Əli (ə) şiəsi ilə ateistin bəhsi (hissə 3)
Hər şey Allahın izniylədir
Ateist:
Hər xırda və iri işlərə qarışan, öz sahibinin evini tanımaq üçün heyvanların şüurunu idarə edən, arılara dağlarda yuva qurmağı təlqin edən Allah qəribə deyilmi? Qəribə deyilmi ki, onun xəbəri olmadan bir dənə də olsun yarpaq ağacdan düşməməlidir, budağın hər bir tumurcuğu onun hesabında olmalıdır, heç bir hamilə qadın Onun icazəsi olmadan doğmamalıdır. Əgər milçək yeməyə düşübsə, demək ona bunu O təlqin etmişdir, əgər yağış yağmırsa, demək onu O dayandırmışdır. Siz öz belə anlayışınızla Onu həddindən artıq, külli miqdarda kiçik əhəmiyyətli işlərlə məşğul etmirsinizmi?
Əli (ə) şiəsi:
Sizcə, əgər Allah özünü bu məsuliyyətdən azad edərsə, özü yaratdığı dünyadan üz döndərərəsə və onu özbaşına buraxarsa, belə Allah sitayiş edilmək iqtidarına malik ola bilərmi?
Sizcə, O, nə görə bilsə, nə eşidə bilsə, öz yaratdıqlarının yalvarınışına cavab verməsə, onların qayğısına qalmayana Allah demək olarmı? Və sən bir işin əhəmiyyətli, başqa bir işin isə əhəmiyyətsiz olub - olmamasını, Allahın onlardan hansına qarışmasını, hansına isə qarışmamasını necə təyin edə bilərsiz?
Sizin əhəmiyyətsiz və zərərsiz boş şey saydığın milçək tarixin gedişini dəyişməyə qadirdir.
Sizcə əhəmiyətsiz olan bu fakt hadisələrin inkişafına təsir göstərə biməz. Məhz ordu üçün hazırlanmış yeməyə düşərsə o, bütün ordunu qanlı islah və ya vəba xəstəliyinə yoluxdura bilər. Bu səbəbdən isə əsgərlər döyüşü uduzaraq tarixin gedişini dəyişə bilərlər.
Məgər Böyük İsgəndər mığmığadan həlak olmadımı ?
Kiçik müqəddimə qəmli epiloqa gətirib çıxara bilər. Qəmli müqəddimə isə heç nə ilə qurtara bilər. Bunların hamısını bilən yeganə Allahdır.
Niyə axı siz Allahın vəzifə dairəsini məhdudlaşdırmaq istəyirsiz?
Allah adlanmağa həqiqətən elə bir Allah layiqdir ki, O, hamı haqqında hər şeyi bilsin, onun nəzəridən nə yer üzərində, nə də ki, səmada , hətta kiçik bir toz zərrəsi belə qaçmasın.
Ancaq eşidən, cavab verən, öz yaratdıqlarının qeydinə qalan Allah adlandırıla bilər.
Allah Quranda buyurub: "Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər? Buna görə də möminlər Allaha təvəkkül etsinlər!" (Ali imran surəsi, ayə 160)
Əllahummə salli əla Muhəmməd və ali Muhəmməd
Allahın köməkliyi ilə 4-cü hissədə bu suallara cavab veriləcək:
Siz deyirsiniz ki, hər şeyin taleyini Allah müəyyən edib, o cümlədən bizim işlərimizi də O qabaqcadan lazımi səmtə yönəltmişdir.
Onda belə çıxır ki, mən istəyirəmsə də istəmirəmsə də hər şeyi etməliyəm. Əgər bu belədirsə, onda O niyə bəzi işlər üçün bizi mühakimə edir. Deməyin ki, mən özbaşnayam, yoxsa bu ən böyük uydurma olardı. İcazə verin, mən fikrimi davam etdirim. Məgər mən doğulub ya doğulmamaqda, milliyyətimi, dərimin rəngini, vətənimi seçməkdə öz başnayammı? Məgər mənim istəyimləmi ay və günəş çıxır və batır?
Mənim taleyim, ölmüm və xəstələnməyim mənim arzumlamı mənə verilir?
Məgər mən günahkarammı ki, hər şeyi qabaqcadan taleyimlə müəyyənləşdirilib, mənim isə başqa çıxış yolum yoxdur. Bəs belədirsə Allah niyə mühakimə edir? Sonra siz bəşəriyyətə cəmiyyətin, əsrin təsiri haqqında və materialist-filosofların dedikləri tarixi zərurilik haqqında nə deyə bilərsiz?