Əli (ə) şiəsi ilə ateistin bəhsi (hissə 11)
Ateist:
Niyə axı Quranı Muhəmməd (s) yaza bilməz?
Həqiqətdə ləyaqətli bir insan olan Muhəmməd (s) Quran kimi bir kitabı yazmağa qadirdir. Bu, Quranı Allah göndərib deməkdən daha da məntiqli olardı. Mən görməmişəm ki, Allah göydən nə isə göndərsin. Biz elə bir vaxtda yaşayırıq ki, kimi isə inandırmaq çətindir ki, Cəbrayıl adlı mələyi Allah yerə göndərib və tapşırıb ki, müqəddəs bir kitabı onun peyğəmbərindən birinə versin.
Əli (ə) şiəsi:
Lakin biz elə bir əsirdə yaşayırıq ki, insana vəhy gətirə bilən gözəgörünməz mələyin mövcud olmasına asanlıqla inana bilərik.
Bu gün dünya, uzaq planetlərdən gələn nəhəng uçan boşqablar, efirdən gələn müəyyən tezliklə radio-dalğalar, hava vasitəsi ilə ötrülən cihazlarda kibrit qutusu boyda görünən təsvirlər, qaranlıqda görünən fotokameralar, gözlər, ayda addımlayan adam, Marsa göndərilən kosmik gəmilər haqqında sensasiyalı məlumatlar doludur. Ona görə Allahın öz mələklərindən birini yerə göndərməsində və ona Öz peyğəmbərlərindən birinə məlumat verməsində heç bir qəribəlik yoxdur. Doğrudan da, bu gün Cəbrailin mövcud olması, yuxarda göstərdiyimiz möcüzələrə nisbətən kiçik bir möcüzədir.
Quranın Məhəmməd (s) tərəfindən yazılmamasını biz ona görə təsdiqləyirik ki, öz üslubuna, dilinə, dərin fikir və sirlərinə, dilinin gözəlliyinə, məcaziliyinə, dilçilik zərifliyinə və incəlik tərzinə görə Quran insan tərəfindən yarana bilməz. Əgər dediklərimizə əlavə etsək ki, Muhəmməd oxumayıb, nə yazmağı, nə oxumağı bilməyib, mədəni cəmiyyətlərdə, onda Quranın onun tərəfindən yazılması haqqında heç düşünmək də belə olmaz. Quranın Allah tərəfindən gəlməsini inkar edənlərə Allah buyurur: "Yoxsa (Peyğəmbər) onu özündən uydurdu" deyirlər. De ki: "Əgər doğru deyirsinizsə, ona ( Qurana) bənzər bir surə gətirin və Allahdan başqa, kimə gücünüz çatırsa, onu da (köməyə) çağırın." (Yunus surəsi ayə 38)
Cinlərdən, dahilərdən kömək istəyin, Quranın surələrinə bənzər surələr yaradın. Bu çağrış indi də öz gücünü itirməyib, indiyənə qədər hələ heç kim belə şey yaratmayıb.
Quranın obyektivliyinə baxaq, bizə aydın olar ki, Quranı Muhəmməd (s) yarada biməzdi.
Birinci, əgər Quranın müəllifi olsaydı, o, orda öz qəm-qüssələrini, həyacanını işiqlandırardı və onun dərdləri Quranın mətninə təsir göstərərdi. Biz bilirik ki, o bir ildə öz dayağı olan sevimli arvadını və əmisini itirmişdi. Həyatda onlardan başqa onun köməyi yox idi, onlar onun yeganə dayağı idi və onların getməsi onun üçün böyük dərd idi. Lakin buna baxmayaraq Quranda bu hadisələrə heç bir işarə yoxdur. Eləcə də Məhəmməd (s) oğlu İbrahimi itirmişdi, lakin bu böyük itgi haqqında da Quranda birdənə də olsun söz yoxdur.
İkincisi, əgər biz Quranın mətnini izləsək, görərik ki, fikirlər yeni, ayələr musiqili səslə, dil bədii, nitq ifadəlidir. Buna bənzər inşa nə islamdan əvvəl, nə də sonra ərəb ədəbiyyatında yoxdur. Ərəb dili üç yerə bədii, nəsr və Quran dillərinə ayrılır. Qarşımızdakı dil nə bədii, nə də ki, nəsr dilidir. Mahnıların musiqiliyi qafiyələnmədən asılı deyil, o, Quranın öz əsasında qoyulub, bu daxili səslənmədir.
