual vardır. Çox təəssüflər olsun ki, şeytanın bu silahı insanların yaşayışını çox amansız etmiş və onların şəxsiyyətini məhv olmaq təhlükəsi ilə üzləşdirmişdir. Buna görə də belə böhtanları söyləyənlər və nəql edənlər qarğış və lə'nətlərdən başqa bir şey qazanmırlar. 
Həzrət Fatimə(ə) buyurur: Bu əməldən uzaq olun ki, lə'nətdən amanda olasınız.
Beşinci:
.وَ تَرْكَ السَّرِقَةِ ايجاباً لِلْعِفَّةِ
"Səriqat” (سَرِقَة) oğurluq deməkdir. Bu işin cürbəcür yolları vardır. Məsələn, bir kəs başqasının icazəsi olmadan gizlicə onun malını, elminə və şəxsiyyətinə aid olan hüquqları öz ixtiyarına keçirir. Bu pis işin ən böyük mənfi nəticəsi cəmiyyətin nizamını dağıtmaqdır. Çünki insanların hüquqlarını pozur və hər kəs bu işi görərkən başqasının haqqını qəsb etməklə yanaşı, bütün insanların asayişini əlindən alır. Həzrət Fatimə (ə) buyurur ki, Allah insanda iffət yaranmasından ötrü bu əməli tərk etməyə əmr etmişdir. Əgər insanlar oğurluğun bütün növlərini tərk etsələr, cəmiyyət içində pak və möhtərəm bir şəxsiyyətə çevrilərlər.
Altıncı:
..وَ حَرَّمَ اللَّهُ الشِّرْكَ اِخْلاصاً لَهُ بِالرُّبوُبِيَّةِ
Şərik qoşmaq iki cür olur: 
1-Aşkar şirk: bütpərəstlik və s. kimi;
2-Gizli şirk: riyakarlıq və nifaq. Bu çirkin əməl haqqında qısa şəkildə bunu demək olar ki, insan iki və ya daha artıq tə'sir qoyan qüvvənin varlığına inanır. Bütpərəstlik, məqampərəstlik, dünyapərəstlik və s. kimi. Qəlbində inanır ki, işləri həll edən həm Allah, həm də özü və ya başqa bir amillərdir. Yə'ni Allahın şəriki olduğuna inanır. Bir sözlə, əgər işlərinin həll olmasında Allahla bərabər başqa varlıqların müstəqil tə'sirinə inanırsa, buna şirk deyilir. Lakin əgər amillərin yalnız Allahın iradəsi ilə tə'sir göstərdiyinə inanarsa, bu sağlam və xalis əqidədir. "Humaye eşq” kitabında bəhs etmişik ki, aşiqin bir mə'şuqu vardır və birinin iki mə'şuqunun olması mümkün deyildir. 
Namazın təşəhhüdündə təkrar olaraq deyirik ki, وَحْدَهُ لاَشَرِيكَ لَهُ 
Tək olan Allaha pərəstiş edirəm ki, onun heç bir şəriki yoxdur.
"Rübubiyyət” (رُبُوبِِيَّة), məxluqları bəsləmək və onları inkişaf etdirmək mə'nasındadır və bu yalnız Allahın əlindədir. Məxluqlar arasında olan səbəblər isə yalnız vasitəçi rolunu oynayır. Həzrət  Fatimə(ə) buyurur: Allah təala şirki buna görə haram etdi ki, bəndələrini Öz rübubiyyətində ixlasa çatdırsin. Yə'ni Onun iradəsi olmadan heç bir şeyin tə'siri yoxdur. Allahdan başqasına sitayiş etmək və Ona diqqətsizlik nadanlığın və cahilliyin əlamətidir.
Sonra ayələrə işarə edərək Allahın belə buyurduğunu söyləyir: Allahın qanunlarına layiq olduğu kimi hörmət edin. Ona tam təslim olmaqla ölümü dərk edin və hər yerdə Allahın əmrlərinə itaət edin. Həmçinin Onun çəkindirdiyi şeylərdən də çəkinin. Çünki həqiqət budur ki, təkcə elmli insanlar Allahdan utanır və Onu yad etməklə tə'sirlənərək Onun əmrinə hörmət edirlər.
 
 

Kitabın adı: Həzrət Fatimənin (ə) xütbəsi

Müəllif: Seyyid Həmid Fəttahi
Tərcümə edən: Hacı Tərlan Seyfullah

 
 
Bölmə: İslami mövzular
Şərhlər: 0
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.