İmam Hüseyn başı kəsik halda buyurdu: Qızım, mən nizənin üstündə dayandım sənə xatir, get bibinin ağuşuna səndə mənə xatir... Xanım Rüqəyyə cibindən dəsmal çıxartdı. İmam Hüseynin gözünün qanını sildi, gözünün üstündən külü sildi. O balaca əllərini qaldırdı atasının gözünü açdı.. Qamçı dəyən qollarını silmələyib atasına göstərib dedi: Ata, bax qolumu nə günə qoyublar...Bunların heç birindən şikayət etmirəm. Xeyməmizi yandırdılar, bizə qarət etdilər. Ata, sənə şikayətim budur ki, bizim başımızdan hicabımızı açdılar... Ata, Allah bibim Zeynəbdən razı olsun. O qədər mənə qamçı vurulanda qolun verib qabağa heç üzünə baxa bilmirəm....Ata, bu qədər acıya-qəmə necə dözərəm? Bağrımdan çəkib aldılar səni..İstədiyiniz bu idimi? Məni yetim buraxdız, atamı əlimdən aldız. Ata, sən səbr etməyi öyrətdin bizə. Amma bağışla mənim bu mənzərə qarşısında səbrim tükəndi. Göz yaşlarım durmaz oldu.. Çünki mən atamın başını deyil özünü istədim.. Necə qıydız atamın başını bədənindən ayırmağa?... Acımadızmı Fatimənin qaralar bağlamasına?...Bu ağır və yaralı əmanəti torpağa buraxıram mən cənnətimə atamın yanına gedirəm....Rüqəyyənin birdən səsi kəsildi. Xanım Zeynəb sevinib ümmü Gülsümə yaxınlaşıb dedi: Bacı sakit olun, deyəsən balam aram olub yatdı. Xanım Zeynəb yaxınlaşıb gördü İmam Hüseyn ağanın başı bir tərəfdə Rüqəyyənin cansız bədəni düşüb bir tərəfə..
Baş Hüseynindi indi Rüqəyyə,
Öpdü üzündən bağrına basdı
Zeynəbi göz yaşlı qoyub öldü Rüqəyyə.....
Yumulsun əşqi-çəşmim bu ruzigarda gec eylər.
Tapıbdır niyyətin, mənzili qərəz o gözəl qız,
Uçubdur taruyu-ruhu yetişdi yarə gec eylər.
Qalıbdı arada cənazə dolandı başına qızlar,
Nəvayə gəldilər çün qüssəli həzabə gec eylər.
Biri deyirdi, şirin dilli ahu göz bacım öldü...
Biri deyirdi, nə tez batdı çün-sitarə gec eylər,
Biri deyirdi, qoyun kipriyimlə şanə vurum mən...
Biri deyirdi, qoyun məndə bir öpüm dodaqindən...
Alım qızılgülümün ətrini dubarə gec eylər,
Biri deyirdi, özündən ayırmayın qara zülfün.
Biri deyirdi, üzündən ayırmayın qara zülfün,
Çıxar bu sini yeri birdə aşikarə gec eylər .
Viranədə nazlı balam can verdi dincəldi,
O şirin dilli körpə can verdi dincəldi.
Bəxti o tiflin o gündən düşdü sərazilə,
Yetsə ata-qardaşların çəkdi ləşəmşirə.
Xərabədə solan gülüm, sənə yaraşmadı ölüm,
Necə əlacım olmadı acından öldü bülbülüm.
Gecələr baba deyib ağladı, gül üzü yanıb sinə dağladı,
Fəda olub o gözlərə təmamə batdı əllərə.
Kəfən yoxuydu peykərim bükün bu qara məcərə,
Necə balamı dəfn edim xərabədə qoyum gedim?...
Anama oxşayan bala 3 il sənə ana dedim...
"Mən bu gün, bir qapını istəyirəm döyüm. O, elə bir şəxsiyyətdir ki, onun adı gəldikdə qəlblər
titrəyir. Mən inanıram ki, indi onun adını çəkdikdə sən ürəyindən keçirəcəksən ki, kaş olaydım o balaca qəbrin kənarında... Tutaydım o zirehdən, məndə bir salam verəydim ona... Bildiz kimdir?..."
_Əssələmu əleykə ya Rüqəyyətəl məzlum!_