» » Kər və bəla - Hissə 5


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6720

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6704

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 1
Ay ərzində: 6

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2024    »
    PtSaÇaPrCuCtPz
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Kər və bəla - Hissə 5
    +5
    Müəllif: Yusifi Zehra | 23-11-2015, 20:30 | Baxılıb: 9 340

     
    İmam Hüseyn xeymələrə tərəf gəlib buyurdu: Ya Zeynəb, ya Ümmü-Gülsüm, ya Səkinə, ya Rüqəyyə məndən sizə salam olsun. 
    İmam Hüseynin səsini eşitdikdə hamı başa düşdü ki, Hüseyn (ə) meydana gedir. Qadınlar ağlaya-ağlaya çıxdılar xeymələrdən. Hamı İmam Hüseyni (ə) dövrəyə aldılar. Biri deyi ata getmə, biri deyir qardaş bizi bu çöldə qoyub hara gedirsən?.. Ağa buyurdu: Sizi Allaha tapşırıb gedirəm. Bacı, qayıdın xeymələrə. Atına minib getmək istəyəndə gördü at hərəkət etmir. Başın saldı at, yəni bax gör kim dayanıb necə gedim qabağa... Baxanda gördü Rüqəyyə qucaqlayıb atın ayaqlarını. Ata düş yerə sənə sözüm var. Ağa atından düşdü və dedi: Qızım nə istəyirsən, sözün nədi balam?..
     
    Dedi: Ata, apar bizi Mədinəyə xoşum gəlmədi Kərbəladan. Dedi, qızım qayıda bilmərik. Dedi: Ata, sən yetim görəndə həmişə başına əl çəkərdin hə? İndi ki, meydana gedirsən əlin şək mənim başıma... Hüseyn (ə) özünü saxlaya bilmədi və buyurdu: And olsun Allaha, sənin belə ağlamağın mənim ürəyimi yandırır. Qzım, qayıd xeyməyə hələ çox ağlayacaqsan...

    İmam Hüseyn meydana getmək istəyəndə arxadan Xanım Zeyəbin (s.ə) səsi gəldi: Məhləm məhla Yəbnəl Zəhra! Ey Zəhranın oğlu dayan sənə sözüm var. Qayıtdı: Bacı nə sözün var? Dedi: İndi ki, gedirsən meydana, anam Zəhranın (s.ə) bir vəsiyyəti var icazə ver əməl edim. Dedi: Bacı, nə vəsiyyətdi? Anam Zəhra (s.ə) ölüm yatağında mənə dedi: Qızım Zeynəb, mən Kərbəlada olmayacam. Elə ki, Hüseyn meydana döyüşə getdi, mənim əvəzimdən onun boğazından öpərsən... Öpdü Hüseynin boğazından, ağlaya-ağlaya ayrıldı Zeynəbdən Hüseyn (ə)..
     
     
    İmam Hüseyn (ə)
    Belə əhd eyləmişəm ey bacı cananım ilən
    Ərseyi-Kərbübəladə boyanam qanım ilən
    Bacı əhdim budu, bu çöldə gərək qanə batam
    Qanımı, Əkbərimin qanına şövq ilə qatam
    Can verib təşnə, gərək isti qum üstündə yatam
    Cismi-məcruhum ilə, sineyi-suzanım ilən.
    Budur əhdim ki, quram burda gərək məclisi-raz
    Qan içində eliyəm,Həqq ilə bir razü niyaz
    Can verən vəqtdə, meydanda qılam bacı, namaz
    Dəstəmazım ola bu şərt ilə öz qanım ilən.
    Bircə qurban ilə o, gəldi Minayi-eşqə
    Gəlmişəm mən bura, yetmiş iki qurbanım ilən.
      Çəkmərəm qəm dəmi-şəmşirdə, şəmşir nədür?
    Xəncərü tiğ nədür? nizə nədür? tir nədür?
    Məclisi-vəslə qədəm qoymağa tə'xir nədür?
    Mən bu bəzmə gedirəm, başım ilən canım ilən.
    Haqq yolunda susuz ölmək, demə zəhmətdi mənə
    Gözümə ox dəyə əgər, eyni-məhəbbətdi mənə
    Aləmi-eşqdə, hər zəhməti rahətdi mənə
    Dözərəm, yüz belə zəhmətlərə bir canım ilən.
     Çəkmərəm minnət ədudən, çəkərəm bu ətəşi
    Bacı, eşq aləminin coxdu belə keşməkeşi
    Əhli-Kufə,yetirir zülmünü itmamə, bacı
    Bədənimdə dəxi qoymazla qala camə, bacı
    Nizələrdə aparallar başımı Şamə, bacı
    Bədənim yerdə qalır, peykəri-üryanım ilən.
    Şamdə, məclisi-işrət quralar, söz demərəm
    Kuçəvü bamdə səf-səf duralar, söz demərəm
    Xeyziran çubi nə qədri vuralar, söz demərəm
    Bəzmi-əğyardə mən, bu ləbi-dəndanım ilən.

     
    Xanım Zeynəb:
    Zeynəb ərz eylədi- qardaş, bilirəm ruzi-cəza
    Sən ilə Həşrə gəlir başlar əlində, şühəda
    Üsəranı başıma cəm'edərəm mən də, əxa
    Gələrəm Məhşərə, bu zülfi-pərişanım ilən.
      Ümmətə cümlə şəfaət edərəm mən, mən ilən
    Kərbəladə bulaşan qanuva pirahən ilən,
    Şimri-dunun yaxasından tutaram, şivən ilən
    İstərəm qanuvi, bu çaki-giribanım ilən.
      Ya Huseyn, hövli-qiyamətdə yetiş imdadə
    Raciyəm, bircə ümidim sənə var Üqbadə
    Ağlaram, olsa həyatım nə qədər dünyadə
    Gecə-gündüz, sənə bu dideyi-giryanım ilən.


    Gəldi meydana ac, susuz, yorğun.. Əbəlfəzlin (ə) cənazəsi gözünün qarşısında, Əli Əkbərin (ə) doğranmış bədəni gözünün qarşısında, səhabələri gözünün qarşısında..
     
    Vaxt o vaxt idiki solmuşdu Hüseyn
    Oğlu, qardaşı düşüb yada dolmuşdu Hüseyn       
    Eyləyib neyzəsinə təkyə yorulmuşdu Hüseyn
     Tək süleymanidə, meydan dolu əhlimən idi
     Dövrün almışdı camaət hamısı düşmən idi..
    Dşümənə xitab edərək buyurdu: Məgər mən Peyğəmbərinizin (s.ə) qızının oğlu deyiləmmi? Məgər cəddim Rəsuləllahın (s.ə) haqqındakı bunlar "Cənnət gənclərinin sərvəridir" şəklindəki sözünü eşitməmisizmi? Ey insanlar! Hansı günahdan ötəri qanımın axıdılmasını halal bilirsiz?
     
    Düşmən qoşunundan: Heç bir şey, səni bizimlə bu döyüşə çəkən atan Əliyə qarşı kin-küdurətdi.

    İmam Hüseyn (ə) düşmən qarşısında şücaətlə belə buyurdu:


    قَالَ الإمَام الحُسَيْن (ع) -مِنْ كَلامِهِ يَوْمَ عَاشُورَاءَ-: ألا وَ إنَّ الدَّعىَّ ابنَ الدَّعىِّ قَدْ رَكَزَ بَيْنَ اثنَتَيْنِ بَيْنَ السُّلَّةِ وَ الذِلَّةِ وَ هَيْهَاتَ مِنَّا الذِلَّةُ 
    «Yox! And olsun Allaha! Nə (zilləti qəbul edib) zəlillər kimi sizə təslim olaram, nə də qullar kimi qarşınızdan qaçaram.» (Əl-irşad, səh. 235)
     لَيْسَ شَاْنِى شَاْنُ مَنْ يَخَافُ الْمَوْتَ  Həqiqətən mən ölümü səadət və zalımlarla yaşamağı alçaqlıqdan başqa bir şey bilmirəm. (Mənaqibi İbni Şəhri Aşub, cild 4, səh. 68)
    مَرْحَبًا بِالْقَتْلِ فِى سَبِيلِ الله  Məni ölümlə qorxudursunuz? Afərin! Allah yolunda ölümə. (Əyanuş-şiə, cild 1, səh. 581) 
    قَالَ رَسُولُ الله: مَنْ اَقَرَّ بِالذِّلِّ طَائِعًا فَلَيْسَ مِنَّا اَهْلَ البَيْتِ Əgər Məhəmməd (s)-in dini mənim ölümümlə qalacaqsa ey qılınclar doğrayın məni!” (Mosuətu kəlimatul-İmam Hüseyn (ə), səh. 445)
     
    İmam Hüseyn (ə) çox şücayətlə vuruşdu....
     
    Bir qədər nizəsini yerə sancdı dincəlsin, nizəni yerə sancanda hər tərəfdən daş atdılar üzünə, bədəninə, alnına dəydi....
    Bir şil olmuş o zaman alnına bir daş vurdu
     Həzrəti Fatimənin qəlbini o, daş yandırdı
     Nə əlindən tutanı oldu, nə də qan durdu
     Hərmələ oxlarını atmışdı gərçi çoxunu
    Alnının qanı axdı üzünə. Alnının qanı axanda köynəyini üzünə çəkdi ki, alnının qanını silsin. Köynəyin qaldıranda üç  şöləli oxu atdılar sancıldı Ağanın sinəsinə......
     
