Kərbəla türbəti insanın bildiyi və bilmədiyi bütün
qorxular
müqabilində əmin-amanlığa səbəb olur
Seyid ibn Tavus nəql edir ki, İmam Sadiq (ə) İraqa daxil olan zaman
insanlar onun ətrafına toplaşıb belə deyirlər:
"Ey bizim ağamız, İmam
Hüseyn ağanın türbəti hər bir xəstəliyə şəfadır, görəsən, o hər bir qorxu
qarşısında da əmin-amanlıqdır?”
İmam buyurdu: "Bəli, əgər sizlərdən
biriniz hansısa qorxudan amanda qalmaq istəsə, onda onun türbətindən
təsbeh düzəltsin və "Leylətül Məbit” duasını üç dəfə oxusun. Sonra türbəti
öpüb, gözlərinin üstünə qoyaraq belə desin: "Ey mənim Allahım, Səni and
verirəm bu türbətin və onun sahibinin, onun babası, atası, anası, qardaşı və
məsum övladlarının haqqına! Onu (türbəti) bütün xəstəliklərdən şəfa, bütün
qorxulardan aman və bütün pisliklərdən qorunacaq qərar ver.” Sonra
türbəti cibinə qoysun. Əgər bu işi sübh vaxtı edərsə, gecəyə kimi Allahın
amanında olar. Gecə vaxtı edərsə, sübh çağına kimi Allahın amanında
qalar.”
Kitabın adı: İmam Hüseyn (ə) türbətinin qeybi təsirlərinin həqiqəti
Müəllif: Seyyid Nəbil Əl-Həsəni