Qur’ani-Kərimdə ümumi imamət və vilayət
İmamət və vilayətlə əlaqədar yenə iki fərqli bəhs mövcuddur:
1. "Ümumi imamət və vilayət"; yə’ni hər bir əsr və dövrdə insanlar arasında Allah tərəfindən bir imam və rəhbər mütləq olmalıdır; istər peyğəmbərlik, istərsə də yalnız imamət məqamına malik olsun.
2. "Xüsusi imamət və vilayət"; bu ilahi məqam İslam peyğəmbərindən sonra onun canişininə aiddir.
Başqa sözlə, nübüvvət və peyğəmbərlik iki qismə – ümumi və xüsusi peyğəmbərliyə bölündüyü kimi, imamət də iki qismə bölünür.
Qur’ani-kərimdə ümumi imamət və vilayət haqqında bir sıra ayələr mövcuddur. O cümlədən:
إِنَّمَا أَنتَ مُنذِرٌ وَلِكُلِّ قَوْمٍ هَادٍ
1-"Sən yalnız qorxudansan. Hər tayfanın da bir hidayət edəni vardır."
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَكُونُواْ مَعَ الصَّادِقِينَ
2-"Ey iman gətirənlər! Allahdan qorxun (Onun əmrinə qarşı çıxmayın) və doğru danışanlarla birgə olun."
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ مِنكُمْ
3-"Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və sizlərdən olan əmr sahiblərinə tabe olun."
Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi