Ərəb ədəbiyyatında Kərbəla türbətinin məkana xas xüsusiyyətləri
Bəzi ədiblər Kərbəla səhnəsi mövzusunda cəlbedici, qəlbi cilalayan
və zövqlərin müxtəlifliyinə baxmayaraq, ruhu sehirləyən sətirlər qoşmadan
keçmək istəməmişlər. Yazarların əbədiyyətlə bağlı olan Kərbəla türbətinin
qəhrəmanlığından söz açan ədəbi səhifələrində yaratdıqları sətirlər dünya
durduqca qalacaq və gələcək nəsillərə səmadan nazil olan ali dəyərləri
hekayət edəcəkdir. Həqiqətən, Kərbəla türbəti insanın insanlığa dəlalət
etməsi üçün kompasdır.
Nəsr üslubunda yazılanlar
Misir ədəbiyyatşünası, filosof Abbas Mahmud Əqqad Kərbəla
torpağının xüsusiyyətindən danışaraq yazır:
"...Bu gün o, müsəlmanların
göz yaşı və xatirə üçün ziyarət etdikləri bir hərəm, qeyri müsəlmanların isə
ziyarət etdikləri bir mənzərədir. Lakin Kərbəlaya öz haqqı olan əbədiyyət
verilsə, onda həmin torpaq onun qüdsiyyət və fəzilətini anlayan hər bir
Adəm övladının məzarına çevrilər. Çünki biz, uca dəyər və ali fəzilətlərlə vəsf olunmuş bir torpağı deyil, Hüseynin (ə) şəhadətindən sonra xatırlanan
Kərbəla torpağından danışırıq.
Kitabın adı: İmam Hüseyn (ə) türbətinin qeybi təsirlərinin həqiqəti
Müəllif: Seyyid Nəbil Əl-Həsəni