Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
Bu hədislərdə açıq-aşkar belə deyilir: “Peyğəmbəri-əkrəmin (s) duasından sonra Allah-taala Musanın (ə) duası kimi o həzrətin də duasını qəbul etdi. Peyğəmbərin (s) duası belə idi: “İlahi! (Harun (ə) Musanın (ə) vəziri, xəlifəsi olduğu kimi,) Əhli-beytimdən bir nəfəri vəzirim seç, onunla arxamı möhkəmləndir və onu işlərimə şərik et.”
Deyildiyi kimi, burada imam Əlinin (ə) Peyğəmbərin (s) işlərinə şərik olması peyğəmbərlik məqamına aid deyil. Çünki İslam peyğəmbəri (s) peyğəmbərlərin sonuncusudur. Bəllidir ki, məqsəd əmr be mə’ruf (yaxşı işlərə də’vət), nəhy əz münkər (pis işlərdən çəkindirmək) və dinin təbliği ilə bağlı digər məsələlər də deyil. Çünki bunlar, bütün müsəlmanların vəzifəsidir. Hamı gücü çatdığı qədər əmr be mə’ruf və nəhy əz münkər etməli, İslamı yaymalıdır.
Beləliklə, Peyğəmbərin (s) duasında məqsəd peyğəmbərlik və ümumi vəzifələrdən fərqli xüsusi bir məqamdır. Bu məqam Peyğəmbərdən (s) sonra xilafət və imamət məqamı ola bilər. Başqa sözlə, elə vəzifələr var ki, onun öhdəsindən hamı gələ bilmir. O da dini hər bir təhrif və azğınlıqdan qorumaq, Peyğəmbərdən (s) sonra ümmətə rəhbərlik etmək və o həzrətin hədəflərini həyata keçirməkdir. Bütün bunlar “vəzir” sözündə cəmlənmişdir.
Demək, Peyğəmbəri-əkrəm (s) Allahdan imam Əlinin (ə) müsəlmanların xəlifəsi və imamı olmasını istədikdə, Allah onun duasını qəbul etmişdir.
Amma imam Əlinin (ə) bu qəbil fəzilətlərini qəbul etməyən bə’zi əhli-sünnə alimləri “Peyğəmbərin (s) işlərinə şəriklik” məsələsini əmr be mə’ruf və nəhy əz münkər kimi yozmuşlar. Bildiyiniz kimi, bu vəzifə bütün müsəlmanlara aid olduğundan, ondan ötrü Allah tərəfindən bir nəfərin vəzir tə’yin olunmasına ehtiyac qalmır.
Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |