» » Görəsən, bu təsirlər Peyğəmbərin (s.ə.s.) öpdüyü bütün əşyalara aiddirmi?


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Görəsən, bu təsirlər Peyğəmbərin (s.ə.s.) öpdüyü bütün əşyalara aiddirmi?
    +5
    Müəllif: Yusifi Zehra | 16-11-2015, 11:00 | Baxılıb: 928
     
    Görəsən, bu təsirlər Peyğəmbərin (s.ə.s.) öpdüyü bütün əşyalara aiddirmi?
     
    Peyğəmbərin (s.ə.s.) Kərbəla türbətini öpməsi nəticəsində əmələ gələn təsirləri araşdırmazadan əvvəl bu məsələ ilə əlaqəsi olan digər bir mətləbə işarə etmək istəyirəm. Bu mətləb Peyğəmbərin (s.ə.s.) hər hansı bir əşyanı öpməsi məsələsidir; belə ki oxucunun zehnində belə bir sual yarana bilər:
    Peyğəmbər (s.ə.s.) həyatı boyu bir çox əşyaları qoxulayaraq öpmüşdür. Bunlara misal olaraq, o həzrətin həyat yoldaşları, övladları, xüsusi ilə də Həzrət Fatimeyi-Zəhranı (ə) nümunə gətirmək olar. Görəsən, bu əşyalar da Kərbəla türbəti kimi həmin təsirləri qazanmışdır, yoxsa məsələ yalnız Kərbəla türbətinə aiddir? Bəli, bu məsələ yalnız Kərbəla türbətinə aiddir. Səbəb isə ilahi əmrdir. Allah həmin Qadir Tanrıdır ki, Məryəmə (s.ə) məkan və zaman xüsusiyyətlərinin cəm olduğu yerdə qurumuş xurma ağacına təsir etməsinə icazə vermişdir: "...sənin üçün təzə yığılmış xurma tökülsün.”
    Deməli, Cəbrail (ə) zaman və məkanın fövqündən çıxış edib ilahi əmrə tabe olaraq Peyğəmbərə (s.ə.s.) nazil olmuşdu. Həmin anda İmam Hüseyn (ə) başını Peyğəmbərin (s.ə.s.) sinəsinə qoymuş, o isə onu qoxulayaraq öpürdü. Belə bir məhəbbətlə dolu mühitdə, yəni bəşər aləmində oxşarı tapılmayan bir fəzada qəlbləri parçalayan mənzərəyə kim dözə bilər? Lakin dünya fəcr ilə günəşin doğması arasındakı çox qısa bir zaman fasiləsində bütün məxluqatın ağası olan Peyğəmbərin (s.ə.s.) balası Hüseynin başına gələcək müsibətləri yaşadı. Sanki, Peyğəmbər (s.ə.s.) balası Hüseynin (ə) bədəninə dəyən nizə, ox, qılınc və atların dırnağını hiss edirdi. Bir neçə anın ərzində Cəbrail (ə) risaləti ilahi əmrin vasitəsi ilə peyğəmbərə çatdıraraq soruşur:
    "Onu sevirsənmi?!” Təəccüblü sual və cavab..! Nə sual verən, nə də cavab verən hadisələrdən qəflətdə idi. Cavab vəhy xəzinəsindən, yəni Peyğəmbərin (s.ə.s.) qəlbindən gələn "bəli!” səsi idi. Lakin həqiqətdə isə belə idi: Cəbrail (ə) Hüseynin (ə) Peyğəmbərin (s.ə.s.) balası və reyhanəsi olmasını bilirdi. Həmçinin Peyğəmbərin (s.ə.s.) ona olan məhəbbətinin dərəcəsindən də xəbərdar idi. Lakin o, əmrə tabe olub risaləti daşıyaraq təhvil verdi və cavabı eşitmək üçün gözlədi. Peyğəmbərə (s.ə.s.) gəlincə isə o Həzrət (s.ə.s.) bilirdi ki, Allahın dini üçün öz balasını qurban vermə vaxtı yetişmişdir. Lakin bu hansı vaxt idi? Görəsən, qurbanlığın kəsilməsi, yoxsa qurbanlığın deyəcəyi sözü eşitmə vaxtı? Allah-taala Onun əmri ilə İsmaili qurban etməli olduğunu xəbər verdiyi zaman İbrahimin (ə) öz oğlundan eşitdiyi cavabı Muhəmməd peyğəmbərin də (s.ə.s.) öz balası Hüseyndən eşitməsini istəmişdi. İslam peyğəmbərinin (s.ə.s.) məqamı İbrahim peyğəmbərin (ə) məqamından üstün olduğu üçün Peyğəmbər (s.ə.s.) cavabı eşitməli və həmin cavab Cəbrailin (ə) vasitəsi ilə birbaşa nəql olunmalı idi. Peyğəmbərlərin ağası (s.ə.s.) Həzrəti-Fatimənin (s.ə) balasından cavabı gözləyirdi, necə ki İbrahim (ə) Hacərin balasından cavab gözləyirdi və cavab da belə oldu: "... Ey ata! Sənə əmr ediləni yerinə yetir. Allahın istəyi ilə məni səbirlilərdən görəcəksən!”
