Şimr çağırır, İmam Hüseyn ağa buyurdu qardaş, düşməndə olsa səni çağırır get gör nə deyir. Gəldi dayandı şimrin müqabilində şimr dedi: Əbəlfəzl, sənə amannamə gətirmişəm. Sən amandasan getmək istəsən gedə bilərsən. Amannaməni aldı əlinə cırdı atdı.
Dedi ey piri mücəvvir itiribsən özünü,
Mərifət yoxdu tutub pərdeyi-qəflət gözünü.
Deyiləm müştəri bu sözlərə qurtar sözünü,
Üməvilər ola bilməz hədəfi aliyədə
Sənə də lənət amannamə yazan valiyədə.
Qayıtdı gəldi öz xeyməsinə. Xəcalətdən Hüseyni (ə) görmək istəmədi. Əli əkbərin (ə) ağlamaq səsini eşitdi. Bala nə olub? Dedi, Atam səni çağırır. Başını aşağı salıb daxil oldu Hüseynin (ə) xeyməsinə. Ayla gün üzbə-üz dayandılar...
İmam Hüseyn (ə): heç kimi qardaş utandırmaq bizə adət deyil. Fikrin olsa getməyə Zeynəbdə narahat deyil.
Əbəlfəzl ağa ədəbindən başını aşağı salıb bir söz demədi. Üz tutdu bacısı Zeynəbin xeyməsinə.
Bacı, sərbəzər murəglərində Murtəzanın qanı var,
Eşqiniz ilə qətrə-qətrə qanımın cəryanı var.
Dərdi məndə dərgahınızda dərdimin dərmanı var,
Bacı dur bir himayə eylə Ağam qovmasın məni...
Zeynəb başın saldı aşağı (yəni Hüseyn danışmayan yerdə nə deyim..)
Gördülər Əbəlfəzl (ə) çıxdı Zeynəbin xeyməsindən. Əvvəlcə döyüş papağını, belindən qılıncını açdı yerə qoydu. Ayaq yalın baş açıq uşaqların arasından keçdi. Çöndü Hüseynə (ə) baxdı. Dedi Hüseyn, elə bilmə ayrı qapıya gedirəm. Gedirəm Nəcəfə atam Əlinin qapısına, gedirəm deyəm ağam qovladı məni...
Ruqəyyə: Qoyun əmimlə özüm danışım. Qolarını saldı Əbəlfəzlin (ə) boynuna. Əmi, getməyin olsa fikr et mənə ondan sonra get. Bağla qollarımı ver düşmənə ondan sonra get. Əbəlfəzl (ə): Bala bu çöldə sizi qoyum hara gedim? Haram var hara gedim... Sizin qapıdan başqa qapı tanımıram. Axı mən bu qapının nökəriyəm...
Ey əmu can yandım əmu
O qədər ağladı qızlarda doldu qəlun...
Qeyrət dedi ki, iç döyüşə taqətin olsun,
Əbbas dedi: Əsğərdən utan qeyrətin olsun.
Sən boş-boş axırsan Fərata söylədi Səqqa,
Birdən Məni Allah yaradaydi belə dərya.
Bir yolla açıb xeyməyə sarı yeri məcna,
Zəhra bağının Güllərin hər an sulayardım.
Əks halda xəcalətdən ölərdim, quruyardım.
Su dalınca getdikdə əvvəl sağ qolun kəsdilər. Sağ qolun kəsəndə etina etmədi.
Dedi: Yəqin mənim ləyaqtəim yoxdur Hüseynin Ələmdarı olam, bayraqdarı olam ona görə qolum düşdü.
Sol qolun kəsdilər dedi: Eybi yox bu gündən oldum Səqqa su apararam Rüqəyyəyə.
Bunu deyəndə su atdılar məşkinə su dağıldı yerə. Su dağılanda bir ümüdü var idi, İndi Hüseyn gələr Hüseyni görərəm...
Bunu fikirləşəndə ox atdılar sancıldı gözünə. Ox gözə dəysə nə hala qalar insan?...
Kəsdi qabağın nagəh bir huri qəbi-peykər,
Bir ahə namuradda saldı nəzər Əbbasə.
Səsləndi, Əli oğlu nə gəldi o qollara?
Bu söz yaralardan çox etdi əsər Əbbasə.
Nagəh o əmudahən gəzdi başın üstündə,
Yer-göy hamı qan ağlar düşmən gülər Əbbasə.
