![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mayıs 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | |||
5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
26 | 27 | 28 | 29 | 30 | 31 |
Əli (ə) şiəsi ilə atestin bəhsi (hissə 6)
Ateist:
Bəs sən Quranı dərk etməyənlərə, müqəddəs kitabları göndərilməmişlər və peyğəmbərləri olmayanlar haqqında nə deyə bilərsən? Onların günahları nədir və dəhşətli məhkəmə günü onların yerləri haradır?
Məsələn, Uzaq şimalda yaşayan eskimoslar və ya Afrika cəngəlliklərindən olan adamlar? Dəhşətli məhkəmə günü onları nə gözləyir?
Əli (ə) şiəsi:
Əvvəla, izin ver, dediklərinə düzəliş verim. Sən sualları düzgün qoymadın.
Allah bizi xəbərdar etmişdir ki, O, öz mərhəmətindən heç kəsi məhrum etməmişdir. Bu haqda Quranda buyurulur: " ...Elə bir ümmət yoxdur ki, onun işində qorxudan bir peyğəmbər gəlib getməsin." (Fatir surəsi ayə 24)
Quranda göstərilənlər peyğəmbərlərin hamsı deyil, Minlərlə Peyğəmbərlər var ki, onlar haqqında bizə heç nə məlum deyil.
Allah Quranda buyurulub : "... Onların kimisi haqqqında sənə xəbər vermiş, kmisi haqqında xəbər verməmişik..." (Mumin surəsi ayə 78)
Allah hətta bal arisina da təlqin edir: " Rəbbin bal arsısına bele vəhy (təlqin) etdi:" Dağlarda, ağaclarda və insanların qurduğu yerlərdə özünə yuva tik" (Nəhl surəsi ayə 68)
Allahın vəhy etməsi və inandırma yolları müxtəlif olur - bəzən Cəbrayılın gətirdiyi kitab şəkilində, bəzən Öz bəndəsinin qəlbinə yöləldilmiş şüa şəkilində, bəzən könüldə sevinc və razılıqla, bəzən itaətlə, möhkəmliklə və vahiməylə.
Həssas ürəkli və kəskin dərketmə qabiliyyətli hər bir kəs bu bu hədiyyəni Allahın səxavətindən alır . Lakin öz qulaqlarını tıxayan və ürəyini qapayanlara nə kitablar, nə peyğəmbərlər, nə işarələr kömək edə bilməz. O, hər istəyənə öz mərhəmətindən pay verir və O, heç kəsin qarşısında öz etdiyinə görə cavabdeh deyil.
Bəzən Allah öz mərhəməti ilə birinə xəbərdarlıq edir, başqasına isə lap azacıq da olsa inamını qəbul edərək, bəraət qazandırır. Kim bilir, bəlkə də bir ibtidai zəncinin Allah qarşısındakı qorxudan bircə dəfə səmayə yönəlmiş nəzəri, bizim bütün ibadətlərimizdən nicatvericidi və qəbula keçəndir?
İbtidai zəncilərin dinlərini diqqətlə öyrənilməsi göstərir ki, onların peyğəmbərləri və bizim müqəddəs kitablarımıza bənzər kitabları olmuşdur.
Msələn, mov-mov tayfasıda Mujayn adlı Allaha inanırlar və hesab edirlərki o vahddir, doğmayıb, doğumayıbona bərabər və bənzər yoxdur, o gözəgörünməzdir. onun iznindən başqa heç bir şey tanımırlar, o yaradıcır hamıya yemək verir, p səxavətlidir, xəstələri sağaldır, kasıblara kömək edir, yağışı yağdırır, yalvarışları eşidir. Onlar təsdiq edirlərki ildırım onun qılıncıdır, gğy gurultusu isə onun addımlarının səsidir. Bu Mujayn həmin Allah deyilmi? Əgər onların tarıxındə belə bilkləri gətirən peyğəmbər olmayıbsa, bu biliklər onlarda haradandır?
Vaxt keçdikcə həmin dinə daxil olmuş cəfəngiyat olan hər şey onun istəyi ilə tərpənir, acıqlı adamlar üzərinə tufanı o göndərir , yaxşı adamları maddı nemətlərlə, firavanlıqla və dincliklə o mükafatlandırır.
Şaylük qəbiləsində də juk adlandırdıkları tək Allaha inanırlar. Onlar deyir ki, o gizlidir və aşkardır, göylərdə olur, ancaq onun iştirakı hər yerdə və hər şeydə hiss olunur, bizi əhatə edən hər şeyi o yaradır.
Danka qəbiləsində Niyalak adlanan tək Allaha inanırlar. Niyalak sözünün həqiqi mənası " göydə olan " və ya " yüksəklikdə olan" deməkdir.
Bu doğmaları islam adlandırmayıb, bəs necə adlandırmaq olar?
Bu xalqların tarixində bu göydən göndərilməyibsə, bəs onda bu nədir? Həqiqətən bizim inamımız birdir.
Allah Quranda buyurur: " İmam gətirənlərdən (müsəlmanlardan) musəvi (yəhudi), isəvi (xiristian) və sabiilərdən, Allaha, axirət gününə inanların mükafatları Rəbbinin yanındadır. (Qiyamətdə) onların heç bir qorxusu yoxdur və onlar qəmgin olmazlar"
Lakin vaxt keçdikcə insanlar təmiz dini təhrif etdilər.
Son günədək, hətta dirilmə və mühakimə günündə də xeyirxah iş görən, tək bir Allaha inanların hamısının mükafatı Allahdır.
Məlumdur ki, Allahın mərhəməti müxtəlif olur. Dünyada kor d, gözlü də doğulurlar.
Adamlar var ki, Musa peyğəmbərin dövründə yaşayıblar və öz gözlərilə onun çay axınının dayandırılmasını görüblər, admlar da var ki, İsa peyğəmbərin dövründə yaşayıblar və onun ölüləri diriltməyini görüblər. Biz isə bunların haqqqında ancaq eşitmişik.
Bununla belə inadkar xudpəsəndlər gözlərilə peyğəmbərlərinin möcüzələrini görə-görə deyirdilər ki, bunların hamısı sehirbazlıqdır.
Əllahummə salli əla Muhəmməd və ali Muhəmməd
Allahın izni ilə 7-ci hissədə bu suala cavab verəcəyik:
Allahın mərhəməti birmənalı deyil, niyə Allah bəzilərinə öz səxavətini göstərir, bəziləri isə bunlar haqqında ancaq başqalarından eşidirlər?
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |