Əli (ə) şiəsi ilə ateistin bəhsi (hissə 9)
Ateist:
Kainatda insan bir zərrəcikdir, Allah ondan ibadət istəməklə, əmirlər verməklə, ona tab gətirə bilmədiyi yüklər yükləyir. Bu haqsızlıq deyilmi?
Biz kainatda zərrəcik deyilik və bizim Allah qarşısında əhmiyyətimiz cüzi yox, böyükdür. Məgər o deyilmi bizə öz mənəviyyatından ruh verən, mələkləri bizə sitayiş etdirən, O deyilmi yerə və göyə varis etməyə söz verən. O, Quranda bizim haqqımızda buyurur: " Biz Adəm övladını şərəfli və hörmətli elədik, onları suda və quruda (gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə) mindirib sahib etdik, özlərinə təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik" (İsra surəsi ayə 70)
Demək belə çıxır ki, bizdə Allahın ruhunun hissəciyi var və biz kainata nisbətən toz zərrəciyi deyilik. Kainatın sonsuzluğuna nisbətən bizim öçülərimiz kiçik olduğundan bizə elə gəlir ki, biz toz zərrəciyiyik.
Lakin biz kainatı dərk edirik, göy qübbəsi qanunlarını öyrənirik, hər bir planetin orbitini çəkirik. Sonralar isə kosmovatlar aya enərkən bizim yerdə heç bir şey görmədən çəkdiyimiz fərziyyələri təsdiqləyirlər. Bu onu göstərmirmi ki, ruhumuza görə biz kainatdan əzəmətliyik, bizdə bütün kainat yerləşib.
Həqiqətən, insan geniş bir kitabdır, kainat isə onun səhifəsidir. Demək, insan uludur. Onda Allahın ruhunun hissəciyi vardır və onun işləri hesabat tələb etmir. Sən deyirsən tab gətirə bilmədiyimiz yükü yükləyib . Bu da səhv fikirdir. Allah Quranda buyurub: "...Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyirik." (Əraf surəsi ayə 42)
Əllahummə salli əla Muhəmməd və ali Muhəmməd
Allahın izni ilə 10-cu hissədə bu suala cavab veriləcək:
Həcc ənənələri aşkar bütpərəstlik deyilmi? Siz Kəbə adlandırdığınız bu daş tikili, ona toxunma, ətrafına fırlanma, qara daşı öpmə və s. Bunlar bütpərəslik deyilmi?