Ay batdı, sübh açıldı, Zeynəb nəvayə gəldi,
Zəhra dedi-Hüseyn vay! Aləm sədayə gəldi.
Ağla Ruqəyyə
Çün, yıxdılar atından Sultani-təşnə kami,
Dünyayə oldu elan Qutləl-Hüseyn pəyami,
Cənnətdən eşitdi Peyğəmbəri-Girami,
Nəleynsiz, əbasız Kərbübəlayə gəldi.
Ağla Ruqəyyə
Peymanə amil odi, Cananə verdi canın,
Şövqi-şərafət ilən teyy etdi imtəhanın,
Şümri-dəğa tökəndə xaki-miyanə qanin,
Üz dutdi asimanə, həmdü sənayə gəldi.
Ağla Ruqəyyə
Xuni-Xuda töküldi gudali-Kərbəlayə,
Yerlər təzəlzül etdi, rişə düşüb səmayə,
Kərrubiyani-lahut ağlaşdı bu bəlayə,
Yel əsdi, gün dutuldi, zülmət fəzayə gəldi.
Ağla Ruqəyyə
Xuni-Hüseyn boğazdan cari olan zəmani,
Cibril apardı ərşə bir şişədə o qani,
Ol şişədən nümudar oldi bəla nişani,
Qovzandı buyi-matəm, əhli-səmayə gəldi.
Ağla Ruqəyyə
Nuri-həq odi lame başsız qalan bədəndə,
Rəsi-Hüseyni-məzlum sərnizəyə gedəndə,
Badi-siyah əsəndə, yel zəlzələ edəndə,
Sındı nizami-dünya, həddi-fənayə gəldi.
Ağla Ruqəyyə
Nəzdik idi yerindən çıxmun mədari-dünya,
Ali-Üməyyə etsün dəsturi-şəri mülğa,
Sərnizədə edəndə rəsi-Hüseyn təcəlla,
Dini-Muhəmməd üstə nurani-sayə gəldi.
Ağla Ruqəyyə
Fərmani-qarət ilən telli aşub ərəblər,
Gördü o hayi-huyi ətfali-zari-müztər,
Qaçdılar xeyməgahə, yerdən ucaldı səslər,
Əmmə, amandu, ləşgər xeyməsərayə gəldi.
Ağla Ruqəyyə
Səhranəvərd ərəblər xərgahi yandıranda,
Başi açıq hərəmlər oddan çıxub qaçanda,
Qalxub buxari-atəş, gizləndilər dumanda,
Tüsti ucaldı, qarə pərdə həvayə gəldi.
Ağla Ruqəyyə
Bir xırda qız qaçırdı, tutmuş alov əbasın,
Mərdi-yəhudi dutdi, xamuş edüb libasın,
Gətdi ələ Hüseynün dilbəndinün rizasın,
Əhsən o şeyxə, müşgül vəqtə hərayə gəldi.
Ağla Ruqəyyə
Gər etməsəydi Zeynəb nəsli-Hüseynə imdad,
Olmuşdu od içində suzan imami-Səccad,
Qıldi rəşadət ilən oddan imami azad,
Bir tazə zinəganluq Zeynəl-ibadə gəldi.
Ağla Ruqəyyə
Zəhra gəzərdi gündüz ətrafi macəradə,
Ta Kufəyə Hüseynün getdi başı cidadə,
Nəşi-Hüseyni axşam başsız qoyub aradə,
Gün batcaqun o xatun mətbəxsərayə gəldi.
Ağla Ruqəyyə
Hurani-baği-cənnat məhzun giriftə sima,
Həvva, Xədicə xatun, Məryəm, cənabi-Sara,
Aşüftə-mu, siyəhpuş, dillərdə - Vay Hüseyn vay,
Zəhrayə həmdəm olsun, bəzmi-əzayə gəldi.
Ağla Ruqəyyə
Əlli üç il qapunda, var Yəhyəvi, Hüseyn can,
Nohə yazub, ğəmündə olmuş məriz o nalan,
Dəsti-mübarəkünlə dərdinə eylə dərman,
Ümmidi-səhhət eylə, babi-şəfayə gəldi.