Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
Elya 20 Haziran 2014 Xəbərləri: 1380 Şərhləri: 2771 |
RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
Müxtəlif kitablarda Əbdüllah ibni Sinandan nəql olunmuşdur ki, Həzrət Əbi Cə”fərüs-Sadiq (əleyhissalam)-dan Kövsər hovuzu barədə soruşdum, Həzrət buyurdu: "Genişliyi Bəsərdən Yəminin Sən”a şəhərinədək. Təəccüb etdim, Həzrət buyurdu: istəyirsənmi göstərim? Ərz etdim ki, bəli, ya mövla. Həzrət məni Mədinədən kənara gətirdi. Mübarək ayağını yerə vurdu. Buyurdu: "Bax (İmamın əmri ilə kainat pərdəsi gözlərimdən götürüldü) Gördüm, bir çay peyda oldu ki, iki tərəfi gözə görünmür. Həzrətlə mənim dayandığım yer ada vəziyyətində qalmışdı. Gözlərimə bir tərəfindən qardan ağ su, digər tərəfidən qardan ağ süd gələn çay göründü. Südlə su arasından bu vaxtadək xoşluqda və görünüşdə mislini görmədiyim qırmızı lətif yaqut kimi şərab (pak) axırdı. Soruşdum: Sənə fəda olum, bu çay haradan axır? Buyuru: Bu həmin çeşmədəndir ki, Allah-Taalanın Qur”.and buyurduğu "Behiştdə süddən br çeşmə, sudan bir çeşmə, şərabdan (pak) bir çeşmə” bu çaydan axır.
Bu çayın iki sahilində ağaclar, hər ağacın yanında gözəl huriyyə vardı. Onlar əlində bu vaxtadək mislini görmədiyim (qeyri-dünyəvi) qalar tutmuşdular.
Həzrət onlardan birinə yaxınlaşıb "su ver”, buyurdu: Huriyyə qabı çaydan doldurub, Həzrətə verdi. Heç vaxt belə lətafətli, ləzzətli su içməmişdim, müşk qoxusu verirdi. Dedim: Sənə vəda olum, bu gün görmədiklərimi gördüm. Heç də güman etmirdim ki, belə şeylər ola bilər.
Həzrət buyurdu:Bunlar, Xudavəndin bizim şiələr üçün hazırladığından çox azdır. İnsan dünyadan gedəndə ruhunu bu çaya tərəf apararlar. Onun bağlarında gəzər, yeməlilərindən yeyər, içməlilərindən içər. Bizim düşmənlərimiz ölən zaman isə ruhunu Bərəhut vadisinə apararlar, həmişə onun əzabında olar, zəqqumundan ona yedirər, həmimindən ona içirərlər. Həmin vadidən pənah aparın Allaha!
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |