Peyğəmbər (s.ə.s) Əliyə (ə) Kərbəla türbətinin xüsusiyyətindən xəbər
verir
Bəzi rəvayətlərdə Peyğəmbərin (s.ə.s.) bir çox əlamətdar hadisələrdə
Kərbəla türbətinin xüsusiyyətindən söhbət açması varid olmuşdur. Müxtəlif
vaxtlarda Allah-taala öz elçisini Kərbəla torpağının daşıdığı məkana xas
xüsusiyyətlərdən xəbərdar etmişdir. Tezliklə bu hədislərdən bəzisinə işarə
edib açıqlayacağıq.
Abdullah ibn Nəchi atasından rəvayət edir ki, bir gün atası, Əli (ə) ilə
gedirmiş. Neynəva çölünə yetişən zaman (Əli (ə) Siffeyn çölünə doğru hərəkət edirdi) fəryad etdi:
"Fərat çayının sahilində səbir et, ey Əba
Abdullah, səbirli ol, ey Əba Abdullah.”
Ravi deyir ki, soruşdum:” Nə
üçün?”
Əli (ə) buyurdu: "Bir gün Peyğəmbərin hüzuruna daxil olub
gördüm ki, gözləri yaşla dolub.
Soruşdum: – Ey Allahın Peyğəmbəri, səni kimsə qəzəbləndirib? Nə üçün
gözlərin yaşla dolub?
– Bir az bundan əvvəl Cəbrail yanımda idi, Hüseynin Fərat sahilində
qətlə yetiriləcəyini xəbər verib dedi ki, "Onun türbətindən qoxulamaq
istəyirsənmi?”
"Bəli” dedim. Əlini uzadıb bir ovuc torpaq götürüb
mənə verdi, özümü saxlaya bilmədim, gözlərim yaşla doldu.
Əgər bu cür rəvayətləri mülahizə etsək, görərik ki, Cəbrail (ə)
müəyyən səbəblər üzündən bir çox məqamlarda peyğəmbərə Kərbəla
torpağını gətirərək Hüseynin qətlindən xəbər verirmiş. Sonrakı bəhslərdə
bu hadisənin açıqlaması izah olunacaq.
Kitabın adı: İmam Hüseyn (ə) türbətinin qeybi təsirlərinin həqiqəti
Müəllif: Seyyid Nəbil Əl-Həsəni