Atdan düşdü yerə dedi qardaş gəl ölürəm. Ya Hüseyn...
Müntəzzir çətindir ala qardaş səsini,
Gördü ondan qabaq imdada gələn Zəhradı.
Gördü bir qara məcər xanım gəlir başının üstə,
Qolların açıb, gəl balam gəl.
Əbəlfəzl ağa: Qumlar isti çox nuş idi mənə sinəndən ana
Çünki sinəndə yaran var qan tökür Kufəlilər get... get ana bu meydandan
Sani təhrik eləyib Hərməlieyi qum-xari
Qorxuram öldürələr Əsğəri Mövsüm yerinə
Çün o dilsiz balanın oğluna var oxşarı
O səni vurdu indi vuracaq qızları
Dedi: Ana üzünə sini vuranlar yığışıblar bu çölə
Od vurub yaxacaqlar hərəmi-ərafı
Üzün döndəri xeymələrə. Dedi, Hüseyn, Allah şəhidlərə vədə verib qiyamətdə Cənnət verəcək.
Qiyamət olmamış muzdumu nəğd verdi. Başıma Fatimə (s,ə) əlin qoydu. Mən əvəzimi aldım.
Ya Hüseyn... Ya Hüseyn gəl hərayə hardasan?...
Gəldi Zəhra anan gəl Kərbəlayə hardasan?...
Əbələzl ağa:
Mənim ağam öz ağam var ürəkdə söz ağam,
Mən sənsiz dözəmmirəm sən bu dərdə döz ağam.
Heydər öpən əllərə düşmən dəydi göz Ağam,
Axtarırdım bu hali hər gecə-gündüz ağam.
Şükr ola qollarım haqq yolunda qətl olub,
Su yolun gözləmə gözlərimə qan dolub.
İmam Hüseyn:
Başın aldım sinəm üstə dedim can qardaş,
Qızlarım gözlərini qan ilə qurban qardaş.
Gördüm ağistə deyir ay gözümün nuru Hüseyn,
Ölürəm...ölürəm başımın üstə oxu quran qardaş.
Dedim aç gözlərini vəslinə həsrət çəkirəm,
O gözəl gözlərinə baxmağa mühlət çəkirəm.
Əbəlfəzl ağa
Mümkün olsa dedi səndə gözünü bağla Hüseyn,
Üzümə baxma əlim boşdu xəcalət çəkirəm.
Özün eylə agah həyalı qızları,
Denən dəydi peykan su məşkin dəldi
Sizə xatir keçdim iki qol bir gözdən.
İmam Hüseyn (ə)
Ay qardaş.. Məni dərdin dildən saldı,
Bu Hüseynin bikəs qaldı.
Ay qardaş, gülə yox sərbə bənzərsən,
Gülü baği Peyğəmbərsən.
Əl beldə qəm dildə,
Başın üstə baş açdım mən.
Qana batmış güldə,
Yayılır ətrin reyhan tək.
Ay qardaş...
Mənə dünya oldu məhbəs,
Ver Hüseynə yorğun bir səs.
Qızların ümüdü sən idin qardaş bu çöldə,
Sən öldün, mən öldüm balalarım qaldı bikəs.
Göz aç Əbbasim...
Bəxtimin ərşində niyə tez batdın ay qardaş,
Min qardaşım olsa sənə day gəlməz tay qardaş.
Dövrəmdə düşmənlər çalıb əl şadlıq eylirlər,
Əl beldə göz yaşlı deyirəm qardaş vay qardaş.
Göz aç Əbbasim...
Sinayi sinənda yarana öz sinəm qurban.
Tək sinəm yox qardaş sənə mən həm aləm qurban,
Qol dərdin göz dərdin özümə gəlsin Əbbasim.
Göz aç Əbbasim...
Düşmənlər yox qardaş məni dərdin saldı dərdə,
Gözlürlər ətşanlar səni su cami əllərdə.
Şam əhli dörəmdə çalır əl şadlıq eylirlər,
Mən getdim göz yum yat sənə bikəs Zəhra ağlar...
Daha sən dərk elədin kimdi Əbəlfəzl,
Qeyrət Ona şagirddi müəllimdi Əbəlfəzl.
Allaha acıq getməsə bir kəlmə pozardım
Qeyrət sözünə xətt çəkib Əbbası yazardım...