Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2055 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Aralık 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |
“Təhrim” surəsinin 4-cü ayəsində Allah-taala Peyğəmbəri-əkrəmin (s) bə’zi zövcələrinə xitabən buyurur:
إِن تَتُوبَا إِلَى اللَّهِ فَقَدْ صَغَتْ قُلُوبُكُمَا وَإِن تَظَاهَرَا عَلَيْهِ فَإِنَّ اللَّهَ هُوَ مَوْلَاهُ وَجِبْرِيلُ وَصَالِحُ الْمُؤْمِنِينَ وَالْمَلَائِكَةُ بَعْدَ ذَلِكَ ظَهِيرٌ
“Əgər (siz iki qadın) ona qarşı bir-birinizə kömək etsəniz də (əlinizdən bir iş gəlməyəcək), çünki Allah onun mövlası (hamisi), Cəbrail və əməlisaleh mö’minlər, bunlardan sonra mələklər onun köməkçiləridir.”
“Əməlisaleh” mö’minlər ifadəsi ümumi mə’na daşıyır, Peyğəmbərə (s) kömək edən bütün imanlı, əməlisaleh kəslərə, (təkcə o həzrətin dövründə yaşayan əməlisaleh səhabələr və mö’minlərə yox, bütün dövrlərdə yaşamış mö’minlərə aiddir. Onların hər biri öz növbəsində İslamın, Peyğəmbəri-əkrəmin (s) və onun məktəbinin köməkçiləridir.
Mühüm məsələ budur ki, bir çox rəvayətlərdə bu ayədə qeyd olunmuş “əməlisaleh mö’minlər” ifadəsi birbaşa Əliyə (ə) aid edilmişdir. Mə’lum olur ki, o həzrət bu ayə üçün ən kamil nümunədir. Bu sözün “Cəbrail” sözünün kənarında yerləşməsinə diqqət yetirdikdə imam Əlinin (ə) məqamının böyüklüyü və bu fəzilətin əhəmiyyəti aydın olur.
Bəli, Allah-taala və Cəbrail-Əmindən sonra İslam peyğəmbərinin (s) ömür boyu ən yaxın köməkçisi və hamisi imam Əli (ə) olmuşdur. Buna əsasən xilafətə və Peyğəmbəri-əkrəmin (s) canişinliyinə ondan başqa heç kim layiq deyil. Məgər bu rəvayətlər İmam Əlinin (ə) Peyğəmbəri-əkrəmdən (s) sonra ümmətin ən fəzilətlisi və ən üstünü olduğunu göstərən tutarlı dəlil deyilmi?
İndi də əhli-sünnə mənbələrində nəql olunan bə’zi rəvayətlərin sənədlərini araşdıraq: Hakim Həskani Hənəfi “Şəvahidut-tənzil” kitabında bu ayədə qeyd olunan “əməlisaleh mö’minlər” ifadəsinin imam Əliyə (ə) işarə olması ilə bağlı müxtəlif sənədlərlə on səkkiz hədis nəql etmişdir. O cümlədən, Əsma binti Ümeys belə nəql edir: “İslam peyğəmbəri buyurdu:
صالِحُ الْمُؤمِنِينَ عَلِىُّ بْنُ اَبِيطالِب:
“Əməlisaleh mö’minlər Əli ibn Əbi Talibdir.”
Yenə həmin kitabda İbn Abbasın nəqlinə görə, Peyğəmbəri-əkrəm (s) Əli ibn Əbi Talib (ə) haqda buyurmuşdur: “Əməlisaleh mö’min odur!”
Həmçinin Əmmar Yasirdən belə nəql olunur: “Əli (ə) deyirdi ki, Peyğəmbər (s) məni çağırıb buyurdu: “Sənə bir müjdə verimmi?” Dedim: ”Bəli, ya Rəsuləllah! Sən həmişə xeyirli müjdə verənsən!” Buyurdu: “Allah-taala sənin haqqında bir ayə nazil etmişdir.” Dedim: “Hansı ayədir?” Buyurdu: “Sən Cəbraillə eyni səviyyədə nəzərdə tutulmusan!” Sonra bu ayəni söylədi.”
Bu məzmun başqa hədislərdə Hüzeyfədən, İbn Sirindən və imam Əlidən (ə) eynilə nəql edilir. Peyğəmbər (s) buyurur: “Əməlisaleh mö’min Əli ibn Əbi Talibdir!”
Bir çox təfsir alimləri bu hədisi öz təfsir kitablarında, o cümlədən, Süyuti “Əddurrul-mənsur”da həmin ayənin təfsirində İbn Abbas və Əsma binti Ümeysdən nəql etmişdir.
Bursui “Ruhul-bəyan” kitabında bu ayənin təfsiri ilə bağlı alimlərin nəzərini qeyd etdikdən sonra Mücahidin bu barədəki fikrini belə açıqlayır: “Əməlisaleh mö’min” dedikdə Əli ibn Əbi Talib (ə) nəzərdə tutulur.” O yazır: “Mücahidin bu sözünün dəlili Peyğəmbərin (s) buyurduğu başqa bir hədisdir: “Ya Əli! Sən mənim üçün Harun Musa üçün olduğu kimisən!”
Sonra o, bir sıra ayələri misal çəkir. Onlarda Allah-taala “əməlisalehlər” sözünü İslam peyğəmbərinə (s) aid etmişdir. Belə bir nəticə alınır ki, əgər Əli (ə) Allahın peyğəmbəri Harun (ə) kimidirsə, deməli, “əməlisaleh” adına layiqdir.
Bu hədisi Əsqəlani, (“Fəthül-Bari”də), İbn Həcər (“Əs-səvaiq”də), Əlaəddin Müttəqi (“Kənzül-ümmal”da) kimi alimlər də nəql etmişlər.
Bir sözlə, “əməlisaleh mö’minlər”dən olmaq böyük bir fəzilətdir. Belə bir şəxs Cəbrail-Əminlə eyni səviyyədə durur. Qeyd etdiyimiz rəvayətlərə əsasən, onun ən kamil nümunəsi imam Əlidir (ə). Bəli, Peyğəmbəri-əkrəmlə (s) bütün hadisələrdə çiyin-çiyinə dayanan, həmişə o həzrətin köməkçisi olan Əmirəl-mö’minin Əli (ə) imamət və canişinlik məqamına hamıdan çox layiqdir.
Kitabın adı: İmamət haqqın dili ilə
Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |