Peyğəmbər xanımları və səhabələrinin nəzərində Kərbəla türbətinin şərafəti
Bir çox hədislər müxtəlif sözlərlə möminlər anası Ümmü Sələmənin
Kərbəla torpağından olan türbəti öz yaylığına bükərək özü ilə həm oyaq
halında, həm də yuxuda olarkən daşımasına işarə etmişdir. Ümmü Sələmə bu türbətin şərafəti və onun Allah dərgahındakı əzəmətli məqamından xəbərdar idi. Buna görə də bu türbəti həmişə özü ilə
daşıyardı.
Digər bir rəvayətdə gəlmişdir ki, Peyğəmbər həmin torpağı onun
yanında əmanət qoyur.
Əməş, Əbu Vail ġəqiq ibn Sələmədən, o isə Ümmü Sələmədən rəvayət
edir ki, bir gün Həsən və Hüseyn evdə Peyğəmbərin qarşısında
oynayırdılar.
Bu zaman Cəbrail nazil olub dedi: "Ey Muhəmməd, sənin
ümmətin bu oğlunu (Hüseynə işarə edərək) qətlə yetirəcək.” Peyğəmbər
ağlayaraq onu sinəsinə sıxdı. Sonra (Peyğəmbər Ümmü Sələməyə) dedi:
"Bu türbət sənin yanında əmanətdir.” Peyğəmbər türbəti qoxulayıb
buyurdu: "Kərbü bəlanın iyidir.” Peyğəmbər sözünə əlavə edərək dedi: "Ey Ümmü Sələmə, bu türbət qana çevrilən zaman bil ki, artıq Hüseyn qətlə
yetirilib.” Ummu Sələmə deyir ki, türbəti bir şüşənin içinə qoyub hər gün
ona baxaraq belə deyərdim:” O gün ki, qana çevriləcəksən, necə də
əzəmətli bir gündür!”
Peyğəmbər (s.ə.s.) bu hadisəni Ümmü Sələməyə xəbər verməklə
kifayətlənməyib, hətta Aişə Zeynəb bint Cəhş və səhabələrinə də
xəbər vermişdir. Rəvayətlərdən belə məlum olur ki, mələklər dəfələrlə
Peyğəmbərə (s.ə.s.) Kərbəla hadisəsini danışarmışlar. Peyğəmbər (s.ə.s.)
göz yaşlarını, sarsıntılarını və kədərini saxlaya bilmir, bəzən göz yaşları
haqqında heç bir kəs soruşmadan Kərbəla hadisəsindən danışar, bəzən isə
söhbət etməzdi, lakin göz yaşları sanki gözəl natiq kimi dilə gələrdi.
Kitabın adı: İmam Hüseyn (ə) türbətinin qeybi təsirlərinin həqiqəti
Müəllif: Seyyid Nəbil Əl-Həsəni