    Burada göz yaşı cavabı qabaqladı! Amma kimin göz yaşı?! Hüseynin, ya babası Peyğəmbərin, yoxsa Cəbrailin göz yaşı?! Heç bir fərqi yoxdur; hər üçü buradadır və ağlayır... Həmçinin orada Kərbəla çölündə olacaqlar. İmam Hüseynin (ə) cavabı hər iki məkanda da eynidir. Lakin Fatimə balasının vəziyyəti tam fərqlidir. Burada o, başını babası Peyğəmbərin (s.ə.s.) sinəsinə qoymuşdur. Peyğəmbər (s.ə.s.) rəhmət əli ilə onun tellərini sığallayır. Orada isə... Onun başı Kərbəla torpağı üzərində olacaq... Susuz... Yalnız... Qərib halda. Sanki qılınclar Peyğəmbərin (s.ə.s.) mübarək barmaqlarının izi ilə onun başını sığallayacaq... Burada Hüseynin (ə) bir gözü Peyğəmbərə (s.ə.s.), digər gözü isə Cəbrailə (ə) baxırdı. Orada, Kərbəlada isə Hüseynin (ə) bir gözü əhli-əyalı, bacılarına, digər gözü isə onların qatilləri və düşmənlərinə baxacaq. Burada o, fərəh içində idi, lakin orada isə vəziyyət həddən artıq gərginləşdikdə gözlərini səmaya dikib belə buyuracaq:
    "Ey mənim Allahım! Sən ali məqam sahibisən! Əzəmətli qüdrət və şiddətli qüvvət sahibisən, məxluqatdan ehtiyacsızsan. Böyük kibr sahibi, istədiyin hər bir şeyə qadirsən. Rəhmətin yaxın, vədən sadiq, nemətlərin bol, imtahanın gözəl, dua edilən zaman yaxın, yaratdıqlarını əhatə edənsən. Sənə doğru qayıdan bəndənin tövbəsini qəbul edənsən, istədiyin hər bir şeyə qadirsən. Tələb etdiyini dərk edənsən. Sənə şükr edilən zaman təşəkkür edənsən, Səni xatırlayanı xatırlayansan, ehtiyaclı halda Səni çağırıram və fəqir olduğum halda Sənə rəğbətliyəm, qorxan halda Sənə pənah aparıram, kədər halında ağlayıram, zəif olduğum üçün Səndən yardım diləyirəm, Sən mənə kifayət edən halda Sənə təvəkkül edirəm! Ey mənim Allahım, bizimlə qövmümüz arasında hökm et, həqiqətən, onlar bizi aldatmışlar, köməksiz tərk etmişlər. Bizə xəyanət etmiş və bizi qətlə yetirmişlər. Biz sənin Peyğəmbərinin itrəti və risalətə seçdiyin həbibin Muhəmmədin (s.ə.s.) balaları və vəhyin əmanətdarlarıyıq. Bizim bu işimiz üçün qurtuluş və çıxış yolu müəyyən et, ey Rəhimlilərin Rəhimlisi!”
    Bax, cavab budur, ey Allahın Peyğəmbəri..! O, dəyişməzdir, baxmayaraq ki, zaman və məkana görə onun kəlmələri müxtəlifdir. Buna görə də, İbrahim peyğəmbərin oğlu İsmaildən eşitdiyi cavab ilə İslam Peyğəmbərinin öz balası Hüseyndən eşitdiyi cavab arasında böyük fərq vardır. "Allahın istəyi ilə məni səbirlilərdən görəcəksən!” cavabı ilə "Sənin qəza-qədərinin müqabilində səbir edirəm, ey O Rəbb ki, ondan başqa ilah yoxdur, ey yardım edənlərin yardımçısı. Mənim Səndən başqa Rəbbim və Səndən başqa Məbudum yoxdur. Ey yardıma etiyacı olmayıb yardım edən, Sənin hökmünə səbir edirəm! Ey tükənməyib daim olan! Ey ölüləri dirildən! Ey hər bir nəfsin kəsb etdiyini onun üçün yerinə yetirən! Mənimlə onların arasında hökm et, ey hökm edənlərin ən xeyirlisi!”
    Elə buna görə də, Hüseynə (ə) hələ onun dünyaya gəlməsindən əvvəl Adəm (ə), Nuh (ə), İbrahim (ə), İsmail (ə), İsa (ə), Musa (ə) və bütün peyğəmbərlər ağlamışlar. Beləliklə, İmam Hüseyndən (ə) cavabı eşitdikdən sonra, Cəbrail (ə) Hüseynin (ə) qətlə yetiriləcəyi və dəfn olunacağı türbəti gətirib Peyğəmbərin qarşısına qoyur və o, öz növbəsində Allah-taalanın bu türbətə bəxş etdiyi qeybi və vücudi-fiziki təsirlərə göz yaşları ilə möhür vurur.
     
     
    Kitabın adı: İmam Hüseyn (ə) türbətinin qeybi təsirlərinin həqiqəti
    Müəllif: Seyyid Nəbil Əl-Həsəni

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.