![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2839 Şərhləri: 1504 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2382 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1920 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2765 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3843 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 494 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 733 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3919 |
| « Aralık 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | 31 | ||||

Qeyd etmək lazımdır ki, imamətin tə’rifi ilə bağlı fikir ayrılığı var. Bir zümrə müsəlmanın (şiə və Əhli-beyt (ə) məktəbi ardıcıllarının) nəzərincə, imamət dinin əsası və e’tiqadın köklərindən olduğu halda, başqa bir zümrə (əhli-sünnə) onu fürui-din və əməli göstərişlərdən sayır.
Mə’lum olduğu kimi, hər iki qrup məsələyə eyni gözlə baxmadığından, təbii olaraq ona fərqli tə’riflər vermişlər. Məsələn:
Əhli-sünnə alimlərindən biri imamətə belə tə’rif verir:
اَلْاِمامةُ رِئاسَةٌ عامَّةٌ فِيِ اُموُرِ الدّيِنِ وَالدُّنْيا، خَلافَة عَنِ النّبِي (ص)
“İmamət İslam peyğəmbərinin (s) canişinliyi adı ilə din və dünya işlərinə ümumi rəyasət və rəhbərlikdir!”
Bu tə’rifə əsasən, imamət hökumət rəhbərliyinə aid zahiri məqam və vəzifədir. Bu hökumət dinə əsaslanır və Peyğəmbərin (s) (hökumət işlərindəki) canişini adını daşıyır. Təbii ki, burada “imam” xalq tərəfindən seçilməlidir.
Başqa bir tə’rifdə deyilir: “İmamət müəyyən bir şəxsin şər’i hökmlərə nəzarəti və dində İslam peyğəmbərinə (s) canişinlikdən ibarətdir. Belə ki, ona itaət bütün müsəlmanlara vacibdir!”
Bu tə’rifin birinci tə’riflə əsaslı fərqi yoxdur və hər iki tə’rif eyni məfhumu ehtiva edir. İbn Xəldun tarixlə əlaqəli “Müqəddimə” adlı kitabında bu tə’rifi qeyd etmişdir.
Şeyx Müfid “Əvailul-məqalat” kitabının “ismət” bölümündə belə yazır:
اِنَّ الاَئِمَّةَ القائِمِينَ مَقامَ الْاَنْبِياء فِى تَنْفِيذِ الْاَحْكامِ وَ اِقامَةِ الحُدوُدِ وَحِفْظِ الشَرايِع وَتأديبِ الاَنامِ مَعْصوُموُن كَعِصْمَةِ الاَنْبِياء
“Peyğəmbərin (s) canişini olan imamlar hədd[6], hüquq və hökmlərin icrasında, şəriətin qorunması, eləcə də, insanların tərbiyəsində peyğəmbərlər kimi (günah və xətadan) mə’sumdurlar!”
Əhli-beyt (ə) ardıcıllarının əqidəsinə uyğun bu tə’rifə əsasən, imamət xalqa rəyasət və rəhbərlikdən də yüksək məqamdır. İmamlar peyğəmbərlərin (vəhyi istisna etməklə) bütün spesifik xüsusiyyətlərinə malikdirlər. Buna görə də “ismət” sifəti (günah və xətalardan paklıq) imamlara da aiddir.
“Şərhu Ehqaqil-həqq” kitabında şiəlik baxımından imamətə belə tə’rif verilir: “İmamət peyğəmbərin peyğəmbərlik və onun ayrılmaz xüsusiyyətlərini istisna etməklə, bütün səciyyəvi xüsusiyyətlər və fəzilətlərini əhatə edən ilahi bir mənsəb, məqamdır.”
Bu tə’rifə əsasən, imam Peyğəmbər (s) vasitəsilə, Allah tərəfindən seçilir. İmam o həzrətin (peyğəmbərlik məqamından başqa) bütün fəzilət və imtiyazlarına malikdir. Onun işi yalnız dini hökumət və rəhbərliklə bitmir. Beləliklə, imamət fürui-din və əməli vəzifələrdən yox, dinin əsaslarından sayılır!
Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |









