Lütf eylədi Allah bizə verdi yenə imkan,
Gəldi Ramazan, aylar içində odu sultan.
Allah ayıdır, bil ki, ziyafət ayıdır bu,
Nəfsinlə cihad eylə, ibadət ayıdır bu,
Əfzəldi min aydan da, hidayət ayıdır bu,
Fürsətdi ol Allahə həmi İtrətə Mehman,
Gəldi Ramazan, aylar içində odu sultan.
Bir aydı ki, hər gün, gecəsi günlərə qalib,
Hər saniyə, hər saəti, hər saətə qalib,
Gər yatsan əgər, yatmağınız taətə qalib,
Hər bir nəfəsi çəkməyin, hər zikrinə şayan,
Gəldi Ramazan, aylar içində odu sultan.
Aç əllərin Allahə hər işdə onu ad et,
Pak qəlb ilə, pak nəfs ilə Allahını yad et,
Aclıqla, susuzluqla, fəqir, miskini şad et,
Dil, nəfs, gözün bağla ki, qəlbin tapa iman,
Gəldi Ramazan, aylar içində odu sultan.
Məhşər gününü, nameyi-amalını fikr et,
Quran oxu, həm qıl namazı səcdeyi-şükr et,
Can vardı bədəndə nə qədər, Allahı zikr et,
Niranını xamuş elə, gözlər səni Rizvan,
Gəldi Ramazan, aylar içində odu sultan.
Bu cisim verilmiş bizə Allahdan əmanət,
Xərc eylə bədəndən ki, tapa qəlb şərafət,
Düş səcdəyə kim bəhrələnə vardı bəşarət,
Göstərmərəm əsla ona mən atəşi-niran,
Gəldi Ramazan, aylar içində odu sultan.
Bir süfreyi-ehsandı, vəli sərvəri davər,
Əfv eyləyər hərçənd əməlin olsada kəmtər,
İtrət ətəyin tut, sənə qismət ola Kövsər,
İtrət qapısın kim aça olmaz dili suzan,
Gəldi Ramazan, aylar içində odu sultan.
Bədbəxt olar ol şəxs, bu aydan uzaq olsa,
Məğrur olar ehsani-Xudadan geri qalsa,
Akif, bu gözəl fürsəti hər kəs yada salsa,
Dünyadə həm üqbadə olar hər işi asan,
Gəldi Ramazan, aylar içində odu sultan.