![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mart 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
“Taha” surəsinin 29-32-ci ayələrində (Musa peyğəmbərin dili ilə) buyurulur:
وَاجْعَل لِّي وَزِيرًا مِّنْ أَهْلِي هَارُونَ أَخِي اشْدُدْ بِهِ أَزْرِي وَأَشْرِكْهُ فِي أَمْرِي
“(İlahi!) Mənə öz ailəmdən bir vəzir qərar ver – qardaşım Harunu! Onunla arxamı möhkəmləndir. Onu işimə şərik et.”
Bu ayələrin təfsirində əhli-sünnə mənbələrində çoxlu rəvayət nəql olunmuşdur. İslam peyğəmbəri (s) risalət vəzifələrini həyata keçirmək üçün həzrət Musanın (ə) Allahdan istədiyini istəyir; bir fərqlə ki, Peyğəmbər (s) Harunun (ə) yerinə imam Əlinin (ə) adını çəkir. Biz həmin rəvayətlərin bir qismini qeyd edirik:
1. “Şəvahidut-tənzil” kitabında Hüzeyfə ibn Üseyddən belə nəql olunur: “Peyğəmbəri-əkrəm (s) Əmirəl-mö’minin Əli ibn Əbi Talibin (ə) əlindən tutub buyurdu:
اَبْشِر، وَاَبْشِر، اِنَّ مُوسى دَعا رَبَّهُ اَنْ يَجْعَلَ لَهُ وَزِيراً مِنْ اَهْلِهِ هارُونَ، وَاِنِّى اَدْعُوا رَبِّى اَنْ يَجْعَلَ لِى وَزِيراً مِنْ اَهْلِى عَلِِىّ اَخى، اُشْدُدْ بِهِ ظَهْرِى وَاَشْرِكْهُ فِى اَمْرِى:
“(Ya Əli!) Müjdə verirəm, müjdə verirəm! Həqiqətən, Musa (ə) Allahdan qardaşı Harunun ona xəlifə və işlərində şərik olmasını istədiyi kimi, mən də Allahdan istədim ki, öz əhlimdən olan bir nəfəri – Əlini mənim üçün vəzir və xəlifə seçsin. İlahi! Onunla arxamı möhkəmləndir və onu işimə ortaq et!”
2. Başqa bir rəvayətdə Əsma binti Ümeysdən belə nəql olunur: “Allahın Peyğəmbəri (s) buyurmuşdur:
اَللّهُمَّ اِنِّى اَقُولُ كَما قالَ اَخِى مُوسى اَللّهُمَّ اجْعَلْ لِِى وَزِيراً مِنْ اَهْلِى عَلِِيّاً اَخى، اُشْدُدْ بِهِ اَزْرِى وَاَشْرِكْهُ فِى اَمْرِى، كَىْ نُسَبِّحَكَ كَثِيراً، وَنَذكُرَكَ كَثِيراً، اِنَّكَ كُنْتَ بِنا بَصِيراً:
“İlahi! Mən Səndən qardaşım Musanın (ə) istədiyini istəyirəm: İlahi! Mənim Əhli-beytimdən bir nəfəri – qardaşım Əlini mənə vəzir qərar ver! Onunla arxamı möhkəmləndir, onu işimə şərik et ki, Sənə çoxlu həmd-səna deyim, Səni çoxlu yad edim. Həqiqətən, Sən bizi görürsən (və bizim vəziyyətimizdən xəbərdarsan)!”
Mə’lum olduğu kimi, İslam peyğəmbərinin (s) işlərinə şərik olmaq nübüvvət və peyğəmbərlik yox, xalqa rəhbərlik vəzifəsidir.
3. Ənəs ibn Malikdən nəql olunan hədisdə yalnız xəlifəlik və vəzirlik məsələsi açıqlanır: “Allahın Peyğəmbəri (s) buyurur:
اِنَّ خَلِيلِى وَ وَزِيرِى وَ خَلِيفَتِى فِى اَهْلِى، وَخَيْرَ مَنْ اَتْرُكَ بَعْدِى، يُنْجِزُ مَوْعُودِى وَيَقْضِى دِينِى، عَلِىُّ بْنُ اَبِيطالِبٍ:
“Həqiqətən, Əhli-beytimdən olan dostum, vəzirim, xəlifəm və özümdən sonra və’dlərimə sadiq qalaraq borclarımı ödəyəcək ən layiqli insan Əli ibn Əbi Talibdir!”
4. Bu hədis azacıq fərqlə Salman ibn Farsidən də nəql olunmuşdur.
5. Beşinci (h.q) əsrin alimlərindən olan Hafiz Əbu Nəim İsfahani “Ma nəzələ minəl-Qur’ani fi Əliyyin” (Qur’ani-kərimdə Əli (ə) haqda nazil olan ayələr) adlı kitabında Əsma binti Ümeysin nəql etdiyi hədisi İbn Abbasdan nəql edir. Sonda İbn Abbas deyir: “Peyğəmbərin (s) duasından sonra qeybdən belə bir səs eşitdim: “Ya Əhməd! Allahdan istədiyin şey sənə verildi.”
6. Fəxri-Razi “Kəbir” təfsirində bu hədisi daha geniş şəkildə Əbuzər Qifaridən nəql edir: “Peyğəmbəri-əkrəm (s) Əlinin (ə) namaz üstə üzüyünü yoxsula verdiyini gördükdə, dedi: “İlahi! Qardaşım Musa səndən istədi ki, onun sinəsini genişləndirəsən..., əhli-beytindən bir nəfəri vəzir seçib işilərinə ortaq edəsən (və Sən də qəbul etdin). İlahi! Sən onun duasının qəbul olduğunu bildirən Qur’ani-natiq (danışan Qur’an) nazil etmisən. İlahi! Mən Məhəmməd də Sənin peyğəmbərin və elçinəm. Mənim də sinəmi genişləndir, işlərimi mənə asan et və Əhli-beytimdən olan Əlini vəzirim seç, onunla arxamı möhkəmləndir!”
Hələ Peyğəmbərin (s) duası qurtarmamışdı ki, Cəbrail “Sizin vəliniz, rəhbəriniz Allah, Onun Rəsulu və sizlərdən olan əmr sahibləridir” ayəsini nazil etdi.”
Bu rəvayətin sənədlərini nəql edən kitabların sayı olduqca çoxdur. Biz isə kitabın həcmini nəzərə alaraq deyilənlərlə kifayətlənirik.
Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |