Yəsribdə biri oğluna toy məclisi qurdu,
Gəldi o toya Seyyidi - Səccadı çağırdı.
Həzrət dedi: "Üzr istəyirəm, tut məni mə`zur,
Mən yaslıyam, olmaz toya gəlmək mənə məqdur".
Bir ah çəkib qalxdı şərarə ürəyindən,
Toy sahibi yalvardı yapışdı ətəyindən.
Ərz eylədi: Ey zadeyi-Peyğəmbəri-xatəm,
Sən gəlməyəsən toy olacaq bizlərə matəm.
Həzrət dedi: "Gəlləm vəli çox olma mükəddər,
Də`vət elə əvvəl toya gəlsin Əli Əkbər".
Toy sahibi mə`yus dəyanı qabağında,
Əkbər, dedi: Cənnətdə yatıb toy otağında.
Həzrət dedi: "Sə`d eyləmə, əlbəttə gələrlər,
Hətta əmim Əbbas gələr, həm Əli Əkbər.
Də`vət elə bir mərsiyəxan o toya gəlsin,
Tain ki, həmən toyda Hüseyn adı çəkilsin.
Hər yerdə Hüseyn matəmi var, var Əliəkbər,
Hətta gələr ol bəzmə babam Saqiyi - kövsər".
Tərk etdi behişti eləki, həzrəti Adəm, (ə)
Qan ağladı qırx il əli qoynunda dəmadəm.
Qırx il dolanıb aləmi ta canə yetişdi,
Bir qorxulu möhnətli biyabanə yetişdi.
Baxdı o biyabanə olub qəlbi şikəstə,
Gördü elə bil qəm tökülür qumların üstə.
Heyrətlə dedi: "Vay, bu nə aləmdi, Xudaya,
Aya, bu nə möhnət, bu necə qəmdi, Xudaya.
Toprağı, həvasi bu çölün qəmdi sərasər,
Guya bu biyabanda matəmdi sərasər."
Qəsd etdi qaça qəm bürüdü qəlbi sıxıldı,
Toqquşdu ayaq barmağı bir daşa yıxıldı.
Baş parçalanıb üz gözü qan ilə bələndi,
Qoydu üzünü topraqın üstə sərələndi.
Qanlı üzü topraqda bahaləti-dilgir,
Məndən, dedi Rəbbim, yenə baş verdi nə təqsir?
Cəbrail Əmin nazil olub qıldı səlamın,
Qalxızdı başın Adəmə verdi bu pəyamın:
"Düz keçmə bu çöldən ki, bu çöl dəşti-bəladır,
Aramgəhi - Padişəhi - Kərbubəladır.
Bir yerdi bu yer xuni-Xudaya batacaqdır,
Bu qəmli biyabanda Hüseynim yatacaqdır.
Tök gözlərinin yaşını, çək naleyi - can ah,
Ta ağla Hüseynə, sənə rəhm eyləsin Allah."
Zikr oldu Hüseyn adı üzün qoydu zəminə,
Ərz eylədi: "Allah, məni əfv eylə Hüseynə."
Axdı neçə qətrə gözünün yaşı töküldü,
Rəhmət qələmi lövhi-günahkarə çəkildi.
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.