İmamət haqqın dili ilə
Ön söz
Ümumi mə’nada ”imamət” və “rəhbərlik”, xüsusi mə’nada isə İslam peyğəmbərinin canişinlik məsələsi tarixdə yüksək əhəmiyyət daşıyan teoloji-təfsiri bəhslərdəndir və heç bir mövzu haqda bu qədər söz açılmamışdır.
Təəssüf ki, bə’zən bu mövzu çərçivədən çıxaraq qanlı müharibə meydanına çevrilmişdir. Bə’zi teoloqların dediyi kimi, vilayət və imamətlə bağlı qılınc çəkildiyi qədər İslamda qılınc çəkilməmişdir! Məhz bu səbəbdən də ən çox İslamın köklü əqidə üsullarından olan bu məsələ barədə yazılmış və mövzu bütün incəliklərilə maraqlananların ixtiyarına verilmişdir. Əlbəttə, burada məntiqsiz, ixtilaf törədən və yersiz təəssübkeşlikdən doğan fikirlərə də təsadüf olunur.
Bu mühüm və həssas məsələ ilə bağlı vəzifələrimiz aşağıdakılardan ibarətdir:
1. Məntiqsiz və təəssüb doğuran bəhslərdən uzaq olub, Allahın kitabına, qəti sünnə və əqli sübutlara istinadən onları tərtib etmək;
2. İmamətin əsasları ilə mə’sum imamların ilahi mənsəbindən sayılan vilayət və rəhbərliyi uyğunlaşdırmaq;
3. Bu məsələni Qur’an baxımından araşdırıb, imamətlə bağlı ayələri dəqiq təfsir etmək.
Bə’zi tədqiqatçıların dediyi kimi, imamət haqda fikirlər yenicə yaranmamışdır və İslam aləmində peyğəmbərliyin davamı olan ümmətə rəhbərlik, İslamın taleyi ilə əlaqədar köklü bir məsələdir.
Biz hər şeydən öncə varlıq aləminə, daha sonra bəşəriyyətə rəhbərlik məsələsini, sonra mə’sum imamların rəhbərliyini və nəhayət, naiblərin hökumət və rəhbərliyini araşdıracağıq. Bütün bunlardan öncə bir neçə məsələni nəzərdən keçirmək zəruridir.
Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi