Behişt şərabı, süd və baldan kövsər hovuzu
+5
Müəllif:
Elya | 26-11-2015, 19:00 | Baxılıb: 1 193
Behişt şərabı, süd və baldan kövsər hovuzu
Bə᾽zi rəvayətlərə görə bu hovuz üç hissədir-Behişt şərabı, süd və bal. Bə᾽zən də buyurulub ki, Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) hovuzu baldan şirin, qardan sərindir. Şərabı içildikdə susuzluq qalmayan "Kövsər” necə də misilsizdir! (Şərab dedikdə, Allah eləməmiş, bə᾽zilərinin nəzərindən günümüzün bəlası sərxoş edici, murdar şərab keçməsin. Behişt şərabı pakdır və məst etmir.)
İmam Hüseyn (əleyhissəlam) əzədarlarına "Kövsər" şad olar
"Kövsər”ə münasibətdə Hüseynilərin (İmam Hüseyn (əleyhissalam) aşiqləri, əzadarlarının) öz xüsusiyyətləri vardır. Həzrət Sadiq (əleyhissalam) buyurur: "Onlar "Kövsər” hovuzuna çatdıqda, şad olarlar.” İmam (əleyhissalam) buyurmuşdur: "Hüseyn (əleyhissalam)-a ağlayanlar hovuza çatdıqları zaman Kövsər şad olar.” (Bu barədə daha çox öyrənmək üçün mərhum Xiyabaninin "Məhərrəm vəqayiül-əyyam” kitabında müraciət edə bilərsiniz.)
Kitabın adı: Məad
Müəllif: Ayətullah Şəhid Əbdülhüseyn Dəstğeyb
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.