YUSIF EHSAN EVINDƏ
Qəlninin əmri ilə yanıma canan gəldi,
Ömr edib qəlb döyünəndə təzədən can gəldi.
Süfrəyə lalə gətir,gül gətir,ey könlüm,o ay
Gül kimi üzdə təbəssüm mənə mehman gəldi.
O qoca Yaquba dünya yenidən cənnət olub,
Çünki Yusifdi onu eyləyən heyran gəldi.
Heyranam ol kəsə ki,aldı o peymanə ələ,
Canü dildən edərək əhdinə peyman gəldi.
Boynuna qol dolayıb,zülfünü mən aldım ələ,
Sanki çovkanla topu vurmağa imkan gəldi.
Biz qəzəl yazdım o dilbər yara mən bəndə kimi,
Sultanımdan cavabında mənə fərman gəldi.
Üzümün şöləsi düşdü ürəyin səhnəsinə,
Gündüz ay doğdu,işıqlandı bu zindan,gəldi.
Başıma hər nə gəlib zülfə-pərişanı edib,
Yenə də saçlarını etdi pərişan,gəldi.
Özü bilmir ki,nələr çəkdim onun hicrində,
Məni divanə edən,etməyə divan,gəldi.
Tanrının lütfüdü insanlara bu şeir demək,
Şəhriyar,bil ki,bu nemət sənə hardan gəldi.
MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYAR.