Üstünlük qanunu Qurana xas və vücudi (fiziki) həqiqətdir
Əgər insan bu geniş varlıq aləmində öz ətrafında olanlara baxarsa, bu
zaman görəcək ki, Allah-taala bir varlığı digərinə nisbətdə üstün bilmişdir;
belə ki yer kürəsini ulduzlara nisbətən üstün bilərək həyatı orada yaratmış,
onu peyğəmbərlərlə şərəfləndirmiş və vəhyin enməsi ilə əzizləmişdir.
Sonra suyu xəlq edərək ondan şirin çaylar və şor sular yaratmışdır. Daha
sonra isə torpaqların bəzisini digərindən üstün bilmişdir; belə ki şoran
torpaqları əkinə yararlı etməmiş, daşlıq əraziləri yalnız daş-kəsək üçün
qərar vermiş, bəzi torpaqları da məhsuldar etmişdir.
Əgər Məkkə və Kərbəla torpaqlarına nəzər salsaq, görərik ki, hər iki
torpaq hərəm olaraq yaradılmışdır; belə ki, Kərbəla torpağı Cənnət
cavanlarının ağasını, Məkkə torpağı isə Kəbəni öz ağuşuna almışdır.
Buna görə də İmam Səccadın (ə) bu hədisi Kərbəla torpağına aid olan
xüsusiyyətləri Məkkə torpağının dəyərini azaltmadan insanlara tanıtdırır. Şübhəsiz, bu hədis Kərbəla torpağının üstün olmasındakı hikməti bəyan
etmək üçündür. Belə ki bu üstünlük qanunu Qurani-Kərimin toxunduğu
Qurana xas həqiqətdir. Bu üstünlük qanunu hətta peyğəmbərlər və
övliyalar arasında da keçərlidir.
Allah-taala belə buyurur: "Bu
peyğəmbərlərdən (adları çəkilən) bəzilərini bəzilərindən üstün etdik.
Onlardan eləsi var ki, Allah onunla danışıb (Musa kimi) və bəzilərini bir
neçə dərəcə ucaldıb (ulul-əzm peyğəmbərlər kimi)...”
Deməli, üstünlük qanunu Qurana xas və vücudi bir həqiqətdir. Əhlibeyt
(ə) hədisləri isə bu qanuna aid olan hikməti insanlara izah edir.
Kitabın adı: İmam Hüseyn (ə) türbətinin qeybi təsirlərinin həqiqəti
Müəllif: Seyyid Nəbil Əl-Həsəni