Əli (ə) şiəsi ilə ateistin bəhsi ( hissə 15)
Ateist:
Ruhun mövcudluğuna, insanın öldükdən sonra dirilməsinə sizin hansı dəlilləriniz var. İslam bu haqda nə deyir?
Əli (ə) şiəsi:
Ruhun mövcudluğuna birinci sübut insan təbiyətinin iki xassəli olmasıdır. İnsanın iki xassəsi var: xarici, zahirdən görünən xassə - bu onun bədənidir. O bütün maddi xüsusiyyətlərə malikdir. Bədəni çəkmək, başqası ilə müqayisə etmək olar, o, zamanın təsirindən dəyişir, hərəkət edir, bir haldan başqa hala keçir, xəstəlik nəticəsində dəyişir, arıqlayır, kökəlir, rəngini dəyişməyə qadirdir, ayıq qalır, yatır, aclığı, soyuğu hiss edir və s. Bu xassə ilə yanaşı bizdə hissiyyat xassəsi də yaşayır, məsələn, rəğbət, nasazlıq, qorxu, xəstəlik, həyacan.
Bədənin bu xassiəsi və bununla bağlı onun müxtəlif vəziyyətləri maddi xüsusiyyətlərlə təyin olunduğu üçün biz deyə bilərik ki, insan bədəni və onun üzvü ruhu, yəni hər ikisi materiyadır.
Lakin burada başqa bir xassə, insanın daxili aləmi xassəsi də var. Bu xassə birincinin tam əksidir və ondan fərqlənir. Sabitliklə müəyyən edilən bu başqa bir xüsusiyyətli xassə zaman və məkan təsirindən dəyişmir. Bu daimi qabiliyyətə malik zəka, idrak, vicdan, estetik qavrama və özündə zəkanı, vicdanı və bütün başqa hissiyyatlar mənimsəmələrini birləşdirən mənliyimizdir.
"Mənlik" - bu nə cism, nə də ki, üzvi ruhudur, o nə aclıq, və nə də ki, toxluq hiss etmir. "Mən" - çox geniş və dərin bir simadır, bu anlayış özündə geniş bir məna birləşdirir. Bu simaya görə insan mədəni sərvətləri, varlığı və dünyanı duyur və qavrayır. Bu güniş bir hissiyyatdır. Ona əhatə edən mühit təsir göstərmir, o fəzada dəyişmir, arıqlamır, kökəlmir, xəstələnmir, zamanın təsirinə dözür, onun nə keçmişi, nə gələcəyi nə də bu günü var. O həmişə daimidir və vaxt keçdikcə yox olmur. Bizim təsəvvürümüzdə və anlayışımızda o daimi və sonsuzdur.
Allah yaradan və dirildəndir: "Allaha qarşı səmimi olub Ona dua (ibadət) edin. Sizi (yoxdan) yaratdığı kimi, yenə onun hüzuruna qaydacaqsınız" " Hamınızın axır dönüşü Onadır. O, insanı yoxdan yaradır, sonra iman gətirib yaxşı işlər görənləri ədalətlə mükafatlandırma üçün yenidən dirildir."
Allah Quranda buyurur : "( Ya Muhəmməd) Səndən ruh haqqında soruşurlar. De ki: Ruh Rəbbimin əmrindədir. Sizə ( bu barədə) yanlız cüzi bir bilik verilmişdir." Bu sirdir. Heç kəs bu haqda bilmir. " (İsra surəsi ayə 85)
"Allah dirini ölüdən və ölünü diridən çıxarır. O, yeri öldükdən sonra dirildir və siz də (Qiyamət günü) beləcə çıxarılacaqsınız.” (Rum surəsi ayə 19)
Əllahummə salli əla Muhəmməd və ali Muhəmməd
Allahın izni ilə 16-cı hissədə bu suala cavab veriləcək:
Bizim mübahisəmiz nə ilə qurtarmaqından və nə qədər uzanmasından aslı olmayaraq biz udmuş oluruq. Çünki biz dünyəvi həyatda xoşbəxtliyə nail olmuşuq, siz isə ancaq xülyalarla yaşamaq qazanmısınız.
Nə deyirsən de , biz həyatdan maksimum götürmüşük. Bizim əylənə gecələrimiz, sipirtli içkilərimiz, əyləncələrimiz, səadətimiz, və s. Bunlara heç bir qadağa qorxusu kədərləndrmir. Sizin isə orucluğunuz, ibadətiniz, haqq-hesabdan qorxunuz və ümüdünüz var. Bəs bu sözlərin qarşılığında nə deyə bilərsən?