İslam Peyğəmbərinin (s) Kərbəla türbətini öpməsi ilə əmələ gələn qeybi təsirlər
Bəzi sual və şübhələrə səbəb olan məsələlərdən biri də şiələrin
müqəddəs Kərbəla torpağını öpməsidir. Bəzi insanlar bu fenomeni haram,
digərləri isə müqəddəs bir iş hesab edərək icazəli bilir, digər bir qrup
insanlar isə bunu məzəmmət edir, hətta şirk deyərək ittiham edirlər.
Lakin şiələrin Kərbəla türbətini öpmələrinin səbəblərindən asılı
olmayaraq, bu məsələni Peyğəmbərə (s.ə.s.) qaytaraq və o həzrətin bu
türbətlə necə rəftar etdiyini araşdıraq. Çünki Qurani-Kərimin bizə dediyi
kimi, İslam Peyğəmbəri ən gözəl nümunədir. Bundan əlavə olaraq, əgər
Peyğəmbər (s.ə.s.) bu işi etmiş olsa, deməli müsəlman şəxs o həzrətin
sünnəsinə tabe olaraq bu işi görə bilər.
Əhməd ibn Hənbəl və Əbuyəla əl Mosuli Əli ibn Əbutalibin belə
dediyini rəvayət edirlər:
"Bir gün Peyğəmbərin yanına daxil olub gördüm
ki, gözləri yaşla dolmuşdur, soruşdum:
– Ey Allahın Peyğəmbəri, səni kimsə qəzəblndirmişdir?
Peyğəmbər dedi: – Bir az bundan əvvəl Cəbrail yanımda idi və mənə
xəbər verdi ki, Hüseyn Fərat sahilində qətlə yetiriləcək. Dedi ki,
"sənə onun türbətini qoxulamaq üçün verimmi?”
Bəli! – dedim.
Bu zaman əlini uzadaraq bir ovuc torpaq götürüb mənə verdi, mən
özümü saxlaya bilmədim və gözlərim yaşla doldu.”
Bu hədis bir neçə məqama işarə edir:
1) Kərbəlada Əhli-beytə üz
verən hadisələrin hədislər və bu hadisədən sonrakı İslam tarixinin
gedişatından da məlum olduğu kimi, ilahi hikmət üzündən baş verməsinə
işarə edir.
İmam Hüseynin (ə) özünün buyurduğu –"Həqiqətən, Allah-taala
məni şəhid görmək istəmişdir” – kəlamı bir çox ilahi sirləri əhatə etmişdir.
Buna görə də, İmam Hüseynə (ə) olan qayğı və diqqət vəsf edilməyəcək
dərəcədə idi.
1) Kərbəla torpağının Peyğəmbərə gətirilməsi həmin torpağı tanımaqdan
ötrü deyildi, əksinə, onu qoxulmaq üçün idi – belə ki Cəbrail (ə) özü
buna işarə edir: "Sənə onun türbətini qoxulamaq üçün verimmi?” –
başqa sözlə desək, həmin türbəti öpmək üçün idi. Çünki hədisdə gəldiyi kimi, qoxulamaq kəliməsinin mənası öpmək deməkdir. Belə
ki, hədislərin birində qeyd edilir ki, Peyğəmbərin yanına bir kişi gəlib
oruc halında öz arvadını öpməsi haqqında soruşur.
Peyğəmbər
cavabında buyurur: "Məgər o, qoxulanan bir gül deyilmi!”
Digər
hədisdə isə belə gəlmişdir: "Heç bir zərəri yoxdur, çünki o, bir güldür
ki, qoxulanılır.”
2) Hədisdə Əlinin (ə) təsvir etdiyi kimi, Peyğəmbərin bu şəkildə
ağlaması onun ağlamağının davamlı olmasından, gözlərindən axan
yaş isə o həzrətə baş verən qəm və kədərin nə qədər böyük
olmasından xəbər verir.
3) Hədisdə Peyğəmbərin – "... mən özümü saxlaya bilmədim və
gözlərim yaşla doldu” – sözləri o həzrətin "Aləmlərin rəhməti” və
möminlərə "mehriban və rəhimli” olmasına işarə edir. Elə isə, öz
balası və dünya reyhanəsinə nə üçün rəhimli olmasın?!
4) İmam Hüseynə göz yaşının axması mömin insanla onun arasında
qarşılıqlı ayrılmaz bir haldır. Əlinin (ə) sözləri bu bağlılığa açıq-aşkar
dəlalət edir; belə ki hədislərdə gəlib ki, İmam Əli (ə) öz oğlu Hüseynə
baxaraq belə dedi:
"Ey hər bir möminin göz yaşı.”
İmam Hüseyn: "
Atacan, bu mənəm?”
Həzrət onun cavabında buyurdu: " Bəli, mənim
əziz balam.”
Hakim Nişaburi Ummu Sələmədən rəvayət edərək belə deyir: "Bir
gecə Peyğəmbər yatmaq üçün uzanmışdı, bir az keçməmiş heyrət içində
oyandı. Sonra yenidən uzanaraq, yuxuya getdi. Sonra yenidən oyandı,
lakin bu dəfəki heyrəti birinci dəfə olan heyrətindən az deyildi. Sonra
yenidən uzandı və yenə də oyandı, lakin bu dəfə əlində qırmızı rəngli
torpağı tutaraq öpürdü.
Soruşdum: – Ey Rəsulallah, bu nə türbətdir?
Buyurdu:
– Cəbrail mənə xəbər verdi ki, bu, (Hüseynə işarə edərək) İraq
torpağında qətlə yetiriləcək. Cəbrailə dedim: – Onun qətlə yetiriləcəyi
torpağı mənə göstər.
(Cəbrail dedi:) Budur, bu da həmin türbət.”
Bu və digər hədislər Peyğəmbərin (s.ə.s.) Kərbəla türbətini qoxulayıb,
onu öpərək göz yaşına qərq etməsinə dəlalət edir.
Deməli, hər bir müsəlman peyğəmbərin (s.ə.s.) adət-ənənəsinə əməl
edərək bu türbətə hörmət qoyub ona əhəmiyyət verməlidir. Bundan əlavə,
Peyğəmbərin (s.ə.s.) bu işi onun hərəkəti ilə vəsisinin hərəkəti arasında
olan əlaqədən çıxış edir. Yəni Kərbəla türbətinin Mədinəyə daşınaraq
Peyğəmbərə (s.ə.s.) təhvil verilməsi və o həzrətin həmin türbətlə xüsusi
rəftar edərək səmavi və qeybi təsirləri onda əmanət qoyması xüsusi bir
hədəfin və mühüm məsələnin varlığına dəlalət edir.
Kitabın adı: İmam Hüseyn (ə) türbətinin qeybi təsirlərinin həqiqəti
Müəllif: Seyyid Nəbil Əl-Həsəni