Cəbrailin (ə) toxunuşu nəticəsində Kərbəla türbətinin
daşıdığı təsirlər
Allah-taalanın əmri ilə Cəbrailin (ə) Kərbəla türbətini Mədinə şəhərinə, İslam Peyğəmbərinə (s.ə.s.) daşıması, o həzrət də (s.ə.s.) öz
növbəsində qoxulayıb, öpüb və İmam Hüseynin (ə) qanı ilə aludə
olmamışdan əvvəl göz yaşları ilə onu aludə etməsi əbəs deyildi. Nə Cəbrail
(ə) malik olduğu məqama görə bihudə iş görməz, nə Aləmlərin Rəbbi, nə
də bütün məxluqatın ağası olan İslam Peyğəmbəri (s.ə.s.) səhv edə
bilməzdi. Deməli, bu məsələ Allahdandır və Ona da qayıdır.
Beləliklə də, Kərbəla türbəti bütün bu məqamlardan əlavə, fiziki və
qeybi təsirlərə malik olub bütün fiziki və qeybi qanunları aşdı. Bunlar Əhlibeytdən
(ə) nəql olunan hədislərdə öz əksini tapmışdır.
Kərbəla türbətində Təharət qüvvəsi ilə əlaqədar olan təsirlər
Keçən bəhslərdə danışdıq ki, Allah-taala Cəbrailə (ə) iki qüvvə –
"Ruh” və "Təharət” qüvvələri vermişdir və bu qüvvələrin dəhər birinin ani
təsirləri vardır, xüsusilə də əgər tərəf müqabili eyni qüvvəyə malik olsa, bu
təsirlər daha dərin və bariz olur. Lakin tərəf müqabili uyğun olmadıqda –
belə ki müşrik və ya kafir olduqda təsir ya nisbi, ya da tamamilə aradan
itmiş olur.
Bu təsirlərdən biri Qurani-Kərimin şəfa olması məsələsidir. Allah-təala
bu təsiri yalnız möminlərə, yəni təharət ruhuna malik olan xalis
bəndələrinə şamil etmiş, zalımları isə bundan məhrum etmişdir.
QuraniKərim
buyurur: "Biz, Qurandan möminlər üçün (mənəvi və ictimai
xəstəliklərə) şəfa və rəhmət olan şeyi nazil edirik və o, zalımlara (ruhi və
ictimai) ziyandan başqa bir şey artırmır.”
Kafir və müşrik Allah-təalanın birliyinə iman gətirmək və
Peyğəmbərin (s.ə.s.) nübüvvətini qəbul etməklə nəcasətdən ayrılaraq
təharət məqamına ucalır. Bu etirafla o dəyişib təharət ruhuna qovuşur.
Təharət ruhu insanlar arasında fərqli olduğu üçün Kərbəla türbəti ilə şəfa
tapmaq da fərqli olur.
Kitabın adı: İmam Hüseyn (ə) türbətinin qeybi təsirlərinin həqiqəti
Müəllif: Seyyid Nəbil Əl-Həsəni