Behişt yeməkləri və suları
Könül istəyən quşlar, seçiləcək hər növdə meyvə, Behişt əhli üçün tükənməyəcək meyvələr, xurma və nar ağacları...
Xalis sudan, dəyişməz, dadı qaçmaz süddən, saf şərabdan arxlar... Eləcə də, bütün qatqılardan pak, xalis baldan nəhrlər...
Qur'anda Behişt çeşmələrinin adı
Behiştdəki çeşmələr öz xüsusiyyətlərinə görə adlanmışlar. Məsələn, "Kafuriyyə”, "Zəncəbiliyyə” "Səlsəbiliyyə” və ən mühümü "Kövsər”. Kövsər ilahi ərş altından axır və ən ağ süddən, ən şirin baldan, ən nərm kərədən, daşları zümrüd, yaqut, mərcandan ibarət olub, otu zə᾽fəran və torpağı müşkdən ətirlidir.
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb