» » Əli (ə) şiəsi ilə ateistin bəhsi (hissə 8)


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6737

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6721

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Mayıs 2025    »
    PtSaÇaPrCuCtPz
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Əli (ə) şiəsi ilə ateistin bəhsi (hissə 8)
    +5
    Müəllif: Aşiqi Rüqəyya | 29-04-2016, 14:00 | Baxılıb: 1 247
     

    Əli (ə) şiəsi ilə ateistin bəhsi (hissə 8)  

    Ateist: 
     
    Allah bizi necə cəzalandıra bilər, o ki, mərhəmətlidir? Qısa müddət ərzində etdiyimiz günahlar üçün sonsuz cəza?
     
    Əli (ə) şiəsi:

    "Məhdud vaxt" ərzində törədilmiş günahlara görə Allahın ömürlük cəza verməsi haqqındakı sözlər də yanlışdır. Allah elə cəhənnəm əhlindən danışır ki, onlar sağlıqlarında edə bilmədiklərini törəmək üçün yenidən bu dünyaya qaytarılmaları haqqında yalvaracaqlar:  "...Əgər geri qaytarılsaydılar, yenə də onlar qadağan olduqları şeyə (küfrə və günaha) əl qatardılar. Onlar şübhəsiz ki yalançırdılar." (Ənam surəsi ayə 28) Onların günahı zamanda məhdud günah deyil, bu günahlar hər bir vaxt yenidən təkrarlanır. Və əgər onlar daim yaşasaydılar, daim günah işlədəcəkdilər. Və əgər onlar yenidən yerə  qaytarılsalar, yenə və həmişə etdiklərini edəcəklər. Həqiqətən onlar yalançıdırlar. Deməli bu xüsusiyyətlər gözlənilmədən yaranmış şərait nəticəsində buraxılmış səhv deyil, bu onların daimi daxili xüsusiyyətləridir. Allah belələri haqqında deyir: " Allah onların hamısını dirildəcəyi gün onlar sizə (yalandan) and içdikləri kimi Allaha da and içəcək və (bununla axirətdə) bir şey qazanacaqlarını zənn edəcəklər. Bilin ki, onlar əsl yalançıdırlar." (Mücadilə surəsi ayə 18)
    Pərdələr qaldırılıb, sirlər açılan günü Allahın qarşısında dayanaraq yalan and içə bilərlər. Bu həyasızlıqdır və biz burada zamanla məhdudlaşan günah yox, həmişəlik günahla qarşılaşırıq. Biz özündə daimi günah daşıyan ruhla qarşılaşırıq, odur ki, həmişəlik cəza ədalətlidir. Bu haqda Quranda buyurulur: " ...Və onlar cəhənnəm odundan çıxa bilməzlər."
    Heç şübhə yoxdur ki, günahkarlarla od arasında müəyyən oxşarlıqlar vardır. Onların ürəyində paxıllıq, nifrət, ehtiras, qısqanclıq, yalan və qəzəb odu yanır, cinayət hissləri coşur. Bunlar hamısı həqiqətən alova bənzəyir. Belə ürəklər müharibə alovu yandırmadan sakit yaşaya bilməzlər, çünki alov onların mühiti və təbiətidir.
    Aşağdakı mülahizə haqlıdır: belə ürəklərin yeri cəhənnəmdir. 
    Bu adamlar cənnətin nemətlərindən istifadə edə bilməzlər, onlar orada olanların yaşayışını zəhərləyərlər. Məgər onlar bu dünyada sülh və sakitlikdən imtina etməmişlərmi?
