Kərbəla türbəti mütləq şəkildə əmin-amanlıqdır
Qurani-Kərim Peyğəmbərlərin ağası Muhəmməd peyğəmbərin (s.ə.s.)
məqamı ilə əlaqəsi olan qeybi sünnə və vücudi qanundan söhbət açaraq,
açıq-aşkar "əzabdan amanda qalmaq” qanunu haqqında belə buyurur:
"Nə
qədər ki, sən onların içindəsən, Allah onlara əzab verməyəcəkdir...”
Əgər insan nəfsində baş verən qorxunun səbəbini araşdırsaq, görərik ki,
onun səbəbi iki amildir: ya əzabın baş verəcəyini hiss etmək, ya da ağrının
baş verəcəyi hər hansı bir hadisəni yaşamaq. İslam Peyğəmbəri (s.ə.s.)
dünyada olduğu müddət ərzində hər iki amil qeyri-mövcuddur. Elə ona
görə də Qurani-Kərim bu qanunu təqdim edir: "Nə qədər ki, sən onların
içindəsən, Allah onlara əzab verməyəcəkdir. Əgər Peyğəmbərin (s.ə.s) vücudu ümmətə əzabın nazil olmasına
maneədirsə, bəs onun ümmət üçün əmin-amanlıq duası necə!!! Elə buna
görə də, Kərbəla türbəti mömin şəxsdən qorxunun dəf olunması üçün bu
qeybi və vücudi (fiziki) təsiri daşımışdır. ġübhəsiz, bu təsir Allah-taalanın
izni ilə baş vermişdir: "... o zaman ki, Mənim iznimlə ölüləri (qəbirdən diri)
çıxarırdın...
Peyğəmbər (s.ə.s) əhli-beytindən nəql olan hədislərə gəlincə isə ġeyx Tusi
bəzi ravilər vasitəsi ilə Həsən ibn Əli ibn Əbi Müğeyrədən nəql edir: İmam
Sadiqə (ə) dedim:
"Mənim çox xəstəliklərim var, bütün dava-dərmanlardan
istifadə etmişəm, lakin faydası yoxdur.” İmam Sadiq (ə) buyurdu:
"Sənin
Hüseynin (ə) qəbrinin türbəti ilə münasibətin necədir? Çünki o, bütün
xəstəliklərin şəfası və istənilən qorxu qarşısında əmin-amanlıq vasitəsidir.
Onu (türbəti) götürən zaman de: "Ey Allahım, Səni and verirəm bu türbətin
və onu daşıyan mələyin və onu təhvil alan peyğəmbərin, onda dəfn olunan
vəsinin haqqına, Muhəmməd və onun Əhli-beytinə salavat göndər və onda
hər bir xəstəliyin şəfası və hər bir qorxunun əmniyyətini qərar ver!”
Həmçinin sonra buyurdu:
"Türbəti daşıyan mələyə gəlincə isə o, Cəbraildir
(ə). Onu Peyğəmbərə göstərərək demişdir:
"Bu sənin balanın türbətidir,
ümmətin onu səndən sonra qətlə yetirəcək.” Onu (türbəti) təhvil alan
peyğəmbər Muhəmməd peyğəmbərdir. Orada dəfn edilən vəsi isə şəhidlərin ağası, Hüseyndir (ə).”
Sözünə davam edərək buyurdu: "Əgər sultan və yaxud başqa bir kəsdən
qorxsan, İmam Hüseynin (ə) qəbrinin türbətini daşımadan evdən çıxma.
Belə de: "Ey Allahım, bu Sənin vəlinin oğlu, Hüseynin (ə) qəbrinin
türbətidir. Onu qorxduğum və qorxmadığım şeylər üçün götürmüşəm.”
Həqiqətən, sənin qorxmadığın şeylə üzləşəcəksən.”
Ravi deyir ki, həmin türbəti İmam dediyi kimi götürdüm. Allah-taala
mənim səhhətimi düzəltdi və bu türbət bütün qorxduğum və qorxmadığım şeylərdən məni amanda saxladı. Allaha həmd olsun ki, ondan sonra heç bir
pislik və xəstəlik görmədim.
Kitabın adı: İmam Hüseyn (ə) türbətinin qeybi təsirlərinin həqiqəti
Müəllif: Seyyid Nəbil Əl-Həsəni