![]() | Fatimə Nuri Xuda 23 Ocak 2014 Xəbərləri: 3173 Şərhləri: 33 |
![]() | Admin 31 Ekim 2013 Xəbərləri: 2851 Şərhləri: 1509 |
![]() | Huseynci Medine 2 Mart 2014 Xəbərləri: 2056 Şərhləri: 2384 |
![]() | Yusifi Zehra 26 Aralık 2013 Xəbərləri: 1922 Şərhləri: 1689 |
![]() | Elya 20 Haziran 2014 Xəbərləri: 1379 Şərhləri: 2771 |
![]() | RuQeYyA 27 Ocak 2014 Xəbərləri: 783 Şərhləri: 3846 |
![]() | Aşiqi Rüqəyya 2 Mayıs 2015 Xəbərləri: 490 Şərhləri: 495 |
![]() | Ewqi_Kerbela 9 Mart 2014 Xəbərləri: 458 Şərhləri: 734 |
![]() | Sirli_melek 19 Aralık 2013 Xəbərləri: 367 Şərhləri: 3921 |
« Mayıs 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Ça | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | |||
5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
26 | 27 | 28 | 29 | 30 | 31 |
Bəni Haşimdən döyüşə getmək üçün icazə alan ilk şəxs İmam Hüseyn (əleyhis-salam)-ın oğlu cənab Əli Əkbər idi. İmam Hüseyn (əleyhis-salam) ona döyüş icazəsi verdi, əziz oğlu meydana yola düşdü. Bu əziz şəhidə Əkbər (ən böyük) ləqəbi verilmişdi, çünki onun yaşı İmam Səccad (əleyhis-salam)-dan çox idi. Bunu İmam Zeynül Abidin (əleyhis-salam) özü buyurmuşdur: İbni Ziyad o həzrətə "məgər Allah Əlini (Kərbəla hadisəsində) öldürmədi?" deyəndə, İmam Səccad (əleyhis-salam) buyurdu:"Mənim özümdən böyük bir qardaşım var idi, siz onu öldürdünüz." İbni Ziyad dedi: "Yox, onu Allah öldürdü." İmam Səccad (əleyhis-salam) buyurdu:
"Allah, ölüm vaxtı gəlib çatanda canları alar." (Zümər, 42)
Məlumdur ki, bu mübahisə, Əhli-beyt və İsmət hərəminin qadınlarını darül-imarəyə gətirib, onları camaata ağır bir yük kimi təqdim edəndən sonra baş vermişdir.
Bəli, İmam Hüseyn (əleyhis-salam) görürdü ki, əziz oğlu meydana yola düşür və əcəl peyki başının üstündə dolanır. Belə olan halda gözlərindən qan-yaş axıtmaqdan başqa bir çıxış yolu görmədi. (Rəvayətdə deyildiyi kimi, "gözləri yaşla doldu") İmam Hüseyn (əleyhis-salam) əllərini göyə qaldırıb dedi: "İlahi, şahid ol ki, camaat arasında xilqət, əxlaq və danışıq cəhətindən sənin Rəsulun Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-ə ən çox oxşayan bir şəxs onlara (düşmənlərə) tərəf gedir. Hər vaxt Sənin Rəsulun yadımıza düşəndə, ona baxardıq. İlahi, yerin bərəkətini onlaradan al, onların arasındakı birliyi təfriqəyə, ittifaqlarını pərakəndəliyə döndər. Onlara müxtəlif yollara sal, heç vaxt əmirləri onlardan razı salma, çünki onlar bizə kömək etməyə dəvət etmiş, sonra isə bizə qarşı çıxıb bizimlə (bizi öldürmək üçün) vuruşurlar. Sonra isə "Ali İmran" surəsinin 33-34-cü ayələrini tilavət etdi: "Həqiqətən Allah Adəmi, Nuhu, İbrahim və İmran övladlarını aləmlərə seçdi. (Bunlar) bir zürriyyədirlər ki, bir-birindən törənmişlər. Allah çox eşidən və biləndir."
