Əhli-beyt imamlarının nəzərində Kərbəla türbətinin xüsusiyyətləri
Kərbəla hadisəsindən sonra Əhli-beyt imamlarının insanlara müqəddəs
türbətin şərafətinin və daşıdığı xüsusiyyətlərinin tanıtdırılmasının əhatə
dairəsi fərqli rakurs almışdı. Bunun səbəbi aşağıdakı məqamlardan
ibarətdir:
1) Əhli-beytin Kərbəladakı faciəli qətli nəticəsində bu məkan insanlar
içində məhşurlaşmış və insanların da bu məkana inancı artmışdı;
2) İmam Hüseyn (ə) türbətinin zəvvarlarının ləyaqət və ədəblərlə
bəzənmələri üçün insanlara verilən göstərişlər
3) Mömin kütlənin etiqad sahəsindəki inanclarını hər hansı bir həqiqət
haqda olan yəqin mərhələsindən əməl mərhələsinə daşımaq.
Əhli-beyt imamlarının bu türbəti daşımaları onun haqqındakı bilgilərindən
xəbər verir. Onların bu türbəti müqəddəs bilmələri, onun vasitəsilə şəfa
istəmələri və Allaha görə ona səcdə etmələri bu türbətin xüsusiyyətləri
haqda olan yəqindən qaynaqlanır. Bu həqiqət hədislərdə öz əksini tapır:
Birinci mətləb
Kərbəla torpağı yaradılışına görə Məkkə torpağından əvvəldir:
Hürr Amuli "Vəsailüş şiə” kitabında İmam Baqirdən (ə) rəvayət edir:"Allah-taala Kərbəla torpağını Məkkə torpağından iyirmi dörd min il əvvəl
yaratmış, müqəddəs bilərək mübarək etmişdir. Beləcə, məxluqatı yaradana
qədər müqəddəs və mübarək olmuş və daim olacaq. Allah-taala bu torpağı
Cənnətdə ən üstün torpaq və övliyaların məskunlaşacağı ən fəzilətli
məskən və mənzil qərar vermişdir.”
İkinci mətləb
Kərbəla torpağının Məkkə torpağından üstünlüyü və əmin-aman hərəm
olması:
Kərbəla türbətinin xüsusiyyətləri və onun Məkkə torpağından üstün olması
haqqında söhbət açan digər hədislərdən ikisini qeyd edirik:
1) Əbul Carud İmam Səccaddan (ə) belə rəvayət edir: "Allah-taala
Məkkə torpağını xəlq etməzdən iyirmi dörd min il əvvəl Kərbəla
torpağını mübarək və əmin amanlıq hərəmi seçmişdir. Allah-taala yer
üzünün torpaqlarını əvəz edən zaman Kərbəla torpağını bütövlükdə
nurani və saf şəkildə ucaldıb Cənnət bağının ən üstün guşələrindən
birində qərar verəcək. Həmin fəzilətli guşədə yalnız peyğəmbərlər və
risalət sahibləri məskunlaşacaq.
Və yaxud: "Risalət sahiblərindən "ulul əzm” peyğəmbərlər məskunlaşacaq.
O, ulduzlar arasında ən parlaq ulduz kimi Cənnət torpaqları içərisində
bütün Cənnət əhlinin nurunu örtərək parlayacaq. O, səslənəcək: "Mən
Allahın müqəddəs torpağıyam. Mən Cənnət cavanını və şəhidlərin ağasını
ağuşuna almış mübarək torpağam!”
2) Hürr Amuli "Vəsailüş şiə” kitabında Əbu Səid Əlqəmmatdan, o, isə
Ömər ibn Yeziddən, o, da İmam Sadiqdən (ə) belə rəvayət edir:
"(Qiyamət günü) Kəbə torpağı dilə gəlib deyəcək: "Hansı torpaq
mənim kimidir?! Allahın evi (Kəbə) mənim üzərimdə tikilmişdir. İnsanlar hər bir tərəfdən (ziyarətimə) gəlirlər. Allahın hərəmi və
əmniyyət evi qərar verilmişəm.”
Allah ona: "Kifayətdir, sakit ol! Sənin fəzilətin Kərbəla torpağının
fəziləti yanında dənizə batırılaraq yaş olmuş iynə kimidir. Əgər Kərbəla
torpağı olmasaydı, sənə fəzilət verməzdim. Əgər Kərbəla torpağının
ağuşuna aldığı şəxs olmasaydı, səni və fəxr etdiyini (Kəbəni)
yaratmazdım. Sakit ol, qürurlanma! Kərbəla torpağı üçün zəlilanə,
təvazökar, sayğılı və təkəbbürlü olmayan bir quyruq ol! Əks halda, səni
tanınmaz hala salıb Cəhənnəm oduna ataram!
Bu iki hədisdə bir çox həqiqət və mənalar yatır, gələcək bəhslərdə
onları təqdim edəcəyik İnşAllah.
Kitabın adı: İmam Hüseyn (ə) türbətinin qeybi təsirlərinin həqiqəti
Müəllif: Seyyid Nəbil Əl-Həsəni