     
     Çıxarıb kəmanə o zəxirə oxunu
     Ox nə ox sinədə nə sinə ki qələm şərhi verər
     Titriyən əllərini verdi nişani taraza
     Dedi, oxdu bu ox döşdə gərək qəbri qazam...
    Oxu qabağdan çıxarda bilmədi əlini atdı arxadan çıxartdı. Onunla yıxıldı yerə üzünü qoydu torpağa: Bismillahi və billah və əla milləti Rəsuləllah. Peyğəmbər ümmətinə qanımı hədiyyə edirəm. Allahım şahid ol bu qövm elə bir adamı öldürür ki, bundan sonra Peyğəmbər qızı Zəhranın oğlu daha qalmadı.. Atda ağlayaır, Zülcənahda başını sürtür Ağanın qanına ağlayır.
     
    İmam Hüseyn (ə): «Pərvərdigara, Sənin qəza-qədərinə razıyam və Sənin əmrinə təsliməm. Səndən başqa mə’bud yoxdur, ey fəryad edənlərin fəryadına yetəni.» (Məqtəlul-Huseyn (ə), 283)  
     \Atın kişnəmək səsini xeymədə eşitdilər. İmam Hüseyn (ə) hər zaman döyüşün müəyyən məqamında xeyməyə qadınlara baş çəkib qayıdırdı. Yenədə atın səsi gələndə qadınlar çıxdılar ki, Ağanı görsünlər bu dəfə at sahibsiz gəldi xeyməyə..............

    Birinci Rüqəyyə çıxdı və ağlaya-ağlaya dedi: Ay atamın atı, atam meydana gedəndə susuz idi de görüm onu öldürməmişdən qabaq ona su verdilər ya susuz atdan yerə saldılar?..

    Niyə Hüseynsiz gəldin? Harada və necə buraxdın Hüseyni?... Ey vay Hüseynim... Ey vay Hüseynim... Gör halımızı ey ata..
    Görürəm dəyib keçib ox sonra sancılıbdı xəncər 
    Bu yara baban Peyğəmbər, dediyi nişanə bənzər................
    Zeynəb (s.ə) çıxdı xeymədən, uşaqlar çıxdılar hamı gəldi Hüseynin (ə) yaralı bədəninə tərəf. Aldılar Hüseyni (ə) dövrəyə.
    Xanım Zeynəb (s.ə) İmam Hüseynin (ə) yanına gəlib buyurur: İlahi, bu kiçik qurbanı bizdən qəbul eylə.

    Vaxt o zaman idi ki, şimr oturmuşdu Ağanın sinəsində, xəncər əlində istəyir Ağanın başını bədənindən ayıra. Zeynəb (s.ə) xəncərin bir tərəfindən tutdu. Zeynəb (s.ə) çəkir xəncəri, şimr bir tərəfə çəkir.... Zeynəb (s.ə): Qoymaram Hüseynimin başını kəsəsən. Əlləri kəsildi Zeynəbin (s.ə) qanı qarışdı Ağanın qanına. şimr qılıncının qılıyla Zeynəbin (s.ə) sinəsinə vurdu, Zeynəb Hüseynin (ə) qarşısında yıxıldı yerə....  

    O anda Peyğəmbər (s.ə) gəldi, Əli (ə) gəldi, Zəhra (s.ə) gəldi, bütün Peyğəmbərlərin (s) ruhu gəldi Kərbəlaya. Əli baxır (ə), Peyğəmbər (s) baxır, Zəhra (s.ə) baxır, Zeynəb baxır (s.ə) Rüqəyyə (s.ə) baxır o məlun xəncəri çəkdi Ağanın başını bədənindən ayırdı............



     
    Birdən yezid qoşunundan səs gəldi Allahu Əkbər!!! Təkbir səsi gələndə bir xanımında (s.ə) səsi ucaldı: Məzlum balam... Məzlum bala...

     

     
     
    Bölmə: Digər
    Şərhlər: 3
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    
    | Şikayət et | | | |
    Müəllif: Arzu | Status: İstifadəçi Offline | 23 Kasım 2015 21:54 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun baci ellerin var olsun.Allah Ehlibeytin dusmenlerine lenet elesin.Men bu hedise Haci Sahinin xutbesindede qulaq asmisdim.Sayende oxudum yene çox sagol.Allah tezlikle Bizede Kerbela qismet etsin Amin

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 23 Kasım 2015 21:23 | Sayt nəzarətçisi | Şərh yazdı
    Cox sagol baci senin bu silsile xeberin meni coz tesirlendirir ehsen sene sekillerle dahada maraqli etmisen cox sagol

    --------------------
    Не нравится 0 Bəyəndim
    
    | Şikayət et | | | |
    Müəllif: Aşiqi Rüqəyya | Status: İstifadəçi Offline | 23 Kasım 2015 21:05 | İstifadəçi | Şərh yazdı
    Allah razi olsun baci ellerin var olsun.İlahi Kerbela derdi ne cetin derdi İlahi İmam Zaman (ə.f) in zuhurun acil et ve tezlikle Agamiz Hüseynin (ə) qisasin al amin Can Ya Hüseyn yaralariva feda Aga

    --------------------
    Не нравится 0 Bəyəndim
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.