Kərbəla – İsanın (ə) viladət məkanı, Rabva isə Məryəmin (s.ə) pənah
apardığı məkandır
Şeyx Tusi Əbu Həmzə Somalidən, o isə Əli ibn Hüseyndən rəvayət edir ki,
Məryəm surəsindəki – "(Ruh mələyi Məryəmə üfürdü,) beləliklə, o,
(dərhal) İsaya hamilə oldu. Sonra o (Məryəm) öz (uşaq) yükü ilə uzaq bir məkana kənara çəkildi” ayəsi demək istəyir ki, Məryəm (ə) Dəməşqdən
xaric olub Kərbəla torpağına qədər gəlir və İmam Hüseynin (ə) qəbri
yerləşən yerdə İsanı (ə) dünyaya gətirir. Sonra isə həmin gecə Dəməşqə
qayıdır”
Digər bir rəvayətdə isə ÜmmÜ Sələmədən rəvayət olunur ki, İmam Hüseyn
(ə) qətlə yetiriləndən sonra o, bu hadisəni xəbər verir. Ondan bu barədə
haradan bildiyini soruşduqda belə cavab verir ki, Peyğəmbər mənə bu
torpağı verib belə buyurdu:
"Əgər bu torpaq qana çevrilərsə, onda bil ki,
mənim balam Hüseyn qətlə yetirilmişdir.”
Elə xəbər verdiyi kimi də
olmuşdur. Onun qəbri mübarək dağda (Kərbəla çölündə), Rabva isə
Beynən Nəhreyn kəndlərinin birində, Neynəva ilə Qadiriyyə arasında
yerləşən Kərbəla çölündəki Fərat sahilidir.”
Kitabın adı: İmam Hüseyn (ə) türbətinin qeybi təsirlərinin həqiqəti
Müəllif: Seyyid Nəbil Əl-Həsəni