» » Kərbəla torpağının Məkkə torpağından əfzəl olmasının hikməti


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2839
Şərhləri: 1504
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2056
Şərhləri: 2382
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1920
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1379
Şərhləri: 2765
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3843
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 494
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 733
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3919

Online Sual-Cavab

Azər77
Azər77
17 Kasım 2025

Salam, hər vaxtınız xeyir olsun in Sa Allah 🤲 bilmək istərdim, Pəleyqambarə ki, Mədinə və Məkkə də nazil olan ayələrin bir birindən nə fərqi var? Niyə məs Məkkədə və mədinədə nazil olub başqa yerdə deyil?? Bunların bir birindən fərqi var, ayələrin deyirem. Ama Məkkə və Mədinə niyə ancaq bu iki şəhərdə nazil olub?? Öncədən təşəkkür edirəm 🙏
Alemdar
Alemdar
2 Mart 2025

Salam olsun şie ehlinə.muqeddes ramazan ayının gəlişi ilə hamınızı tebrik edirem.Allah ibadetlərimizi ali derecəde qebul etsin amin
Allahıma aşiqəm
Allahıma aşiqəm
3 Şubat 2025

Allahın salam rəhmət və bərəkəti sizin üzərinizə olsun
Mövlüd günləri munasibəti ilə sizləri təbrik edirəm
yahuseyn
yahuseyn
13 Ocak 2025

Salam axşamınız xeyirli ve berüketli olsun sizleri ağam Eli(e) mövludu münasibeti ile tebrik edirem
Huseynci Medine
Huseynci Medine
12 Ocak 2025

Allahin Salami ve Salavati uzerinize olsun cox deyerli baci ve qardaslar. Muqeddes Receb ayina xatir Allah xesdelerimize sefa versin, gunahlarimizi bagislasin, hacetlerimizi qebul etsin insAllah.
Admin
Admin
1 Kasım 2024

Alemdar,Allah qebul etsin gozel qardas-iltimasi dua
Alemdar
Alemdar
17 Ekim 2024

Salam Şiəhli.Allahin izni ilə tezliklə kerbelaya gedirik.uşagligimiz gəncliyimiz bu sayitda kecdi.dini bilgilərde sayitin əməyi cox oldu bizlər ucun.Başda admin qardaş olmaqla haminiz hakinizi halal edin .haminiza dua edəcəm .kaşki her şəy əvvəlki kimi olardi .tovsiyye edirem tez tez sayitimizi ziyaret edək
Admin
Admin
30 Eylül 2024

Salam aleykum.Mesajlari oxuduqca iller oncesi yadima dusdu,xususen kohne uzvlerin adlarini gordukde.Allah her birinizden razi olsun,dualarin en gozeli sizin ve ailenizin uzerine olsun.Mueyyen sebeblere gore saytimiz fealiyetini dayandirib-amma baglanmayib-inseAllah ki fealiyeti davam eder evvelki kimi bir birinden deyerli kelamlarla kimlerinse haqq yol ile getmeyine nail olariq
Musa
Musa
23 Eylül 2024

Ellahummesselli ela Muhemmedin ve ali Muhemmed veccil ferecehum
Allahin-Asiqi
Allahin-Asiqi
2 Eylül 2024

Salam her vaxtınız xeyir məndə arada bura daxil oluram
Ewqi_Kerbela
Ewqi_Kerbela
15 Temmuz 2024

Salam Aleykum.Mende indi daxil oldum sayita uzun aradan sonra yeniden burda olacam inseAllah.Alemdar qardawin dediyi kimi uwaglar xahiw edirem kim burdadirsa yeniden sayita nezer edek
yahuseyn
yahuseyn
13 Haziran 2024

Salam Sayt ehli necesiz,Allah bütün ibadetlerinizi qebul etsin.
Alemdar
Alemdar
30 Mayıs 2024

Salam Sie ehli necesiz kim var uşaglar? Əvvəlki uzvlərden kim var admin qardaşı və butun uzvuləri salamlıyıram kaşki əvvəlki tek olardı her şey
Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18470
+0  
Şərhlər: 48501
+2  
İstifadəçilər: 6750

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6734

Qeydiyyatdan keçiblər:
Bu gün: 2
Dünən: 2
Həftə ərzində: 3
Ay ərzində: 3

Saytın Arxivi

Ocak 2025 (3)
Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Ən çox oxunanlar

    Təqvim

    «    Aralık 2025    »
    PtSaÇaPrCuCtPz
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
    Kərbəla torpağının Məkkə torpağından əfzəl olmasının hikməti
    +5
    Müəllif: Yusifi Zehra | 22-10-2015, 13:00 | Baxılıb: 916
     
    Kərbəla torpağının Məkkə torpağından əfzəl olmasının hikməti
     
    Məkkə torpağı müqabilində Kərbəla torpağının fəzilətindəki hikməti tanımaq üçün ilk növbədə iftixar və fəzilət amillərini tanımaq lazımdır. Bildiyimiz kimi, Kərbəla və Məkkə torpaqlarında bir sıra fəzilətə səbəb olan fenomenlər mövcuddur. Həmin bu səbəbləri araşdıraq:
    1) Məkkə torpağına gəlincə, onun digər torpaqlara nisbətən iftixar səbəbi Kəbə evinin olması, hər bir tərəfdən hacıların ona üz tutması və hər bir müsəlmanın namazda ona tərəf istiqamətlənməsidir.
    2) Məkkə torpağı əmin-amanlıq hərəmidir. Onun hərəm olması qazanılmışdır, yəni bu xüsusiyyət İbrahim peyğəmbərin insanları Məkkəyə dəvət etməsindən sonra əmələ gəlmişdir.
    Belə ki Allahtaala buyurmuşdur: "Və (xatırlayın) o zaman(ı) ki, İbrahim dedi: "Ey Rəbbim, buranı (bu diyarı) təhlükəsiz və əmin-amanlığı olan bir şəhər et və onun əhalisinə – Allaha və axirət gününə iman gətirənlərə – hər növ meyvə və məhsullardan ruzi ver...”
    3) Orada İbrahim peyğəmbərin məqamı vardır. Həmin bu məqama görə Məkkə torpağı hörmət və fəzilətə malik olmuşdur. Allah-taala buyurur: "Onda (Allahın tövhid, hikmət və rəhmətindən) aşkar nişanələr (və həmçinin o nişanələrdən biri olan) İbrahimin məqamı vardır. Kim ora daxil olsa, amandadır (amanda olmalıdır)...”
     
    Bu ayə iki məsələyə işarə edir:
     
    Birinci məsələ: Allah-taala açıq aşkar ayələri İbrahim peyğəmbərin məqamında qərar vermişdir
    İkinci məsələ: Bu məqamın varlığı səbəb olmuşdur ki, Məkkə torpağı əmin-əmanlıq hərəmi hesab edilsin. Başqa sözlə desək, Məkkə torpağında hörmət və əmin-amanlığın qərar verilməsi İbrahim məqamının varlığı səbəbindəndir.
    Deməli, buradan belə nəticə almaq olar ki, məqamın şərafəti muqimin (orada yaşayan şəxsin) səbəbinədir. Həmin şəxs isə İbrahim (ə) peyğəmbərdir. Həmçinin bu deyilənlər Məkkə torpağı ilə Kəbə arasında olan fərqə işarə edir. Beləliklə, Məkkə torpağının digər torpaqlara nisbətən üstün qərar verilməsində səbəb və amillər vardırsa, onda daha yaxşı olar ki, bu səbəb və amillərə nəzər salaq:
    Əgər Məkkə torpağının digər torpaqlar müqabilində olan fəziləti ağuşuna aldığı Kəbə və İbrahim məqamına görədirsə, deməli, bütün iftixar orada muqim olan şəxs və onun nəsli üçündür, yəni fəzilət İbrahim peyğəmbər və onun zürriyyəti üçündür, nəinki torpaq üçün. Bu, Qurana xas bir həqiqətdir. Belə ki Qurani-Kərim buyurur:
    "Ey Rəbbimiz, həqiqətən, mən övladlarımdan bəzisini (İsmaili anası ilə birgə) Sənin möhtərəm və toxunulmaz evinin yanında əkinsiz bir dərədə sakin etdim ki, – ey Rəbbimiz, – namaz qılsınlar. Buna görə də elə et ki, insanların bir qisminin qəlbləri onlara meyil etsin...”
     
    Bu ayə üç predmetə işarə edir

    Birinci predmet:
    İbrahim peyğəmbər və onun züriyyətinin Kəbə evinin kənarında münbit olmayan bir vadidə məskunlaşmasındakı hikmət "... ey Rəbbimiz, – namaz qılsınlar...”  məfhumundan ibarətdir.
    Bu ayədə gələn "iqamə” (ərəbcə sözün transkripsiyasıdır) sözünün mənası bərpa etmək anlamına gəlir, nəinki icra etmək. Burada bütün müsəlmanlar nəzərdə tutulur – istər İbrahim peyğəmbərin züriyyətindən, istərsə də digər züriyyətlərdən olsun, istər mömin və sadiq imana, istərsə də qəlbində Allahı inkar edib nifaq möhrü vurulmuş şəxslər olsun, fərqi yoxdur. Allah-taala münafiqləri xarakterizə edərək belə buyurur:
    "...Onlar namaza durarkən (yerlərindən) süst qalxır...”
    Deməli, münafiqlər də namazı icra edirlər, lakin onlar namazı bərpa etmirlər. Namaz yalnız İbrahimin əhli-beyti ilə bərpa oluna və dinin sütunu onların vasitəsi ilə qurula bilər.

    İkinci predmet:
    Namazı bərpa edənlərdən olduqları üçün möminlərin qəlbləri onlarla bağlılıq tapmışdır: "...insanların bir qisminin qəlblərini onlara meyilli qərar ver..." 
    Bu ayədə gələn "min” ədatı "bir qisim” mənasındadır. Buna görə də insanlardan bir qisminin – möminlərin qəlbləri İbrahim peyğəmbərin  züriyyətinə, yəni Muhəmməd peyğəmbər (s.ə.s.) və onun pak əhli-beytinə yönəlmişdir. Əziz İslam peyğəmbəri belə buyurmuşdur: "Mən atam İbrahimin duasında nəzərdə tutduğu şəxsəm”
    Möminlərin qəlbləri ilə İbrahim peyğəmbərin ailəsi arasındakı əlaqənin sirri onların Allah dərgahında həqiqi namaz əhli olduqlarına görədir. Buna görə də onlar Kəbə evindən daha əzəmətlidirlər. Çünki Kəbə evi ibadət və namaz üçün bərpa edilmişdir.
    Allah-taala buyurur: "...Və İbrahim ilə İsmailə tapşırdıq ki, Mənim evimi təvaf edənlər, yaxınlıqda olanlar (yaxud ibadətə çəkilənlər), rüku və səcdə edənlər üçün pak-pakizə edin.”
    Həqiqətən, Kəbə evi İslam peyğəmbərinə hörmət olaraq müsəlmanların qibləsi qərar verilmişdir.
    Qurani-Kərimdə bir ayədə belə buyurulur: "Şübhəsiz, Biz sənin üzünün (bir işin baş verməsini gözləyən adam kimi) göydə o tərəf bu tərəfə çevrilməsini görürük və indi səni razı qalacağın bir qibləyə tərəf döndərərik...”
    Əgər İslam peyğəmbəri qibləni bəyənməsəydi, onda müsəlmanların qibləsi üçün ya Beytül Müqəddəs, ya da başqa bir məkan müəyyən edilərdi. Çünki "O (Allah) etdikləri barəsində (heç kəs tərəfindən) sorğusuala tutulmaz və onların hamısı (yaratdıqlarının hamısı Onun qarşısında) sorğu-sual edilərlər.”
    Bu ayənin izahı İmam Sadiqdən (ə) olan rəvayətdə belə gəlmişdir:"Peyğəmbər Məkkədə olduğu zaman on üç il, Mədinəyə hicrət edəndən sonra isə yeddi ay Beytül Müqəddəsə doğru namaz qıldıqdan sonra qiblə dəyişmişdir.”
    Sonra belə buyurdu: "(bu müddətdən sonra) Allah-taala Peyğəmbəri Məkkəyə doğru istiqamətləndirdi. Çünki yəhudilər Peyğəmbərə eyib tutaraq belə deyirdilər: "Sən bizə tabe olaraq qibləmizə namaz qılırsan.”
    Peyğəmbər bu sözdən sonra həddən artıq qəmləndi və gecənin qaranlığında səmanın üfüqlərinə nəzər edərək öz rəbbindən bu məsələyə aid vəhyi gözlədi. Səhəri günü Bəni-Salim məscidində zöhr namazı quruldu. Zöhr namazından iki rükət keçəndən sonra Cəbrail (ə) nazil oldu və Peyğəmbərin qollarından tutaraq onu Kəbəyə doğu döndərib bu ayəni nazil etdi:
    übhəsiz, Biz sənin üzünün (bir işin baş verməsini gözləyən adam kimi) göydə o tərəf bu tərəfə çevrilməsini görürük və indi səni razı qalacağın bir qibləyə tərəf döndəririk. Odur ki, üzünü Məscidül Hərəmə tərəf döndər...”
    Beləliklə, namazın iki rükətini Beytül Müqəddəsə və iki rükətini Kəbəyə qıldı. Yəhudilər və səfeh insanlar belə deyirdilər: "Sizi öz qiblənizdən döndərən nə oldu?” Buna görə də Əhli-beytin (ə) hörməti Allah dərgahında Kəbə evindən daha üstündür. Aqil insanların adəti də belədir: "Ev, onun sahibinə görə ziyarət olunar.”
     
    Üçüncü predmet:
    Allah-taala Kəbəni Kərbəla türbətinə xatir qorumuşdur. Əgər Kərbəla olmasaydı, Kəbənin hörməti qalmazdı. Kərbəlanın ağuşuna aldığı şəxs Kəbənin qalmasına səbəb olmuşdur. Əgər o, olmasaydı, insanlar Kəbə evinin hörmətini tanımazdılar. Buna müsəlmanların, hətta İslamdan əvvəl ərəblərin tarixində açıq-aşkar dəlil vardır. Həmin o ev ki, İbrahim peyğəmbər (ə) və oğlu İsmail tərəfindən – ayədə buyurulduğu kimi"...təvaf edənlər, yaxınlıqda olanlar (yaxud ibadətə çəkilənlər), rüku və səcdə edənlər üçün...” – pak-pakizə edilmişdi, cahiliyyət dövründə Əmr ibn Yəhyanın əli ilə bütlərə ibadət məkanına çevrildi. O, həmin şəxsdir ki, Kəbəyə Hubəl adlı büt (şam torpaqlarından, ona ibadət edən qövmü gördükdən sonra) gətirmişdi. Əmr ibn Yəhya onlardan "Sizin ibadət etdiyiniz bu bütlər nədir?” – deyə soruşduqda, belə cavab verdilər:
    "Bu bütlərə onlardan yardım almaq, yağış yağmasını istədikdə ibadət edirik və o da bizə yardım edir və yağış yağdırır.”
    Əmr ibn Yəhya dedi: "Bu bütlərdən birini mənə Kəbədə qoymaqdan ötrü verməzsinizmi?” Onlar Hubəl adlı bütü ona verdilər. Əmr ibn Yəhya həmin bütü Məkkəyə gətirib Kəbəyə qoydu. Bu büt Məkkədə qoyulan birinci büt idi. Sonra isə İsaf, Nailə adlı bütləri – hər birini Kəbənin bir tərəfinə qoydular. Beləliklə, Kəbəni təvaf edən İsafdan başlayaraq onu öpüb təvafı da onunla bitirirdi. Səfa dağının üzərinə "Mücavir ər rih”, "Mərvə” dağının üzərinə isə "Mətəm ət tayr” adlı bütlər qoymuşdular. Ərəblər Kəbə evinin ziyarətinə gələn zaman bu bütləri görüb Qüreyş və Xüzaə qəbilələrindən onlar haqqında soruşduqda belə deyərdilər: "Onlara Allaha yaxınlaşmaqdan ötrü ibadət edirik.”  Ərəblər bu mənzərəni gördükdən sonra onları özlərinə büt götürdülər. Beləliklə, hər bir qəbilənin Allaha yaxınlaşmaqdan ötrü ibadət etdiyi özünəməxsus bir bütü oldu. Allah-taala bu mənzərəni QuraniKərimdə belə qeyd edir:
    "... biz onlara yalnız bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə, ibadət edirik (deyirlər)...”
    Kəbə evində qoyulan bütlərin sayı üç yüz altmışa çatırdı. Onlar müxtəlif şəkil, heyət və formalarda idi. Hətta məsihilər Kəbə evinin divarları və sütunları üzərində xanım Məryəm (ə), İsa (ə), mələklər, İbrahimin (ə) əhvalatını həkk etmişdilər. 45 Kəbə evinin ətrafında təvafa gəlincə isə Qüreyş tayfasından başqa digər ərəblər lüt halında təvaf edirdilər. Onlar təvaf edən zaman fit və əl çalırdılar. Bu insanlar "hillə” adlanırdılar. Onların arvadları ayıb yerləri açıq formada təvaf edərdilər. Kəbə evinin bu vəziyyəti İslam peyğəmbərinin (s.ə.s.) besətindən əvvəlki dövrə aid idi. Beləliklə, ilahi nur parlayaraq Muhəmmədi (s.