Əli Əkbər at üstündə meydana atıldı. O, meydana girəndə düşmənlər heç fikirləşmirdilər ki, qəlblərinə sancılacaq ölüm caynaq, yaxud varlıqlarını məhv edən bir ildırımdır ki, qılıncından od tökülür. O, hamını öz şücaəti ilə heydan etmişdi, bəziləri də qorxudan yerində donub qalmışdı. "Allahu Əkbər", "təbarəkəllah" təkbirləri ucalır, hər tərəfə həmlə edəndə düşmən qaçmağa üz qoyur, onunla qarşılaşmağa cürət etmirdilər. Sağ cinaha hücum edəndə ordakıları sol tərəfə qovur, sonra qoşunun mərkəzinə hücum edirdi. Beləliklə düşmən pəhləvanlarından 120 nəfəri qanlarına qəltan etdi. Əfsus ki aldığı çoxlu zərbələr, axan qanlar və suzuzluq döyüşü davam etdirmək üçün onda güc, taqət qoymamışdı. Son nəfəslərdə öz atasının mübarək camalından biz az mənəvi azuqə götürüb Müqəddəs dərgaha pərvaz etmək istəyirdi, odur ki, gileylənib bədəninə dəymiş ox-qılınc yaralarından, bu yaraların nəticəsi olan susuzluqdan şikayət etdi, dedi: "Susuzluq məni öldürdü, zirehin ağırlığı taqətimi kəsdi. Görəsən bir qurtum su varmı ki, qüvvət tapıb düşmənə həmlə edəm?!"
İmam Hüseyn (əleyhis-salam) ona elə bir müjdə verib onu sakitləşdirdi: "Sən ilahi rəhmətin sonsuz dəryasına daxil olmaq ərəfəsindəsən, onun gəmiçisi də cəddin Rəsulullahdır, səni öz saf canı ilə sirab edəcək ki, heç vaxt susamayacaqsan."
Bunu deyib öz barmağını onun ağzına qoydu. Əli Əkbər yenidən meydana atıldı. Bütün vücudu o sadiqanə nurla, sevinclə dolmuşdu. Qılıncı ölum quşu kimi düşmənin başına enirdi. Nəhayət öldürdüyü kafirlərin sayı 200-ə çatdı. İntizar sona çatdı, ağ şəhadət quşu onun pak başının üstündə pərvaza başladı. Mərrət ibni Mənqəz Əbdi onun başını qılınca hədəf etdi, sonra arxadan kürəyini nizə ilə parçaladı. Əli Əkbər qanına qəltan olmuş halda atın boynundan asılndı, at onu düşmən qoşununun içinə apardı. Düşmənlər onun pak bədənini tikə-tikə doğradılar. Son nəfəsdə öz İmamı ilə vidalaşmağı unutmadı, düşmənin ağır zərbələri altında atasını çağırdı, onun verdiyi vədənin həqiqətə çevrildiyini söylədi: "Bu mənim cəddimdir ki, sizə salam göndərir; o, şərbət camı ilə mənə elə bir şərbət içirtdi ki, ondan sonra bir daha susuzmaram. O (cəddim) buyurdu: "Sizin üçün də bir cam hazırdır" Bu sözü eşidən İmam Hüseyn (əleyhis-salam) şahin kimi oğlunun üstünə gəldi: Peyğəmbər ailəsinin ümidini torpağa düşmüş, qan içində qərq olmuş halda gördü. Atalıq məhəbbəti cuşa gəldi, özünü oğlunun tikə-tikə doğranmış bədəninə atdı, üzünü onun üzünə qoydu« Həyatının son anları idi, vidalaşmaq üçün fürsət qalmamışdı. İmam Hüseyn (əleyhis-salam) buyurdu: "Səndən sonra dünyanın başına kül olsun! Onları mehriban Allaha Rəsulullahın hörmətini pozmaqda hansı şey cürətləndirmişdir? Sənin atan, əmin və cəddinə çox ağırdır ki onları çağırasan, onlar da sənə cavab verməyələr, köməyə çağırasan, fəryadına yetişməyələr."
Həzrəti Əli Əkbərin şəhadətindən sonra İmam Hüseyn (əleyhis-salam) Ömər Sədin üstünə nərə çəkib buyurdu: "Allah nəslini kəssin, necə ki mənim nəslimi kəsdin, mənim Rəsulullah ilə olan qohumluğuala baxmadın. Allah səndə bərəkət qoymasın, səni elə bir adamın əlinə salsın ki, o sənin başını kəssin!"
Sonra İmam Hüseyn (əleyhis-salam) ürəyinin parçasının–Əli Əkbərin parə-parə olmuş bədənini xeymələrə aparmaq üçün taqəti kəsildi, Bəni-haşim cavanlarını çağırdı ki onu şəhidlərin xeyməgahına aparsınlar..
Mənbə: "Mərsiyyələr, şeirlər, xütbələr" kitabı
![]() |
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |