Hüseynin xeymələrini yandırırn. Qarət edin! Qarət edin!...
Düşmən qoşunundan bəzisi imam Hüseyn (ə)-ın şəhid olmasını güman edib xeymələrə hücum etmək istədikdə imam (ə) fəryad edib buyurdu: إِنْ لَمْ يَكُنْ لَكُمْ دِينٌ وَ كُنْتُمْ لاَ تَخَافُونَ الْمَعَادَ فَكُونُوا اَحْرَارًا فِى دُنْيَاكُمْ Əgər dininiz yoxdursa və qiyamətdən qorxmursunuzsa heç olmasa dünyada qeyrətiniz olsun. (Bihar, cild 45, səh. 49)
Camaat sədəqə gətirib paylamağa. Ümmü Həbibə Xanım Zeynəbin (s.ə) xidmətçisi olub. Evindən xurma gətirdi sədəqə versin əsirlərə. Qızlara təklif edir qızlar başını salır aşağı.. Dedi: Böyüyünüz hansı xanımdı? Zeynəbi (s.ə) göstərdilər. Neçə il keçib üstündən. Zeynəb (s.ə) ümmü Həbibəni uzaqdan tanıdı. Ümmü Həbibə Xanım Zeynəbin (s.ə) yanına gəlib dedi: Əsir sən kimsən? Hansı şəhərdənsən? Xanım Zeynəb (s.ə) mən Mədinəliyəm. Ümmü Həbibə: Hansı Mədinə? Xanım Zeynəb (s.ə): Peyğəmbər Mədinəsi. Ümmü Həbibə: Orda mənim Ağam Əlinin evi var tanıyırsan? Xanım Zeynəb (s.ə) başını saldı aşağı dedi: Ümmü Həbibə kimə sədəqə gətirmisən? Həl əta əhlinə aləmdə yaraşmaz sədəqə, Üzüyün verdi namaz üstə atam müstəhəqə. Ümmü Həbibə: Əsir o üzüyü bəxş eliyən atan olsa sənin bilirsən nə edərəm? Eşqimin parəsini aləmə mən bildirrəm, sənə Zeynəb desələr mən özümü öldürrəm. Əsir, sən mən deyən Zeynəb deyilsən. Bəli, mən səhv edirəm Zeynəb hara? Kufə hara? Var kimin qudrəti aya onu Şama apara. Əsir, 7 qardaşı olanda dolanar başda qara. Əsir, sən mən deyən Zeynəb deyilsən. Mən deyən Zeynəbin iclalına nöqsan yetməz. O Əlinin qızıdı taxtı-rəvansız getməz. Mən deyən Zeynəb hara getsə havadarı olar. Əli Əkbər kimi yollarda pərəstarı olar. Mən deyən Zeynəbin Əbbas cilovdarı olar. Əsir mən deyən Zeynəbin əvvəl Əbəlfəzli gəlir qabaqda. Əli Əkbər onun xidmətindədi. O xanım gəlsə əgər məhfilinə gül səpilər. Damlardan nə sənin tək kül səpilər. Xanım Zeynəb: Ey ümmü Həbibə dəxi qan oldu ürək. Sən deyən Zeynəbəm amma evimi yıxdı fələk. O nizə üstündə olan qardaşımın, Hüseynin başıdı. Bacısı ölsün onun Xuli salıb gör nə hala. Zeynəbin həqqidi bundanda cavan tez qocala....
Xanım Zeynəb:
Quran oxu sən natiqi Quransan Hüseynim,
Bilsin hamı Quranına qurbansan Hüseynim.
Qol bağlı çəkərlər məni hər şəhri diyarə,
Hər yerdə vurarlar yaralı başıva yarə.
Çarəm kəsilib eylə Hüseyn dərdimə çarə,
Bi çarələrin dərdinə dərmansan Hüseynim.
Gəl versələr başını, öpərəm birdə üzündən,
Silləm o tənuri gülünü qanlı gözündən.
Xuli eliyən zülmü xəbər allam özünnən,
Ehsas edərəm hali pərişansan Hüseynim.
Bax gör necə bir hali pərişandı Rüqəyyə,
Həm xəstədi həm acdı həm ətşandı Rüqəyyə.
Al könlünü qəm xari yetimandı Rüqəyyə,
Ey başı sər neyzədə merac edən
Keçən gecə Xuliyə meyman gedən,
Sən oxu Quran Hüseyn məndə deyim can Hüseyn.....
Xanım Zeynəb (s.ə): Hüseynin başını hara aparırsan Xuli?! Burax onu! Burax! İmam Hüseynin (ə) başını əsirlərdən əvvəl Kufəyə İbni Ziyadın yanına apardılar.
Şimr Xanım Zeynəbin (s.ə) yanına gəlib dedi: Güman edirəm sən Əlinin qızı Zeynəbsən! Zeynəlabidin (ə)-ı işarə edib dedi: Bu kimdi? Xanım Zeynəb: Nə istəyirsən ey zil cövşənin oğlu?! Bir az əvvəl elədiklərinlə ürəyin soyumuyub?! O Əli ibni Hüseyndir! O Hüseyn ki, siz onu dəvət etdiniz sonra isə tək buraxdız! Şimr gülüb dedi: Bəs niyə o qadınların arasında oturub? Xanım Zeynəb (s.ə): Bu Allahın Hüseynin nəslindən saxladığı yeganə kişidi! Onuda öldürmək istəyirsən?! Şimr: O niyə sağ qalıb?! Yəqin o döyüşməkdən qorxur. Xanım Zeynəb (s.ə): Muhəmməd və Əli evladları heçnədən qorxan deyil! Qorxaq o kəslərdi ki, hakimin hesabından qorxub, Allahın hesab kitabını unudub! Şimr: Vay olsun, vay olsun sizə ey Əli övladları! Siz heçnədən qorxmursuz! Heçnədən çəkinmirsiz! Allah məni öldürsün əgər mən onu öldürməsəm! Xanım Zeynəb Zeynalabidin (ə)-ın qarşısına keçib dedi: Ar olsun sənə ey şimr! Ar olsun ki, xəstə və gücsüzləri öldürmək istəyirsən! Şimr Xanım Zeynəbə (s.ə) əl qaldırıb dedi: Çəkil mane olma! Xanım Zeynəb (s.ə): Onda bütün müsəlmanlar eşidəcək ki, yezid bir qadının üstünə qoşun çəkib, ordu göndərib. Günahıda odur ki, o Muhəmmədin nəvəsidir. Hansı ki, yeziddə özünü onun xəlifəsi hesab edir. Öldür! Sənin kimisi Rəsuləllah övladını öldürməkdən heç vaxt doymaz! şimr qəzəbli halda ordan çıxdı.
Və daha sonra Şimr qadınlara qamçı ilə vurub əsir etdi...
Xanım Ruqəyyənin dilindən:
Bibi Zeynəb mənə rəhm eylə dayan
Karivan getdi adamsız qaldım.
Səpi dün saldı bəlaya başımı
Ata-qardaşlarımı, sirdaşımı
Süd əmər qardaşıma dil xoş idi
Hərmələ oxladı qəm yoldaşımı.
Bibi Zeynəb mənə rəhm eylə dayan
Karivan getdi adamsız qaldım.
Səfi dur etdi sınıq şəhvərimi
Həbs edib dildə olan sözlərimi
Baxıram qorxulu səhralara mən
Qorxudan tez yumuram gözlərimi
Bibi Zeynəb mənə rəhm eylə dayan
Karivan getdi adamsız qaldım.
Bibi səndən də nida yatmaz idin
Həm bu qəm yoldaşını atmaz idin
Ölməsəydi mənim əllərdə atam
İndi bizdə belə tək qalma idik...
Sənə qurban belə tək qoyma məni
Qorxuram incidə bu qanlı dəmir
Yol qaranlıq mən özüm xırda uşaq
Yorğunam saxla gedən qafiləni
Bibi Zeynəb mənə Rəhm eylə dayan
Karivan getdi adamsız qaldım
Şimr əlindən yanağım yarələnib
Qarət üstə qulağım parələnib
İstirəm qafiləyə tez yetişəm
Kərbəladən günümüz qarələnib.
Xanım və əsirlər kufəyə İbni Ziyadın yanına gətirildi. Xanım Zeynəb (s.ə) İmam Hüseynin (ə) başını görüb ağlayaraq buyurdu:
Vallah, sən məni həmişəki kimi qarşılamaq istərdin. Bağrına basardın.. İbni Ziyad: Hüseynin sizin üçün istədiyi bu idi? Cəddinin şəhərində əmin-amanlıqla yaşayırdız. Sizi bura gətirib çıxaran nədir?! Bir dəstə qorxaq adamlar? Vallah beyət ən yaxşı yol idi. Hüseyn indi öx evində oturub imakansızlara, fəqir-füqəraya yoxsuluna əl tutardı! Camaata şəriəti öyrədərdi. Axırda da Cənnətə gedərdi. Amma... Şimr Xanım Zeynəbin (s.ə) ətrafında dolanıb dedi: Əli qızı Zeynəb! Eşidmişəm Atan çırağı söndürürmüş ki, səni kimsə görməsin. Elə deyil? Şükür olsun Allaha ki, sizi məğlub edib öldürdü! Xanım Zeynəb (s.ə): Həmd olsun Allaha ki, Peyğəmbər Muhəmmədlə bizi şərəfləndirdi və bizi çirkinlikdən pakla uzaq etdi. Yalnız fasiq və zülümkar rüsvay olar. O isə biz deyilik. İbni Ziyad: Allahın qardaşının başına gətirdiklərinə bəs nə deyirsən?