ə.s.) peyğəmbərliyə seçdi. Bununla da, Kəbə evinin əvvəlki heyəti və paklığı özünə qayıtdı. Belə ki Məkkə şəhərinin fəthi zamanı İmam Əli (ə) Peyğəmbərin (s.ə.s.) mübarək çiyinlərinə çıxaraq Kəbəni bütlərdən təmizlədi. İmam Əli (ə) həmin şəxsdir ki, Qüreyşin ibadət etdiyi bir çox bütləri sındırıb darmadağın etməsini öz öhdəsinə götürdü. Kəbənin damı və içi bu bütlərlə dolu idi. Bu hadisədən sonra İmam Əli (ə) "bütləri sındıran” ləqəbi ilə məhşurlaşdı. ...Kəbə evinin vəziyyəti Peyğəmbərin (s.ə.s.) besətindən əvvəl belə idi... Lakin Peyğəmbərin (s.ə.s.) vəfatından sonrakı halına gəlincə isə o, daha da pis və hörməti tapdalanmış oldu ..! Çünki Bəni Üməyyə hakimləri Kəbə evində nə divar, nə də pərdə qoymuşdular, əksinə onu pərakəndə səpələnmiş daşlara çevirmişdilər, hətta rəngi belə qalmamışdı! Onun rəngini odlar və yanmağa macal tapmayan neftin rəngi dəyişmişdi. Ey kaş bu iş elə belə də qurtaraydı! Kəbə evi ətrafında bir çox səhabə və tabeinlərin qanı tökülmüşdü, hətta Məscidül Hərəmin həyəti onların cəsədləri ilə dolmuşdu. Hərəmin daxilində gedən müharibənin şiddətindən onların bəzilərinin bədən üzvləri ətrafa səpələnmişdi. İslam tarixində belə deyilir: "Bəni-Üməyyə tərəfdarları dəfələrlə Kəbənin ehtiramını tapdamışlar. Əgər onların hakimiyyəti uzun müddət davam etsəydi, İslam şəriətindən yalnız ad və adətlərdən başqa bir şey qalmazdı. İslam peyğəmbəri diqqəti Bəni-Üməyyənın həqiqətinə yönəldərək belə buyurmuşdur: "Əgər Əbul Asın övladları otuz nəfərə çatsalar, onda Allahın malını özlərinə dövlət, bəndələrini qul, Allahın dinini isə əxlaqsızlıq yuvası edərlər.” 
    Əgər Bəni-Üməyyə hakimlərinin pisliklərini və törətdikləri cinayətləri sadalasaq, onda bu kitab öz məzmunundan kənara çıxmış olacaq. Lakin onların Məscidül Hərəmdə törətdikləri bəzi hadisələrə toxunmaq zəruridir.
    Əziz oxucular, bununla da siz Kərbəla türbətinin Məkkə türbətindən fəzilətli olmasının səbəbini öyrənə, həmçinin Kərbəla torpağının İslam dininin və onun müqəddəslərinin qorunmasında kəsb etdiyi hikməti dərk edib yəqinə çata bilərsiniz. Həmçinin sizə aydın olacaq ki, Kərbəla torpağı İslam dininin bərpa olduğu və ucaldığı əsaslara nisbətdə hansı mövqedə dayanmıĢdır. Yer üzündə fitnə-fəsad törədən hakimlər, yoxsa Allahın kitabı və peyğəmbərin pak Əhli- beyti ilə bir mövqedə ?! Baxaq görək, bu iki hərəmin (Məscidül Hərəm və Məscidün Nəbi) fasiq və zalım hakimlərin nəzərində nə qədər hörməti vardır ?!
     
     
    Kitabın adı: İmam Hüseyn (ə) türbətinin qeybi təsirlərinin həqiqəti
    Müəllif: Seyyid Nəbil Əl-Həsəni

     
     
    Bölmə: İslami mövzular
    Şərhlər: 0
    Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)
    Bilgilendirme
    Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.