İmam Əli (ə) öz səhabələrinə Kərbəla türbətinin şərafətindən xəbər verir
İmam Əli (ə) Əhli-beyt ilə bağlı olan varlıq aləminin həqiqətlərinin
izahında Peyğəmbərin (s.ə.s.) üslubunu qoruyaraq söhbət edərdi. Əli (ə)
pak Kərbəla türbətinin məkana xas xüsusiyyətləri haqqında öz səhabələrinə
danışar və (onunla bağlı olan) peyğəmbər ailəsinə üz verən böyük kədəri
açıqlayardı. Bəli, Kərbəla torpağında qətlə yetirilən peyğəmbərin (s.ə.s.)
reyhanəsi, övladları, qızları və qardaşı övladlarıdır. Bu torpaqda Əbutalib
ailəsindən nə qədər pak insanın qanı tökülmüşdür! Sanki, Kərbəla onlar
üçün, onlar da Kərbəla üçün xəlq olunmuşdur! Buna görə də İmam Əlinin
(ə) söhbəti aşağıdakı iki yönü əhatə edərdi:
a) Şeyx Müfid Cuveyriyyə ibn
Mushər əl Əbdidən belə rəvayət edir: Əmirəlmöminin Əli (ə) ilə birlikdə
Siffeynə tərəf istiqamətləndiyimiz zaman yol əsnasında Kərbəla çölündən
keçirdik, bu zaman Əli (ə) qoşunun bir tərəfində dayanıb sağa və sola
baxaraq gözləri yaşaran halda buyurdu: "And olsun Allaha ki, bu torpaq
onların karvanının mövqeyi və əbədiyyətlərinin yeridir.”
Səhabələrdən
bəziləri soruşdu: "Ey Əmirəlmöminin, bu nə yerdir?”
Həzrət buyurdu: "Bu Kərbəladır. Bu çöldə hesabsız Cənnətə daxil
olacaq bir qövm qətlə yetiriləcək.
b) Əli (ə) yalnız bu bəyanla kifayətlənməyib (yəni Siffeyn döyüşündən
qayıdıb Kərbəladan keçdiyi zaman), əksinə, daim Küfə minbərində
insanlara bu həqiqətdən danışardı. Onlara Aşura gününü tanıtdırıb Kərbəla
çölündə peyğəmbər (s.ə.s.) ailəsinə üz verəcək müsibətdən söz açardı.
Rəvayət olunur ki, İmam Həsən (ə) vəfatından qabaq qardaşı Hüseynə
belə buyurdu: "Həqiqətən, Cödənin atası Əliyə (ə) müxalif idi. Əli (ə) onu Küfədə canişin təyin etmişdi. Siffeyn döyüşündən Kufəyə qayıdan zaman
minbərdə onun oğlu haqqındakı imamın sözlərini eşitdikdən sonra Cödənin
atası onun itaətindən yayınıb yolunu azdı. Artıq onunla bir məclisdə
oturmur, Şiələrindən uzaqlaşır və (Peyğəmbər Əhli-beytinə) salavat
göndərmirdi.
Əli (ə) xütbədə onun oğlu haqqında belə buyurmuşdu: "Ah
olsun, Muhəmməd peyğəmbərin (s.ə.s.) balası, reyhanəsi və gözünün nuru
mənim oğlum Hüseynə! Sənin sülbündən gələn oğlun öz atasından sonra
xilafətə gələcək zalım və inadkar bir xəlifə ilə balama qarşı çıxacaq! İmam
Hüseyn hara, sənin oğlun hara!!!”
Əbu Bəhr əl Əhnəf ibn Qeys ət Təmimi yerindən qalxaraq soruşdu: Ey
Əmirəlmöminin, onun adı nədir?
Həzrət buyurdu:
"Bəli, Yezid ibn Müaviyə. Übeydullah ibn Ziyada oğlum Hüseynin
qətli tapşırılacaq. Onların döyüşü Fərat çayının qərbində Kərbəla çölündə
baş verəcəkdir. Sanki, onların karvanının mövqeyini, səfər əşyalarının
qoyulduğu yeri, Kufə əhlinin qoşunlarının onları necə əhatə etməsini,
qılıncları, nizələri ilə onların bədənlərinə, qanlarına və ətlərinə necə
işləməsini, peyğəmbər nəslinin və mənim balalarımın necə əsir
götürülməsini, qoca, cavan və uşaqların necə qətlə yetirilməsini görürəm.”
Əşəs ibn Qeys ayağa qalxaraq dedi: "Peyğəmbərin iddia etmədiyi elmi
sən iddia edirsən. Bu elm sənə haradandır?”
Əmirəlmöminin buyurdu: "Vay olsun sənə, ey cəhənnəmlik, sənin
oğlun Muhəmməd! And olsun Allaha ki, onların sərkərdələrindən olacaq.
(Bəli, and olsun Allaha) Şimr ibn Zillcövşən, ġəbəs ibn Rəbəi, Əmr ibn
Həccac Zübeydi və Əmr ibn Hureys!”
Əşəs İmamın sözünü kəsməyə tələsib dedi: "Ey İbn Əbutalib, dediyini
mənə anlat."
Həzrət buyurdu: "Vay olsun sənə, ey Əşəs, elə eşitdiyin kimidir.”
Əşəs: "Ey İbn Əbutalib, sənin sözlərinin mənim nəzərimdə iki xurma
dənəsi qədər dəyəri yoxdur” –, deyərək arxa çevirib getdi.
Camaat ayağa qalxıb gözlərini Əliyə (ə) tərəf yönəldərək, sanki, Əşəsi
öldürmək üçün ondan icazə alırdı. Həzrət camaata belə buyurdu: "Yavaş olun, Allah sizə rəhm etsin. And olsun Allaha ki, mən onu öldürməyə
sizdən daha çox qadirəm. Allahın əzabı kafirlərə labüd nazil olmalıdır.”
Bu hadisənin nəticəsi Peyğəmbər ailəsinə zülm edən insanların pis
aqibətindən xəbər verir. Əhli-beyt imamları insanlara Kərbəla hadisəsi ilə
bağlı olan məsələləri xırdalıqları və məkana xas xüsusiyyətləri ilə izah
edərək açıqlayırdılar. Kərbəla hadisəsi ilə bağlı olan qeybi təsirlər,
Peyğəmbər (s.ə.s.) əhli-beytinə zülm edənlərin adları, törətdikləri
cinayətlər Əlinin (ə) bəyanından başlayaraq İmam Zamandan (ə.f) gələn
həqiqətlərlə tamamlanır....
Kitabın adı: İmam Hüseyn (ə) türbətinin qeybi təsirlərinin həqiqəti
Müəllif: Seyyid Nəbil Əl-Həsəni