    Biz "cəhənnəm" və "cənnət" anlayışlarını dərk etməliyik. Cəhənnəm bəzilərinin dərk etdiyi kimi, ancaq yanğın və ya tavada qızartma deyil, cəhənnəm daha geniş anlayışdır. Bu ancaq sözün həqiqi mənasında olan ad deyil. Allah deyir ki, günahkarlar cəhənnəmdə danışırlar, bir-birlərini söyürlər. Orada meyvəsi şeytan başına bənzər " zəkkum" ağac vardır, günahkarlar cəhənnəmdə zəncirlə bağlıdırlar, həm ağacın meyvəsindən yeyirlər və qaynarlığı içlərini doğrayan su içirlər. Paqqıldayan qaynarda boğularaq onlar bir-birlərini lənətləyirlər. Cəhənnəm od-alov rəmzidir. Bu alov haqqında Allah buyurur: "... Hər tayfa girdikcə (özündən əvvəlki) dindaşına və ya tayfadaşına (onu doğru yoldan azdırdığı üçün) lənət oxuyacaq. Nəhayət, hamısı birlikdə cəhənnəmdə toplandığı zamandan sonra gələnlər (tabi olanlar) əvvəl gələnlər (tabi olduqları) barəsində deyəcəklər: " Ey Rəbbimiz. Bizi azdıran bunlardır. Bunlara iki qat əzab ver." Allah buyuracaq: " Hər birinizi iki qat əzab gözləyir, lakin siz bilmirsiniz" (Əraf surəsi ayə 38) Onlar orada olarkən bir-birlərini lənətləyəcəklər. Deyənlərdən belə nəticəyə gəlmək olmaz ki, biz fiziki cəzanı rədd edirik və ancaq mənəvi cəzadan danışırıq. Həqiqətən cəza hiss olunacaq dərəcədədir, aşkardır, ona şübhə etmək olmaz və biz onun mövcudluğuna inanırıq. Biz bu cəzanın gücü keyfiyyəti haqda, alovun xüsusiyyətləri haqda danışdığımız kimi danışırıq, cəzanın sərhədləri genişdir. bu sirr də naməlumdur. Biz ancaq Quranın şərhinə əsaslanırıq. Od - biz təsəvvür etdiyimiz od deyil. Eləcə də bizim bədənimiz bu alov nəticəsində biz təsəvvür etdiyimiz  bədənə çevirilməyəcək, yəni kövrək, zərbədən çatlayan və yanan olmayacaq. 
    Cənnət isə göy-göyərtili, mer-meyvəli bazar deyil, sehirli və gözəl quşları olan bağ-bağçada deyil. Cənnət haqqında Quaranda verilən şərhlər ancaq cənnətin təqribi dərk edilməsi üçün verilən anlayışlardır. Bu haqda Allah Quranda buyurur: " Müttəqilərə vəd olunan cənnətin  vəsfi belədir: orada dadı dəyişilməyən, suları axan arxlar, tam çökməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan nəhirlər və təmiz baldan irmaqlar vardır" (Məhəmməd surəsi ayə 15) Biz ancaq cənnətin bənzərliyini, cənnət anlayışına yaxın  bir məfhumu təsvir edirik, həqiqətə isə bu qeyri-müəyyənlikdir. Allah Quranda buyurur: "Etdikləri əməllərin mükafatı olaraq möminlər üçün göz oxşayan nə cür meyvələr gizlənb saxlanıldığını heç kəs bilməz" (Səcdə surəsi ayə 17) " Rəbbimizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış cənnətə tələsin" (Ali İmran surəsi ayə 133) Bu sadə bağ deyil. "Bol meyvələr" (Vaqiə surəsi ayə 32) "Tükənmə və qadağan edilməyən meyvələr içində" (Vaqiə surəsi ayə 33) Bu meyvlər qutaran və əlçatmaz meyvələr deyil. Cənnət içkiləri haqqında Allah buyurur: "(Dünyadakı şərabdan fərqli olaraq) o şərabdan başları ağrımza və keflənməzlər" (Vaqiə surəsi ayə 19)
