Muhəmməd Mustafa (s)
Təalallah, gəl ey gör kim, yenə nuri-Xuda gəldi,
Cəm'i- xətmi-ənbiya Muhəmməd Mustafa gəldi.
Sevindi cani-aşiqlər, açıldı bəxti-sadiqlər,
Оyandı ruhi-mö’minlər, səfa gəldi, səfa gəldi.
Zəminlərdə, zəmanlarda səlahül-xeyr məqdəmdir,
Fələklərdən, mələklərdən hezaran mərhəba gəldi.
İrişdi mürşidi-kamil, qamu əhli-aman оldu,
Sevindi ğazilər cümlə ki, Xətmi-ənbiya gəldi.
Həqqə məzhərdürür Adəm, sücud et, uyma şeytanə
Ki, Adəm dоnuna girmiş Xuda gəldi, Xuda gəldi.
Firiştə endi göglərdən, bəşarət əhli-ürfanə,
Xəvaricə əcəl yetdi, Yezidlərə bəla gəldi.
Zəlalət içrə zülmətdə itirmişdin çırağını,
Gözün aç, çıx bu zülmətdən ki, bir bədri-düca gəldi.
Əzazil adlı şeytanın, yetər, təqlidinə uyma,
Əlin dut, həq yоlun görsət, imami-rəhnüma gəldi.
Cəhanı sehr ilə Fir’оn özinə tabe etmişdi,
Оları yutmağa Musa əsası əjdəha gəldi.
Bahadır qazilər qоydu, başında taci-dövlət var,
Budur Mehdi zəman dövri, cəhan nuri-bəqa gəldi.
Gözü sadü dili taha, yanağı qaf vəl-Qur’an,
Qaşu nunü saçı vəl-Leyl, yüzi Şəmsüz-Züha gəldi.
İmami-Heydər оğluna dilü candan riza ver gəl
İmamım Cə’fəri Sadiq, Əli, Musa, Riza gəldi.
Xətayi xəstə şоl şahin cəmalın vəslini istər,
Rəvan ver can satun algil ki, elmi-can bəha gəldi.