Sevin ey xəstə könül mahi-Ramazan gəldi,
Bu mübarək Ramazan dərdlərə dərman gəldi.
***********************************
Yenə öz süfrəsin açmış bu mübarək gündə,
Yenə Xəllaqi-cahandan yerə ehsan gəldi.
***********************************
Həq yanında o qədər izzəti var, Allahdan,
Bu ayın hörmətini tutmağa fərman gəldi.
*********************************
Hər ayın öz şərəfi, öz adı vardır, amma,
Ramazan ayı bütün aylara sultan gəldi.
********************************
Bu ayın gör nə böyük hikməti var ey qafil,
Kim oruc tutdu onun qəlbinə iman gəldi.
********************************
Ondan ötrü ürəfalar tutar əhya gecəsi,
O mübarək gecədə ayeyi-Quran gəldi.
*********************************
Hərə bir dərdi ilə aludə olanlar əl açıb,
Tapdı əhya gecəsində təzə bir can, gəldi.
*********************************
O səhər ki, şəhi-Mərdanı şəhid eylədilər,
O gecə badi-səbadan dəmi-hicran gəldi.
*********************************
Kimi Mahir, bu fəzilətlərə qafil getdi,
Kimi, dünyayə gələndə elə nadan gəldi.
********************************