    Cənnət əhli haqqında quranda deyilir: "Biz onların (cənnət əhlinin) ürəklərindəki kin-küdurəti çəkib çıxardarıq..." (Əraf surəsi ayə 43) Burada bizim ürəklərimiz elə üsulla təmizlənir ki, biz bu haqda bilmirk. Belə olduqda cənnətdə naməlum məhfumdur və bu anlayışda hiss edilən firavanlıq, heç də inkar edilmir. Biz inanırıq ki, cənnət eyni vaxtda hiss edilən və mənəvi firavanlıq, cəhənnəm isə mənəvi və fiziki cəzadır. Biz ancaq bu firavanlığın və bu cəzanın genişliyini qeyd edirik. Biz onların Böyük Allahın sirlər sirri olması xüsusiyyətini təsdiqləyirik
    Cənnət gözəl bir bağça, cəhənnəm isə qaynayan bir qazan deyil.
     Axirət dünyasında cəza Allahın öz qullarına məcburiyyəti yox, onların təmizlənməsi, izharı və islahıdır. Allah Quranda buyurur: " Əgər siz şükür etsəniz və iman gətirsəniz sizə əzab vermək Allahın nəyinə lazımdır" (Nisa surəsi ayə 147)
    Cəza həmişə ədalətlidir. Allah iman gətirənləri cəzalandırmır, O, ancaq cəzanı bütün islah yolları faydasız olan naşükürlərə təyin edir.
    Allah buyurur: " Biz ən böyük əzabdan (axirət əzabından) əvvəl onlara mütləq dünya əzabından daddıracağıq. Bəlkə (tövbə edib) düz yola qaydalar" (Səcdə surəsi ayə 21) Allahın prinsipi beledir-onları daimi alova atmazdan əvvəl, qayğısızlıqdan ayıtmaq, karlığı və yuxunu qovub çıxartmaq üçün onlara kiçik cəzanın dadını daddırmaq gərəkdir "bəlkə onlar ayılarlar və geri dönərlər"
    Bütün bu yollarda müvəffəqiyyətsizliyə uğradıqda və onlar yenə də şikayət etməkdə davam edərlərsə, onları həqiqi cəza ilə tanış etməkdən başqa bir əlac qalmır.
    Əslində bu tanışlıq Allahın mərhəmətidir. Əgər Allah onları öz korluqlarında, avamlıqlarında və etinasızlıqlarında saxlasa bu doörudanda ədalətsizlik olardı. Onu bunlardan təmizləyirəm, oo bunlardan yüksək və böyükdür. Cəhənnəmlə hədələmək Allahın qayğısının ifadəsidir. 
    Allah  buyurur: "... İstədiyimi əzaba düçar edərəm. Mərhəmətim hər şeyi ehtiva etmişdir..."(Əraf surəsi ayə 156)
    Cəzada Allahın mərhəmətidir. 
    İndi mən səndən soruşuram " Əgər Allah zülmkara və məzluma, qatil və öldürülənə eyni mərhəmətlə yanaşsa, hamıya nemətləri eyni  bərabərdə paylasa O özü mərhəmətli sayıla bilərmi? 
    Xeyirxahlıqla yamanlığı bərabərləşdirmək  ədalətli olarmı? Allah cəzasını mümkün saymayanlara deyə bilərik: " Əslində Allah bu dünyada da cəza vermirmi?  Bəs qocalıq, xəstəlik cəza deyilsə nədir? Bəs mikrovları kim yaradıb? Bu faktlar bizim taleyimizin Allahın əlində olmasını yadımıza salmırmı?, bu bizə  xəbərdarlıq deyilmi ki, O, bizim bu dünyada da, axirət dünyasında da cəzalandıra bilər?"
    Əllahummə salli əla Muhəmməd və ali Muhəmməd
    Allahın köməkliyi ilə 9-cu hissədə bu suala cavab veriləcək:
    Kainatda insan bir zərrəcikdir, Allah ondan ibadət istəməklə, əmirlər verməklə, ona  tab gətirə bilmədiyi yüklər yükləyir. Bu haqsızlıq deyilmi?

     
     
     
    Bölmə: Şübhələr
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.