Hədislərdə rəyasət iki yerə bölünür:
1. Bəyənilən rəyasət.
2 Məzəmmət olunan rəyasət.
Bəyənilən rəyasət odur ki, cəmiyyətdə haqq ilə batili bir-birindən ayırmağa vasitə ola.
Məzəmmət olunan rəyasət isə odur ki, insan onun əsiri olsun. Və insanı azğın yollara çəksin. Başqa sözlə, hədislərdə yalnız rəyasətə vurğunluq və bağlılıq məzəmmət olunub. Mətləbin daha aydınlaşması üçün aşağıdakı hədislərə diqqət yetirin.
1. İslam Peyğəmbəri (s) buyurur:
لِكُلّ شَـْيء آفَةٌ تُفْسِدُهُ، وَآفَةُ هذا الدّينُ وُلاةُ السُّوء
«Hər bir şeyin zərərverici bir amili var. Bu dinin (islam dinin) zərərverici amili isə nalayiq dövlət rəhbərləridir».
2. Həzrət Əli (ə) Əş’əs ibn Qeys adlı bir işçisinə belə yazır:
وَاِنَّ عَمَلَكَ لَيْسَ لَكَ بِطُعْمَة وَلكِنَّهُ فِي عُنُقِكَ اَمانَةٌ
«Sənin rəis olmağın sərvət yığmaq üçün deyil, bu sənin öhdəndə bir əmanətdir».
3. İmamlardan birinin hüzurunda vəzifəpərəst bir şəxsin haqqında danışılırdı.
İmam (ə) buyurdu:
ما ذِئْبانِ ضارِيانِ فِي غَنَم قَدْ تَفَرَّقَ رُعاؤُها بِاَضْرَّ في دِينِ الْمُسْلِمِ مِنْ طَلَبِ الرّياسَةِ
«Rəyasətə can atmağın islam dininə vurduğu zərər başsız qalmış qoyun sürüsünə hücum etmiş iki canavarın ziyanından çoxdur».
Bəhlul-Mübariz və həqiqqətpərəst bir alim
İmam Sadiqin (ə) ən yaxşı şagirdlərindən biri Vəhəb ibn əmr idi. O, xalq arasında Bəhlul adı ilə tanınmışdı. Deyirlər ki, bir gün Harun-ərrəşid Bağdad şəhərinə qazi tə’yin etmək istəyirdi. O bir neçə nəfərlə bu barədə məsləhətləşmişdi. Heç kəs bu vəzifəyə Bəhluldan başqasını layiq bilmədi. Harun Bəhlulu çağırıb dedi:
Ey ağıllı alim! Bizə qəzavət işində kömək et!
Bəhlul dedi: Mənim bu işə səlahiyyətim çatmır.
Harun dedi:
Bütün Bağdad camaatı səni bu işə layiq bilirlər.
Bəhlul dedi: Çox təəccüblüdür: Mən özümü onlardan yaxşı tanıyıram. O biri tərəfdən mən ya düz deyirəm, ya yalan. Əgər düz deyirəmsə, deməli, doğrudan da qazi olmaq səlahiyyəti məndə yoxdur. Yox, yalan deyirəmsə, onda yalançı adamın bu işə səlahiyyəti yoxdur».
Amma onlar Bəhlula dedilər:
«Bu işi qəbul etməsən, səni buraxmayacağıq».
Bəhlul dedi:
İndi ki, məcbur edirsiniz, onda mənə bir gecə möhlət verin.
Bəhlula möhlət verildi. O, evinə gedib həmən gecəni evində qaldı. Səhəri günü əlinə bir uzun çubuq götürüb bazara gəldi. O, özünü dəliliyə vurmuşdu.
Camaat bunu görəndə dedilər: Bəhlul dəli olubdur.
Bu xəbər Haruna çatanda o dedi:
ما جَنَّ وَلكِنْ فَرَّ بِدِينِهِ مِنّا
«Bəhlul dəli olmayıb. O, bu vasitə ilə öz dinini qorumaq üçün bizdən yaxasını qurtarıb».
Bəhlul ömrünün axırına kimi bu vəziyyətdə qaldı. O, bilirdi ki, belə bir vəzifəni bu cür zalım xəlifənin zamanında qəbul etmək onu günaha və cinayətlərə sövq edə bilər. Buna görə də özünü dəliliyə vurdu.
Kitabın adı: Günahşünaslıq
Müəllif: Möhsin Qəraəti