İmam Hüseynin (ə) mübarək mövlud günü
+5
Müəllif:
nastya | 1-05-2014, 15:45 | Baxılıb: 7 365
Bu gün həyatı boyu şücaət və azadlığı sevməsi, zülm və haqsızlığa qarşı mübarizədə məktəb yaratmış İmam Əlinin (ə) və
peyğəmbər qızı xanım Zəhra (s.ə) - nın ikinci övladı İmam Hüseynin (ə) mövludu günüdür. O hicri 4-cü ildə Mədinə şəhərində dünyaya gəlmişdir.
Uşaqlıq dövrünün altı ilini babası Peyğəmbər (s) - in yanında keçirmişdir. Peyğəmbər (s) -in vəfatından sonra otuz il atası Əli (ə) - la birgə yaşamış və Əli (ə) - ın hakimiyyəti dövründə irəli çıxan çətinliklərdə fəal iştirak etmişdir. Əli (ə) - ın şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) siyasi və ictimai səhnələrdə qardaşı Həsən ibn Əli (ə) - la çiyin-çiyinə çalışmışdır. İmam Həsən (ə) - ın şəhadətindən sonra (hicrətin əllinci ilindən) on il müddətinə qədər Müaviyə ibn Əbu Süfyanın hakimiyyəti dövründəki İslami vəzifələr İmam Hüseyn (ə) - ın boynuna düşmüşdür. Müaviyənin ölümündən sonra hakimiyyət başına gələn Yezidin dövründə inqilab etmiş və nəhayət hicrətin altımış birinci ili Məhərrəm ayının onunda Kərbəla çölündə şəhadətə qovuşub. İmam Hüseyn (ə) Kərbəla məktəbinin banisi, azadlıq sevənlərin idealıdır.
İmamın mövludu münasibəti ilə başda İmam Zaman (ə.f) olmaqla bütün dünya müsəlmanlarını təbrik edirik.
|
Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və
"Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın) |
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.