Əli (ə) şiəsi ilə ateistin bəhsi (hissə 7)
Ateist:
Allahın mərhəməti birmənalı deyil, niyə Allah bəzilərinə öz səxavətini göstərir, bəziləri isə bunlar haqqında ancaq başqalarından eşidirlər?
Əli (ə) şiəsi:
Allahın səxavəti həmişə mərhəmətdən ibarət olmur, bəzən iztirablardan da ibarət olur. Məgər Allah İsa peyğəmbərin göydən yemək-içmək göndərməsini xahiş edən məsləkdaşlarına deməmişdirmi: " Allah buyurdu: mən onu sizə, əlbəttə, nazil edərəm. Lakin ondan sonra sizlərdən kim küfrə düşərsə, ona aləmlərdə (kainatda) olanlardan heç kəsə verməyəcəyim bir əzab verərəm" (Maidə surəsi ayə 115)
Bu ona görədir ki, işarələr göndərildikdən sonra da inama gəlməyənlərə həmişə ağır cəza göndərilir. O adamlar xoşbəxtdir ki, işarə edilmədən eşitdiyinə inanır, vay inanmayanların gününə.
Quran sənə qarşı inandırıcı dəlildir. Əgər Quranın bütün tələblərini yerinə yetirməsən qiyamət məhkəməsi günü sən mərhəmətə yox, bəlalara düçar olacaqsan.
Allahın kiməsə çox, kiməsə az mərhəmət göstərməsi Onun ürəkləri tanımasına əsaslanır. Bu haqda Quran göstərir "... Allah onların ürəklərində olanı bildi, onlara öz dərgahından xatircəmlik, rahatlıq göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir qələbə ilə mükafatlandırdı" (Fəth surəsi ayə 18)
Allah bizim cəhətlərimizi biz dünyaya gəlməmişdən qabaq, hələ ana bətninə düşməmişdən qabaq bilir. Bizlərdən bəziləri Onun ətrafında birləşdik, bəzilərimiz isə Onun səltənətindən zövq alaraq Ondan uzaqlaşdıq, beləliklə, Yaradıcıya qarşı diqqətsiz olaraq, həmin gündən etibarən aşağı rütbəyə layiq olduq. Öz qısa ömrümüz daxilində bu dünyada gördüklərimiz hələ hər şeyi görmək deyil. Hər bir ağrının və məhrumluğun hikmətini ancaq Allah bilir və hər bir soruşana ki, niyə Allah donuzu donuz yaradıb, cavab verə bilərəm ki, Allah donuzu ona görə donuz yaradıb ki, onun mənəviyyatı donuz mənəviyyatıdır. Odur ki, onun belə yaranması məntiqi və ədalətlidir. Ətrafımızda gördüklərimiz müdrikliklə açıqlamağa hər adamın gücü çatmır.
Bəlkə də bu səbəbdən axirət dünyası mövcuddur və ədalət tərəzisi qurulan günü hər şeyə qadir Allah bizim bütün ziddiyyətlərimizi aydınlaşdıracaq.
Əllahummə salli əla Muhəmməd və ali Muhəmməd
Allahın köməkliyi ilə 8-ci hissədə bu suala cavab veriləcək:
Allah bizi necə cəzalandıra bilər, o ki, mərhəmətlidir? Qısa müddət ərzində etdiyimiz günahlar üçün sonsuz cəza?