
Müjdə ey dil, şöhrətlə bu gün şahi-Xorasan gəldi
Müjdə ey dil, quru səhrayə əcəb can gəldi,
Gəldi şöhrətlə bu gün şahi-Xorasan gəldi.
**********************************

Ərşidə səcdəyə düşdü nur mələklər səf-səf,
Eşq ilə beyti-Xudaya neçə qurban gəldi.
***********************************

Mədinə gülşənində vilayət günəşi nurlandı,
Mustafa cənnətinə natiqi-Quran gəldi.
**********************************

Qəlbinə qondu sevinc, mövla Museyi-Kazim (ə),
Dedi: Məmuna qənim, haqqa pasiban gəldi.
**************************************

Vətənindən düşüb ayrı bacı-qardaş miskin,
Tus diyarinə cəfakeşli qəriban gəldi.
************************************

Həm Məsumə, həm Rəhimə şad oldu eşqində,
Babəl-həvaic adı aşiqə ünvan gəldi.
************************************

Kimsəni etmədi məyus o mübarək qapısı,
Qəribi şahi Xorasana şiəyan gəldi.
*************************************

Məhdini hey arayıb, sordu Rizadan Nuri,
Açdı hacət qapısın dərdinə dərman gəldi.
**************************************

Müəllif: Hacı Mehriban xanım Nuri