Salam. Novruz bayramı haqqında rəyiniz nədir? Bu günü bayram kimi qeyd edə bilərikmi?
Salam. Ayətullah Vəhid Xorasani -dəftərxana :
Bəli olar, qohum-əqrəbaya baş çəkmək kimi gözəl işləri olduğu üçün bəyəniləndir. Amma bu şərtlə ki, içində olan mənfi şeylər tərk olunsun. Məsələn; bahalı paltar alıb özünü var-dövlətini digərlərini gözünə çəkmək və digər bəyənilməyən şeyləri.
Salam. Bilmək istəyirik, Ayətullah Behcətin Novruz bayramı barədə nəzəri nədir? Şəriət baxımından Novruzu qeyd etmək olarmı?
Salam. Ayətullah Behcət - dəftərxana: Bəli olar.
Salam Novruz bayramını bayram kimi qeyd etmək olarmı?
Salam. Ayətullah Fazil -dəftərxana :
Cavab: Bəli olar.
Salam. Novruz bayramında xalqımızın hansı adətləri bəyənilir və hansıları etmək haramdır?
Cavab: Salam Ayətullah Xamneyi-dəftərxana: İslamla zidd olan şeyləri etmək olmaz.
Məs: Qulaqasdıya getmək və bu kimi şeylər.
Novruz bayramını bir bayram kimi qeyd etmək və bu gündə xüsusi şirniyyat və yeməklər bişirmək olarmı?
Cavab: Salam Ayətullah Sistani-dəftərxana: Bəli olar. İslama zidd olan şeyləri tərk etməklə.
Məsələn: Qonşuya qulaqasdı, papaq atmaq (imkanı olmayana əziyyət olduğu üçün və icazəsiz kiminsə həyətinə girib evinə papaq atılarsa), xoruzun döyüşdürmək (heyvanlara əziyyət olduğu üçün), alovun üstündən atılıb ağırlığım-uğurluğum burda qalsın demək (xurafat olduğu üçün) və bu kimi digər şeyləri tərk etməklə Novruzu qeyd etmək olar.
Mən Novruz bayramında tonqal yandırılması haqqında soruşsaq. Tonqal yandırıb üstündən atlanmaq olarmı? Adətdir ki, insanlar tonqalın üstündən atılanda "ağırlığım-uğurluğum bu tonqalın üstünə" deyirlər. Bu kimi ifadələr demək günah sayılırmı?
Cavab: Salam Ayətullah Sistani -dəftərxana: Bu iş xurafatdır və xurafat olmaz.
Salam. Novruz bayramında bəzi adətlərimiz var.
Məs: Yumurta döyüşdürmək (bəzən qalib tərəf məğlub olanın yumurtanın alır), qapı pusmaq olarmı?
Cavab: Salam Ayətullah Sistani-dəftərxana:
Bu işlər düzgün deyildir. İstər Novruz vaxtı olsun, istərsə də başqa vaxt, icazəli deyildir.