Xanım Zeynəb (s.ə): And olsun Allaha ki, Kərbəlada gözəllikdən başqa bir şey görmədim! İbni Ziyad gülüb dedi: Gözəllik? Ailənin ölümünü görmək gözəllikdi? Xanım Zeynəb (s.ə): Bunlar Allahın şəhadət yazdığı kimsələrdi. Onlar öz yerlərinə qovuşdular. Allah səninlə onları bir araya gətirəcək, onda öz düşmənçiliyini edərsən! Görərsən onda hökm kimin əlində olacaq! Ey Mərcanənin oğlu! İbni Ziyad: Həmd olsun Allaha ki, qəlbimə azğın Hüseynin və ətrafındakı fitnəkarların qətli ilə şəfa bəxş etdi! Xanım Zeynəb (s.ə): Əgər sənin gözün Hüseynin ölümünü görməklə sevinirsə, Peyğəmbər onun özünü görməklə sevinərdi. Peyğəmbər onu öpər qardaşı ilə çiyninə mindirib gəzdirərdi.. Sabah cavab verməyə hazırlaş! İbni Ziyad: Əli övladlarının dilini kəsmək lazımdı! İmam Zeynalabidin (ə) buyurdu: Allahın razılığına tabe olan şəxs Allahın qəzəbi ilə qayıtmış və yeri Cəhənnəm olmuş şəsx kimidirmi? Ora pis bir dönüş yeridi. İnbi Ziyad:: Sən kimsən?! Yanındakı düşmən qoşunundan: Eşitmirsən? Əmirə niyə cavab vermirsən? Düşmənlərdən biri: O əlidir Əli ibni Hüseyn. İbni Ziyad: Bəs Allah Əlini öldürmədi? İmam Zeynalabidin (ə): Mənim Əli adında bir qardaşımda var idi. Siz onu öldürdüz. O qiyamət günü sizdən haqqını tələb edəcək. İbni Ziyad: Vay halına! Sən hələ mənə cavab qaytarmağa cürətdə edirsən?! Şümr! Vur onun boynunu! Xanım Zeynəb (s.ə): Öz zülmündən əl çəkmək istəmirsən? Sən ailəmi öldürdün çiyərimi parçalayıb ürəyimə dağ çəkdin! Rahatlığını bunda tapırsansa öz arzuna çatdın! Rəyətini öldürməklə rahatlıq tapan adamdan qorxmuram! Əgər onu öldürmək istəyirsənsə mənidə onunla birikdə öldür! Şimr onu kənara çəkib dedi: Ya əmir, ya əmir onunla işin olmasın. İbni Ziyad: Yox öldürəcəm onu! Bu işi mütləq eləməliyəm! Mən bunu heç cür özümə bağışlaya bilmərəm! Şimr: Onduzda xəstəlik onu əldən salıb öldürəcək səndə rahat olarsan. Dedi: Xəstəlik? Zeynal abidin (ə)-a yaxınlaşıb dedi: Xəstəlik sənin üçün ölümdən də bətərdi. Zeynalabidin (ə): Xəstələndikdə mənə şəfa verən Allahdı.
İmam Hüseynin (ə) başını əsirlərdən əvvəl Şama apardılar.. İbni Ziyad və əsirlər Yezidin sarayına yəni Şama doğru gəlib saraya daxil oldular.
