İkinci təsir - Təhnik (türbətin damağa sürtülməsi)
Təharət qüvvəsinin təsirlərindən biri də "təhnik”dir, yəni təzə
doğulmuş uşağın damağına Hüseyniyyə türbətinin sürtülməsidir. Bunun
hikməti ilk olaraq, körpəni bakteriya və viruslar kimi təhlükələrin
hücumundan qoruyub onun ətrafında möhkəm qala yaratmaqdır. Həmçinin
bu təhlükələrdən biri də psixoloji təhlükədir, yəni ətrafımızda bizi əhatə
edən fəqət Allahın tanıdığı bir çox aləmlər, yəni cin və digər varlıqlar var
ki, Kərbəla türbəti onlara qarşı ruhani qoruq yaradır.
Bundan əlavə, "təhnik”in hikməti batil əqidə sahiblərinin şübhələrindən qorunmaqdır. Belə ki Kərbəla türbəti körpənin haqq
yolunda hərəkət etməsi üçün bir dəstəkdir. Qurani-Kərimin buyurduğu
kimi: "nemət verdiyin kəslərin yoluna...” Peyğəmbərin (s.ə.s) hədisində
gəlmişdir ki, onlar Əlinin (ə) şiələridir. Bir sözlə, "təhnik” möminin dünya və axirətdə şübhə və xətalardan
qorunmasıdır. Bir bilsəydik ki, insan axirət dünyasında əmin-amanlığa nə qədər ehtiyaclıdır! Bu barədə Əhli-beyt (ə) imamlarından nəql olunan
hədislərdən birinə iarə edirik. Şeyx Tusi İmam Sadiqdən (ə) olan hədisdə
belə nəql edir: "Öz övladlarınızı İmam Hüseynin (ə) türbəti ilə təhnik edin,
çünki o amandır.”
Kitabın adı: İmam Hüseyn (ə) türbətinin qeybi təsirlərinin həqiqəti
Müəllif: Seyyid Nəbil Əl-Həsəni