Misala ehtiyac yoxdur, çünki ərəb dilini bilməyən bunlardan baş çıxara bilməz.
Quranın ayələri bir tonda səslənmir. Söhbət hədə-qorxudan gedirsə ayələr daş axını və ya dəmir çığırtısına bənzəyir. Bir ayədən misal: "Biz (əzabı) uzun sürən nəhs bir gündə onların üstünə uğultulu, çox soyuq bir külək göndərdik. O, adamları kökündən qopmuş xurma kötükləri kimi (yerindən) qoparıb atırdı." (Qəmər surəsi ayə 19-20.)
Söhbət təbii fəlakətdən getdikdə, məsələn, böyük daşqın haqqında, ibarətlər teleqraf məlumatı kimi qısa, qırıq-qırıq olur:" Allahdan bir əmr alaraq: "Ey yer! Suyunu ud ey göy! Yağışını saxla, açıl."- deyildi. Su çəkildi. İş bitdi." (Hud surəsi ayə 44)
Bu cümlələrin qurulmasında, sözlərin yerləşdirilməsində, söz birləşmələrinin seçilməsindəki böyük məharətdən danışır. Dil bədii, parlaq, sözlər səslənməsi yüngül və sərbəstdir.
Quranın bədiiliyi təkmilləşmənin ən yüksək səviyyəsinə çatır.
Əgər biz analizimizi dərinləşdirsək, qarşımızda fikrin nəfisliyi, kompozisiyanın müstəsinalığı və zəngin metaforizm açılır. Quranda hər söz öz yerindədir, onların nə yerini dəyişmək nə də ki, onları başqası ilə əvəz etmək olmaz, hər söz milyonlarla sözlərdən ağılla və təmkinlə seçilmişdir. Biz dilin nadir incəliyini görürük, poeziya tarixində bunu bənzəri yoxdur: "Biz (buludla) yüklənmiş (bitkilərə, ağaclara həyat verən, onları yozlandıran) külək göndərdik, göydən yağmur endirib sizə su verdik" (Hicr surəsi ayə 22.)
Əvvəllər bu ifadəyə kinayəli məna verirdilər, yəni küləklər buludları oyadır, yağış yağır, yeri sulayır və beləliklə yeri münbitləşdirir. Bu gün bizə aydındır ki, küləklər buludları müsbət maqnit qütbündən qovaraq mənfi maqnit qütbünə atır, onların toqquşmasından ildırım yaranır və göy guruldayır, bu isə yağış gətirir. Sözün əsil mənasında bu əlaqəyə girməkdir. Biz bilirik ki, küləklər çiçəklərin erkək və dişi cinsiyyət hüceyrələrini sovurur və bununla onları mayalandırır. Burada bzizm qarşımızda bütün mənalarda sərrast bir söz görürük, elmi nöqteyi-nəzərindən isə bu söz ahəngdardır.
Bunlar Quranın dilinin incəliyini və dəqiqliyini, ifadə quruluşu qaydalarını, ibarətlərin ciddiliyini, sözlərin düzgün seçilməsini, mülahizə tərafətini göstərə bilən ancaq bir hissəsidir. Belə halı biz nə qədim, nə də ki, yeni kitablarda tapa bilmərik.
Əllahummə salli əla Muhəmməd və ali Muhəmməd
Allahın köməyi ilə 12-ci hissədə bu suala cavab veriləcək:
Bəs sən Quranda olan ziddiyyətli ayələrə nə deyirsən? Səncə bu sözlər nəyi bildirir. "... kim istəyir inansın kim istəyir inanmasın" ( Kəhf surəsi ayə 29)
Başqa bir ayədə isə onun əksinədir: "Allah istəməsə, siz istəyə bilməzsiniz" ( İnsan surəsi ayə 30)
Sonra Quran günahkarların hesabatı haqqında deyir ki, onlar sorğu-sual olunacaqlar" ( Zuxruf surəsi ayə 19)
"Siz mütləq sorğu-sual olunacaqsınız" ( Zuxruf surəsi ayə 44)
Başqa bir ayədə isə deyilir: "...Günahkarlar öz günahları barədə sorğu-sual olunmazlar" ( Qəsəs surəsi ayə 78)