Yezid: İnanmazdım ki, Əba Əbdillah bu yaşa çatsın və saç-saqqalını qara həna ilə boyatsın. Heç inanmazdım. Kaş mənim bədr döyüşündə olan dədə-babalarım bu şirin xatirələri görərdilər. Sevindiklərindən dərilərinə sığmaz və sonrada deyərdilər var ol yezid! Biz onların ən seçilmiş ağalarını öldürüb bədrdəki qisasımızı aldıq! Haşim hökümətlə oynadı. Nə bir xəbər nədə bir vəd gəlməmişdi! Heç bir vəd gəlməyib! Sonra deyirsiz ki, kaş Hüseyn öldürülməzdi deyib güldü... Xanım Zeynəb (s.ə): Həmzənin ciyərini yeyən qadının nəvəsindən nə gözləmək olar?! Pak ciyərlər çeyniyənin babasından nə gözləyirsən?! Əti şəhidlərin qanıyla artan adamdan nə gözlənilər?! Sən Əba əbdillahın cənnət cavanlarının dişlərinə vurursan?!.. Çübuğunla onu döyəcləyirsən?!... Allah özü sənin elədiklərinin cəzasını versin! Yezid: Bədrin əvəzini Kərbəladan çıxdıq! Zeynəb (s.ə): And olsun Allaha çox pis iş gördün. Muhəmmədin nəslini qırmaqla özünə təsəlli verirsən. Əbdül mütəllib nəslindən olan parlaq ulduzları.. Vallah ey yezid! Səndə ata və babalarının getdiyi yerə gedəcək arzulayacaqsan ki, kaş kar olaydım dediklərini deməz elədiklərini eləməzdim.. Yezid: Kəs səsini Allah qardaşının üzü kimi sənində üzünü qara eləsin! Zeynəb (s.ə): Üzü qara ancaq sən oldun! Yalnız özünü rüsvay elədin. Balaların qanını tökdüyünə görə mütləq Rəsuləllahla üzləşəcəksən! Onda Allah onların qisasını səndən alıb haqqlarını bərpa edəcək. Allah yolunda öldürülənləri heçdə ölü zənn eləmə. Əksinə diridirlər və onlara Rəbbi yanında ruzi verilir. Yezid: Bizim aramızda yalnız və yalnız qılınc hökm edir. Danışmağının heç bir mənası yoxdur. Zeynəb (s.ə): Allah aramızda hakim Muhəmmədin sənə düşmən Cəbrailin isə bizə dayaq olması kifayətdir! Onda müsəlmanların üzərində hakim qoymuş şəxs onda biləcək ki hansımızın vəziyyəti daha pis və hansımız daha zəifik! Yezid: Bunun ağzından çıxan sözlərə bir bax! Onları dinləməkdənsə ölüm daha rahatdı. Görürsüz? Əgər bu qadın mənə dediklərini imperatora desəydi ona neylərdi? Cavab verin! Onun dara çəkilməsini əmr etməzmiydi?! Xanım Zeynəb: Dediklərin məni əsla qorxuda bilməz. Mən səni çox alçaq hesab edirəm. Vəzifənə danlağına mahal qoymuram. Gözüm qan ağlayır ciyərim parçalanır. Nə istəyirsən elə yezid. Sənin ağalığın ötəridi. Carçı nida edib Allahın lənəti olsun zalımlara deyəcəyi gün... Yezid: Kəsin onun səsini! Allah dilini kəssin! Zeynalabidin (ə) Xanım Zeynəbin (s.ə) yanına gəlib buyurdu:
Sakit ol bibi. And olsun Allaha ki, sən başa düşməyəni başa saldın. Bizə altı özəllik 7 fəzilət verilib. Bizə elm və helm Ağalıq və fəsahət şücaət və möminlərin qəlbində məhbbət verilib. Fəzilətlərimizdə odur ki, seçilmiş Peyğəmbərimiz bizdəndi. Doğru danışan Cəfəri Təyyar bizdəndi. Allahın və Peyğəmbəin şiri bizdəndir. Həsən və Hüseyn bizdəndi və ümmətin hidayət edicisidə bizdəndir. Ey camaat məni tanıyan tanıyır. Tanımayanada öz əsil nəslimi tanıtdıraram.Mən məkkə və minanın oğluyam. Mən zəm-zəm və səfanın oğluyam. Mən Rəsuli əkrəmin oğluyam. Mən ən gözəl bəndənin oğluyam. Mən ən gözəl seçilmişin oğluyam. Mən ən gözəl həkk edib Ləbbeyk deyənin oğluyam. Mən mələklərin onun arxasında namaz qılanın oğluyam. Mən uca Allahın vəd etdiyi şəxsin oğluyam. Mən Muhəmməd Mustəfanın oğluam. Mən Əliyyi-mürtəzanın oğluyam. Mən la ilahə illəllah deyənin oğluyam. Mən Cəbrailin kömək etdiyi Mikailin yar olduğu olan şəxsin oğluyam. Mən müsəlmanların namusunu qoruyanın oğluyam. Zülmükar əhdini danan xəvarizlə vuruşanın oğluyam. Düşmənlərinə öyüd verməyə çalışanın oğluyam. Mən Fatimeyi Zəhranın oğluyam. Mən pak Bətulun oğluyam. Mən Peyğəmbərin ciyər parəsinin oğluam. Mən qanına qəltan olanın oğluam. Mən bu başın sahibinin, Kərbəla qurbanının oğluyam...