Bismillahir-rəhmanir-rəhim
Allahin salami və rəhməti üzərinizə olsun.Bu gün Əli (ə)-ın ziynəti olan Xanım Zeynəb (s.ə)-ın mövlud günüdür.Bu münasibətlə başda Ağamiz İmam Zaman (ə.f) olmaqla bütün şiələri təbrik edirik. Xüsusən də Xanım Zeynəbin (s.ə) adını daşıyan xanımları təbrik edirik.Hər zaman adiniza layiq olasınız, Xanım Zeynəb (s.ə) yanında xəcalətli olmayasız.
Zeynəb (s.ə) haqqında şer
Zeynəbin pak adı hər yerdə yazilsa ələmə
Dəstəmaz al elə bil varid olursan hərəmə
Zeynəbin mənzilləti çoxdur bu bir şəmməsidir
Tez açar müşgülü Məhdi ağamın əmməsidir
Axtarırdim bir nəfər dünyadə həm şənu mənsəb Zeynəbə
Oxşayır gördüm fəqət dünyada Zeynəb Zeynəbə
Hər zaman bir dərdim oldu bağladim dil Zeynəbə
Müşgülüm oldu dedim Həllali-müşgül Zeynəbə
Əldə höccətdir İmami Əsrin öz fərmaişi
Eyləyün dərdüz olan vaxta təvəssül Zeynəbə
Buyurub Məhdiyi valayi mənsəb
Var kimin dərdi desin ya Zeynəb
Zeynəbin vəsfində dil aciz,qələm avarədi
Kim ona biçarə desə özü biçarədi
Allah Xanım Zeynəbi (s.ə) Babəl-Həvaic qərar vermişdir. Allah o, Xanımın uca məqamına xatir bütün hacətlərimizi qəbul etsin. Allah bizlərə bu Xanımın dünyada ziyarətin axirətdə də şəfaətin nəsib etsin. Xanımın pak ruhuna salavat zikr edək;
Əllahummə salli əla Muhəmməd və ali Muhəmməd
Əllahummə salli əla Muhəmməd və ali Muhəmməd
Əllahummə salli əla Muhəmməd və ali Muhəmməd