Üçüncü təsir - Fitr bayramında Kərbəla türbəti ilə iftar etmək
Kərbəla türbətinin digər qeybi və fiziki təsirlərindən biri də Fitr
bayramı günü bu türbətlə iftar etməkdir. Bunun hikməti ondan ibarətdir ki,
insan bu türbətlə, ibarət olduğu üç şey, yəni bədən, nəfs və qəlbə möhür
vuraraq bağlayır. Mübarək Ramazan ayı elə bir istirahətgahdır ki, insan bu
ayda özünün qüvvələrini bərpa edərək immunitet qüvvəsini xəstəliklər,
əqidəvi Ģübhələrdən möhkəmlədir. İslam Peyğəmbəri buyurmuşdur: "Oruc
tutun ki, səhhətiniz sağlam olsun.” "Səhhət” kəlməsi yuxarıda dediyimiz üç tərkib hissəyə şamildir. Bu
kəlmə bir çox insanların təsəvvür etdiyi kimi, yalnız insan bədəninə aid
deyildir. Halbuki Ramazan ayı bir çox ibadətləri özündə cəm edən xüsusi
sistemdir, – oruc, bütün ay boyu min rükət nafilə namazı, gecə-gündüz
ərzində oxunan dualar, xüsusi və ümumi dualar, Qurani-Kərimin tilavəti,
gecələrin əhyası və sonda isə axırıncı on günü etikaf saxlayaraq aya xitam
vermək – bütün bu ibadətlər insan nəfsi və qəlbini paklayıb onu
xəstəliklərdən qoruyur. Ramazan ayının fərdi və ictimai əlaqələrinə diqqət
yetirsək, görərik ki, bu ay, insanlar arasındakı əlaqələri ən güclü
sosioloqların heyrətdə qaldığı bir formada təmizləyib gücləndirir. Bu ayın
vasitəsi ilə ailələr biri-birini ziyarət edir, bəzi insanlar onlara pislik edənləri bağışlayır, varlılar kasıblara əl tutur, iftar süfrələri ilə Allah-taalaya
yaxınlaşırlar və bu kimi digər əməllər yerinə yetirilir.
Beləliklə, bu üç tərkib hissənin immunitetini möhkəmlədəndən sonra
bu mənəvi seyrin son nöqtəyə ehtiyacı vardır. Bu son nöqtə Kərbəla türbəti
ilə baş verir, necə ki bal arısı bal hazırladıqdan sonra bu əməliyyatı mumla
sona çatdırır. Bu son nöqtə insanı digər Ramazan ayına qədər insan bədəni
və ruhunun məruz qaldığı xəstəliklərdən amanda saxlayır. Peyğəmbər
Ramazan ayının bu üç tərkib hissənin formalaşmasındakı roluna işarə
edərək belə buyurmuşdur: "Əvvəli rəhmət, ortası məğfirət, sonu isə
duaların qəbul olması və Cəhənnəm odundan azad olmadır.” Deməli,
ayın əvvəli bədənin səhhəti, ortası nəfsin səhhəti, sonu isə qəlbin
səhhətidir. Məhz onunla, yəni qəlbin sağlamlığı ilə Cəhənnəm odundan
qurtuluş baş verir: "O gün ki, malın və oğulların bir faydası olmayacaq.
Yalnız (fəsadlı əqidələrdən və əxlaqdan) salamat (sağlam) bir qəlblə
Allahın hüzuruna gələn kimsədən başqa!” Elə buna görə də, İmam Kazim (ə) oruc tutan şəxsin Fitr bayramında
mübarək Kərbəla türbəti ilə iftar etməsinə işarə edərək buyurur: "İmam
Hüseynin (ə) qəbrinin türbəti ilə iftar etmək daha əfzəldir.” Çünki o, sanki bal arısının öz məhsulunu mumla tamamlaması
kimidir.
Kitabın adı: İmam Hüseyn (ə) türbətinin qeybi təsirlərinin həqiqəti
Müəllif: Seyyid Nəbil Əl-Həsəni